Hal-hazırda Ayna qəzetinin 26.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Arşın mal alan" Türkiyə aktyorlarının təqdimatında
"Arşın mal alan" Türkiyə aktyorlarının təqdimatında
Tamaşa Samsun şəhərində oynanıldı
Şənbə, 26.12.2009

Xatun mətn ölçüsü  

Dahi bəstəkar Üzeyir Hacıbəyovun məşhur "Arşın mal alan" musiqili komediyası Türkiyənin Samsun şəhərinin Opera və Balet Teatrında tamaşaya qoyulub. Bu barədə Azərbaycan Dövlət Opera və Balet Teatrından məlumat verilib. Xəbərdə bildirilir ki, Opera Teatrının baş rejissoru Hafiz Quliyevin səhnələşdirdiyi operettanın premyerası bu günlərdə baş tutub. Samsun şəhərinin rəsmi şəxslərinin, Ankaradan dəvət olunmuş tanınmış sənətçilərin, media təmsilçilərinin də qatıldığı premyera anşlaqla qarşılanıb. İki gün sonra, dekabrın 21-də isə "Arşın mal alan"ın qala-premyerası olub. Tamaşadan sonra yaradıcı heyətlə görüşən şəhər rəhbərliyi və sənətçilər Azərbaycan mədəniyyətinə böyük önəm və dəyər verdiklərini söyləyiblər. Samsun Opera və Balet Teatrı "Arşın mal alan"ın uzunmüddətli repertuara salınmasını qərara alıb.

Xatırladaq ki, Azərbaycan Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev "Arşın mal alan"ı səhnəyə qoymaq üçün bu il noyabrın 15-dən Samsuna dəvət olunub. Hər gün 7-8 saat məşqi keçirilən tamaşanın ərsəyə gəlməsində azərbaycanlı rejissorla yanaşı, alman dirijoru Markos Baix, rəssam Yusif Tokər, xormeyster Aleksi Vinoqradski, xoreoqraf Zeynəb Bengiər çalışıblar. Tamaşada Əsgər rolunda Onur Polad və Barış Yanc, Gülçöhrə rolunda Eda Bingöl və Arsen Ərsoy çıxış ediblər. Tamaşada bütün rolları yerli sənətçilər ifa ediblər. Qeyd edək ki, 2002-ci ildə Hafiz Quliyev "Arşın mal alan"ı Ankara Opera və Balet Teatrında da səhnələşdirmişdi.

Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Dillər Universitetində alman dili fakültəsinin tələbələrinin ifasında Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsəri nümayiş etdirilib. ADU mətbuat əlaqələndiricisinin açıqlamasına görə, tamaşa ilk dəfə olaraq alman dilində səhnəyə qoyulub. Xəbərdə bildirilir ki, səhnə əsəri universitetin alman dilinin fonetikası, qrammatikası və tarixi kafedrasının müdiri dosent Məlahət Məhərrəmovanın təşkilatçılığı ilə səhnələşdirilib.

Tamaşanın rejissoru müstəqil rejissor Orxan Mərdandır. Öyrəndik ki, tamaşada Soltan bəy rolunu həmin kafedranın müəllimi İlham Heybətov oynayıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Cəmiyyəti məlumatlandırmamaq ölkənin müdafiə qüdrətinə zərbədir"

Sumqayıtda Üzeyir bəyə abidə kompleksi

İlk dəfə Beynəlxalq Musiqi Həftəsi keçiriləcək

Üzeyir Hacıbəyovun xatirəsinə

Misir Mərdanov: "İndi Azərbaycanda elmin inkişafı üçün əlverişli şərait yaradılıb"

Bölmənin digər xəbərləri
 
Lənkəran Dövlət Dram Teatrı Bakıda qastrolda olub
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Bakıda qısamüddətli qastrol səfərində olub.

Milli Dram Teatrında təqdimat olub
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivinin ifasında Aqata Kristinin "Tələ" əsəri əsasında hazırlanan tamaşanın təqdimat mərasimi keçirilib.

Gəncə Dövlət Dram Teatrının kollektivi Bakı və Sumqayıtda tamaşa oynayacaqlar
Gəncə Dövlət Dram Teatrının kollektivi qastrol səfərlərinə hazırlaşır.

20 musiqiçi müsabiqənin növbəti turuna vəsiqə qazanıb
İkinci tur bu ilin martında keçiriləcək

Qədim musiqi alətləri ansamblı konsert verdi
Qədim alətlər bərpa edilib və onlarda ifa təlimi üçün proqram hazırlanıb

Səttar Bəhlulzadənin həyatı "Sənətin Məcnunu" toplusunda
Kitab bu ayın sonunda işıq üzü görəcək

70 yaşda gənc qalmağın sirri
Aktyor Tariyel Qasımov bunu açıqladı

"Təxəllüsü Mixaylo" filminə xüsusi mükafat
Yekaterinburq şəhərində keçirilən "İnsan və müharibə" hərbi filmlər festivalı başa çatıb.

Rəfiq Zəka Xəndan unudulmur
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, şair Rəfiq Zəka Xəndanın anadan olmasının 70 illiyi münasibəti ilə yubiley mərasimi keçirilib.

Oksana Yablonskayanın fortepiano konserti
Dekabrın 25-də Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli Amerika pianoçusu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskayanın fortepiano konserti olub.

Elçinin yeni kitabı
Yazıçı və tərcüməçi Elçinin "Zaman və söz" adlı kitabı işıq üzü görüb.

Alim və Fərqanə Qasımovlar uşaq orkestrinin müşayiətində
Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın yeni ildə ilk səfər proqramları təsdiqlənib.

Arif Quliyev "Evləri köndələn yar"da
Xalq artisti Arif Quliyev rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi "Evləri köndələn yar" tamaşasının 2-ci hissəsində rol alacaq.

Elmira Səfərova yad ediləcək
Dekabrın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Elmira Səfərovanın xatirəsinə həsr olunmuş konsert olacaq.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər