Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Bakıda qısamüddətli qastrol səfərində olub. Teatrın direktoru İslam Həsənovun bildirdiyinə görə, yaradıcı kollektiv Abbas Mirzə Şərifzadə adına Aktyor Evində paytaxt sənətsevərləri qarşısında dramaturq Arif Mədətovun "Sezarın qətli" tamaşası ilə çıxış ediblər. Qeyd edək ki, maraqla izlənilən səhnə əsərinin quruluşçu rejissorları əməkdar incəsənət xadimi Baba Rzayev və İslam Səfəroğlu, rəssamı Məmmədyar Cəfərov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları teatrın aparıcı aktyorlarından Əlibala Əsgərov, Qızılgül Quliyeva, Adil Zeynalov, Sücəddin Mirzəyev, Allahverən Babayev və başqaları ifa ediblər.
|