Hal-hazırda Ayna qəzetinin 26.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Bağçaların yeni standartları hazırlanıb
Bağçaların yeni standartları hazırlanıb
Maliyyə Nazirliyi razılıq versə, uşaqların qida normaları artırılacaq
Şənbə, 26.12.2009

Aynurə Əhmədova mətn ölçüsü  

Məktəbəqədər dövlət müəssisələrinin fəaliyyəti valideynləri qane etmir. Bağçalar sovet dövründə olduğu kimi tam gücü ilə fəaliyyət göstərmir. Məsələn, məktəbəqədər müəssisələrin əsasnaməsində qeyd olunub ki, bağçalar 2 ayından 6 yaşına qədər uşaqları qəbul etməlidir! Amma gerçəklik odur ki, bu müəssisələr südəmər uşaqları qəbul etməyə hazır deyil.

TN məktəbəqədər təhsil sektorunun rəhbəri Nərminə Əlinağıyeva deyir ki, keçmişdə zavod və fabriklər işlədiyindən bağçalar buna hazır idi. Süd mətbəxlərində ana südünü əvəz edən qarışıqlar hazırlanırdı, analara iş vaxtında uşaqları əmizdirməsinə görə vaxt verilirdi: "Zavod və fabriklər bağlandıqdan sonra südəmər uşaqların bağçaya verilməsinə ehtiyac azaldı. Dövlət tərəfindən analara uşağına baxması üçün verilən 1 il müddət 3 ilədək uzadıldı. Müavinətlər az da olsa yüksəldildi. Fikrimcə, 1 yaşlı uşağa ana qayğısı, nəvazişi lazımdır. Heç bir ictimai müəssisə ana nəvazişini əvəz edə bilməz. Çox təəssüf ki, bəzi qadınlar iş yerlərini itirməmək üçün işə çıxmaq məcburiyyətindədir".

Öyrəndik ki, "Məktəbəqədər Təhsilin Əsasları" standartları hazırlanaraq təsdiq üçün Ədliyyə Nazirliyinə və digər müvafiq qurumlara təqdim edilib. Sənəddə uşaqların bir yaşından bağçalara qəbuluna şərait yaradılması barədə müddəa var. Sovet dövründə isə bağçaların standartları ümumiyyətlə olmayıb. Müsahibim deyir ki, bu sənədin hazırlanması yeni dövrün tələbidir.

Təhsil Nazirliyinin işləyən anaları sevindirəcək digər xəbəri alternativ bağçaların yaradılması ilə bağlıdır. Müsahibim söyləyir ki, yaxın gələcəkdə icma tipli bağçalar, qısamüddətli qruplar fəaliyyətə başlayacaq. Bütün günü deyil, 3-4 saat uşağı bağçaya qoymaq istəyənlərin arzusu çin olacaq. Təbii ki, bu zaman bağça təkcə uşağın saxlanma məkanı deyil, onun inkişafına xidmət verən mərkəz rolunu da oynamalıdır:

"Ola bilər ki, yarım gün çərçivəsində uşağın məktəbə hazırlığı həyata keçirilsin.

REKLAM

Xətai rayonunda pilot layihə başa çatdıqdan sonra monitorinq keçiriləcək və təcrübəni bütün Azərbaycana yaymağı düşünürük. Hələlik müəllimlərə treninqlər keçirilir. Yeri gəlmişkən, pilot layihə Lənkəran, Quba, Göygöl və Şamaxıda da icra ediləcək. Bu, məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramında da nəzərdə tutulub. Dünya Bankının dəstəyi ilə reallaşdırılan təhsil sektorunun inkişaf layihəsində də bu məsələ qoyulub".

İcbari, yoxsa zəruri?

