Hal-hazırda Ayna qəzetinin 26.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
70 yaşda gənc qalmağın sirri
70 yaşda gənc qalmağın sirri
Aktyor Tariyel Qasımov bunu açıqladı
Şənbə, 26.12.2009


İ.Balıoğlu
mətn ölçüsü  

Yetmiş yaşda da gənc qalmaq olarmış. 70 yaşını qeyd edən xalq artisti Tariyel Qasımov bunun sirrini açdı: paxıl olma, həsəd içini yeməsin, başqasının sevincinə şərik ol... Sağlam rəqabətin deyil, daha çox vicdansız rəqabətin at oynatdığı indiki teatr-musiqi mühitində bu davranış normasını seçmək və daim ona riayət etmək hər sənətçinin işi deyil. Bəlkə də bu onlarda nəsillikcədir, gendən gəlir. Hər halda, 70 yaşlı aktyorun yaşı 90-ı haqlamış anası Yaqut xanım sakitcə zalda əyləşib, diqqətlə səhnədə baş verənləri izləyirdi. Nə fikirləşirdi görən Yaqut ana?

Teatr və kino aktyoru Tariyel Qasımovun çalışdığı Gənc Tamaşaçılar Teatrında yubiley törəni məzmunlu təşkil edilmişdi. Arabir söz verilən sənət adamları onu bir insan kimi səciyyələndirir, sənətinə qiymət verir, arzularını bildirir və mütləq onun bu yaşda çox gənc qaldığını vurğulayırdılar. Teatrşünas İlham Rəhimlinin dediklərindən: "Nadir akytor olub ki, bəxtəvərliyə nail olub. Belə sənətkarlardan biri Tariyel Qasımovdur. Bu teatrda böyük teatr xadimlərindən Yusif Vəliyev, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Osman Hacıbəyov və onlarca digərləri ilə çiyin-çiyinə çalışıb. Akytor var 20, 30, 40 yaşında nimdaşdır, amma Tariyel heç vaxt nimdaş olmayıb. Tariyel həmişə gəncdir, yaraşıqlıdır". (Zalda yanaşı əyləşdiyimiz eloğlu mühəndis əyilib yavaşca deyir: "Tariyel burdan çıxan kimi gözmuncuğu assa yaxşıdır").

Tariyel Qazağın Köçəsgər kəndindən gəlib Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdu. Lakin bir gözü idmanda, bir gözü teatrda olub, ikinci kursdan etibarən Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb və tezliklə Gənc Tamaşaçılar Teatrında rol alıb. Onda "nəsə görüblər" və teatr müdiriyyəti məktub yazıb onu köçürmə yolu ilə Teatr İnstitutuna dəyişiblər.

REKLAM

Burada teatr və dram aktyorluğu fakültəsinin - Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda ikən Dram Teatrına işə qəbul olunub.

Məzun olduqdan sonra Gənc Tamaşaçılar Teatrını seçib. Sonra Naxçıvan Musiqili Dram Teatrında, İrəvan Azərbaycan Teatrında çalışıb. Yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb, sonra Qazax Dövlət Dram Teatrında bədii rəhbər və direktor işləyib. Bir ara Dərbənddə Azərbaycan Teatrında çalışıb. İndi yenə də Gənc Tamaşaçılar Teatrındadır.

Teatrşünas İlham Rəhimlinin "bir amerikan aktyorundan" gətirdiyi sitat: "Teatr aktyorunun sənəti buzdan möhtəşəm heykəl düzəldən sənətkara bənzəyir. İllər keçdikcə bu buz əriyir, o aktyorun adı qəzet vərəqlərindən, arxiv materiallarından və adi fotolardan başqa heç nədə qalmır". İlham Rəhimli əlavə edir: "Çox təəssüf ki, teatr aktyorları bu taleyə məhkumdurlar. Çox az tamaşalar olur ki, onların lent yazıları qorunub saxlanır. Ancaq Tariyel burada da xoş naxışlıdır, ona görə ki, müxtəlif ölkələrdə onlarca filmə çəkilib. Bu filmlərə həmişə baxılacaq, seviləcək".

