Dekabrın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Elmira Səfərovanın xatirəsinə həsr olunmuş konsert olacaq. Konsertdə Azərbaycanın əməkdar artistləri, beynəlxalq müsabiqələr laureatları Murad Hüseynov, Nərgiz Əliyarova, Elnarə Kəbirlinskaya və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edəcək. Orkestrə dirijorluğu beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev edəcək. Proqrama Moris Ravel, Ferents List, Edvard Qriqin fortepiano konsertləri və Qara Qarayevin "Leyli və Məcnun" simfonik poeması daxildir.
Milli Dram Teatrında təqdimat olubAzərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivinin ifasında Aqata Kristinin "Tələ" əsəri əsasında hazırlanan tamaşanın təqdimat mərasimi keçirilib.
Rəfiq Zəka Xəndan unudulmurRəşid Behbudov adına Dövlət Mahnı Teatrında əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, şair Rəfiq Zəka Xəndanın anadan olmasının 70 illiyi münasibəti ilə yubiley mərasimi keçirilib.
Oksana Yablonskayanın fortepiano konsertiDekabrın 25-də Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli Amerika pianoçusu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskayanın fortepiano konserti olub.
Elçinin yeni kitabıYazıçı və tərcüməçi Elçinin "Zaman və söz" adlı kitabı işıq üzü görüb.
Arif Quliyev "Evləri köndələn yar"daXalq artisti Arif Quliyev rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi "Evləri köndələn yar" tamaşasının 2-ci hissəsində rol alacaq.