Yeri gəlmişkən, xeyli müddət əvvəl təhsil naziri Misir Mərdanov uşaqların məktəbəqədər müəssisələrə getməsinin vacibliyi haqda fikir söyləmişdi. Amma sonra bu məsələ ikinci plana keçdi. Səbəblərini müsahibim açıqlayır:

"Təhsil haqqında" qanun təsdiq edilməzdən öncə biz 5 yaşlı uşaqların məktəbə hazırlığının "icbariliyi" haqqında təklif vermişdik. Fikir mübadiləsi və araşdırmalar sonucunda qanunda bu ifadə dəyişdirilərək "zəruri" ilə əvəzləndi. Əslində "icbari" ifadəsinin qəbulu bir sıra problemlərə yol aça bilərdi".

Məsələ ondadır ki, ölkədə 112 min 5 yaşlı uşaq var. Bu gün onlardan yalnız 23,8 faizi bağçalara gedir. Digər uşaqları bağçalara cəlb etmək üçün bizə yeni 3060 qrup yaratmaq lazımdır. Bir qrupda 20 uşaq olur. Yeni qruplar, yeni ştatlar açılmalı, yeni infrastruktur yaratmaq lazımdır. Bu işləri isə nəinki bir aya, heç bir ilə də yekunlaşdırmaq mümkün deyil. Çünki bu gün mövcud olan məktəbəqədər müəssisələrdə 1683 qaçqın və məcburi köçkün ailəsi yaşayır. Odur ki, Bakı şəhərindəki bağçalarda uşaq sıxlığı yaşanır. Ona görə də dövlət proqramı əsasında qaçqın və məcburi köçkün ailələrinin məktəbəqədər müəssisələrdən yeni qəsəbələrə köçürülməsi nəzərdə tutulub. Nərminə Əlinağıyeva deyir ki, proqramın icrasından sonra vəziyyət qismən yaxşılaşacaq.

Bundan başqa, nazirlik yeni investisiya proqramı hazırlayır. Sənəddə yaşayış məntəqələrində, ümumiyyətlə, məktəbəqədər müəssisələr olmayan ərazilər müəyyənləşdirilib. Həmin ərazilərdə belə müəssisələr tikmək planlaşdırılır. Eyni zamanda böyük həyətyanı sahəsi olan və həmin ərazidə böyük tələbat olarsa, bağçaların ərazisində yeni yardımçı binalar tikiləcək.

Kitablar da yazılıb, binalar da tikilib

Bəlli olduğu kimi, hazırda məktəbəqədər müəssisələrlə bağlı bir sıra dövlət proqramları həyata keçirilir. O da məlumdur ki, adətən digər sahələrdə gerçəkləşdirilən dövlət proqramlarında qoyulan məqsədlərin hamısına nail olunmur. "Məktəbəqədər təhsilin yeniləşdirilməsi" proqramı 12 aprel 2007-ci il tarixində təsdiq edilib. Burada məktəbəqədər müəssisələrin maddi-texniki bazasının yeniləşdirilməsi, kadrların ixtisasartırma kurslarına göndərilməsi, yeni alternativ proqramların hazırlanması və s. nəzərdə tutulub.

Öyrəndik ki, bu proqramın icrası çərçivəsində 2007-2008-ci illər ərzində 21 məktəbəqədər müəssisə əsaslı təmir edilib, 11 yeni bina tikilib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Bölmənin digər xəbərləri
 
"Bərbərxanalarda xəbərdarlıq plakatları asılsın"
Fuad Muradov AİDS-in yayılmaması üçün profilaktik tədbirlərin gücləndirilməsini istəyir

Avtobuslar - xəstəlik salonları
Onlardan biri də reysə təmiz halda çıxmır

Diplomsatan barmaqlıq arxasında
Saxta diplom bazarı bizim ölkədə də mövcuddur

Diri doğulmanın yeni meyarları hazırlanır
Meyarlar qüvvəyə mindikdən sonra uşaq ölümü üzrə göstəricilər yüksələcək

Ali məktəblərə maraq azalıb
Cənub bölgəsində qızlar təhsil hüququndan məhrum edilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər