Yekaterinburq şəhərində keçirilən "İnsan və müharibə" hərbi filmlər festivalı başa çatıb. Festivalda Azərbaycanı "Təxəllüsü Mixaylo" filmi təmsil edib və bu film xüsusi mükafata layiq görülüb.
Filmi istehsal edən "Salnamə" sənədli filmlər studiyasından bildirilir ki, film "Qəhrəmanın dramaturji həllinə görə" mükafatı ilə təltif olunub. Festivalın əsas mükafatına Rusiyanı təmsil edən Vadim Salikovun "Ümid" filmi layiq görülüb. Xatırladaq ki, builki festival II Dünya müharibəsinin 60 illiyi münasibəti ilə keçirilib. Bu, "Təxəllüsü Mixaylo" sənədli filminin 2009-cu ildə qazandığı üçüncü mükafatıdır.
Milli Dram Teatrında təqdimat olubAzərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivinin ifasında Aqata Kristinin "Tələ" əsəri əsasında hazırlanan tamaşanın təqdimat mərasimi keçirilib.
Rəfiq Zəka Xəndan unudulmurRəşid Behbudov adına Dövlət Mahnı Teatrında əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, şair Rəfiq Zəka Xəndanın anadan olmasının 70 illiyi münasibəti ilə yubiley mərasimi keçirilib.
Oksana Yablonskayanın fortepiano konsertiDekabrın 25-də Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli Amerika pianoçusu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskayanın fortepiano konserti olub.
Elçinin yeni kitabıYazıçı və tərcüməçi Elçinin "Zaman və söz" adlı kitabı işıq üzü görüb.
Arif Quliyev "Evləri köndələn yar"daXalq artisti Arif Quliyev rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi "Evləri köndələn yar" tamaşasının 2-ci hissəsində rol alacaq.
Elmira Səfərova yad ediləcəkDekabrın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Elmira Səfərovanın xatirəsinə həsr olunmuş konsert olacaq.