Rəqəmlərə görə, Tariyel Qasımov indiyədək teatr səhnələrində 100-dən artıq obrazı canlandırıb. Çəkildiyi kinostudiyaların və filmlərin də sanballı siyahısını təqdim edə bilir. Söhbət 35-ə qədər filmdən gedir. Etiraf edək ki, bir aktyor üçün yaxşı göstəricidir. Yubiley gecəsini onun bir vaxt çəkilmiş olduğu filmlərdən epizodlar müşayiət edirdi. Biz aktyoru hər yaşda görür və xatırlayırdıq. Onun baxışı, sifət quruluşu, temperamenti özəlliklə orta asiyalı rejissorlar üçün əsl tapıntı idi. "Qızıl rəngi" (Türkmənfilm), "Əlvida, Yaşıl Yay", "Həyatın mənası", "Odlu yollarla", "Sahib" (Özbəkfilm), "Çilidə gecə" (Mosfilm), "Rüstəm və Zöhrab" (Tacikfilm, 3 seriyalı, rejissor Boris Kimyagərov)... Onunla Almaniyadan da maraqlandılar və azərbaycanlı aktyoru "Sonya raport verir" (DEFA, Almaniya, rejissor Stefan Bernhard) filmində gördük.

Və əlbəttə, Azərbaycanfilm. Onun çəkildiyi filmlərdən bəzilərini xatırlayaq: "Liftçi qız", "Ad günü", "Axırıncı aşırım", "Babək", "Dədə Qorqud", "Həyat, sən kiminsən", "İstintaq", "Qəzəlxan", "Qorxma, mən səninləyəm", "Nəsimi", "Vulkana doğru"....



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Milli teatr Türkiyə səfərindən qayıtdı

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir

Amaliya Pənahova: "Uşaqlar teatr estetikası ilə böyüməlidir"

Röya 4 gün oxuyacaq

Firəngiz Mütəllimova: "Firəngiz yatdım, Gülnar oyandım"

Bölmənin digər xəbərləri
 
"Arşın mal alan" Türkiyə aktyorlarının təqdimatında
Tamaşa Samsun şəhərində oynanıldı

Lənkəran Dövlət Dram Teatrı Bakıda qastrolda olub
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Bakıda qısamüddətli qastrol səfərində olub.

Milli Dram Teatrında təqdimat olub
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivinin ifasında Aqata Kristinin "Tələ" əsəri əsasında hazırlanan tamaşanın təqdimat mərasimi keçirilib.

Gəncə Dövlət Dram Teatrının kollektivi Bakı və Sumqayıtda tamaşa oynayacaqlar
Gəncə Dövlət Dram Teatrının kollektivi qastrol səfərlərinə hazırlaşır.

20 musiqiçi müsabiqənin növbəti turuna vəsiqə qazanıb
İkinci tur bu ilin martında keçiriləcək

Qədim musiqi alətləri ansamblı konsert verdi
Qədim alətlər bərpa edilib və onlarda ifa təlimi üçün proqram hazırlanıb

Səttar Bəhlulzadənin həyatı "Sənətin Məcnunu" toplusunda
Kitab bu ayın sonunda işıq üzü görəcək

"Təxəllüsü Mixaylo" filminə xüsusi mükafat
Yekaterinburq şəhərində keçirilən "İnsan və müharibə" hərbi filmlər festivalı başa çatıb.

Rəfiq Zəka Xəndan unudulmur
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, şair Rəfiq Zəka Xəndanın anadan olmasının 70 illiyi münasibəti ilə yubiley mərasimi keçirilib.

Oksana Yablonskayanın fortepiano konserti
Dekabrın 25-də Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli Amerika pianoçusu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskayanın fortepiano konserti olub.

Elçinin yeni kitabı
Yazıçı və tərcüməçi Elçinin "Zaman və söz" adlı kitabı işıq üzü görüb.

Alim və Fərqanə Qasımovlar uşaq orkestrinin müşayiətində
Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın yeni ildə ilk səfər proqramları təsdiqlənib.

Arif Quliyev "Evləri köndələn yar"da
Xalq artisti Arif Quliyev rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi "Evləri köndələn yar" tamaşasının 2-ci hissəsində rol alacaq.

Elmira Səfərova yad ediləcək
Dekabrın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Elmira Səfərovanın xatirəsinə həsr olunmuş konsert olacaq.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər