Hal-hazırda Ayna qəzetinin 26.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Diri doğulmanın yeni meyarları hazırlanır
Diri doğulmanın yeni meyarları hazırlanır
Meyarlar qüvvəyə mindikdən sonra uşaq ölümü üzrə göstəricilər yüksələcək
Şənbə, 26.12.2009

Banu mətn ölçüsü  

"Ana, neonatal və uşaq sağlamlığı Dövlət Proqramı" çərçivəsində diri doğulmanın yeni meyarları hazırlanır. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, reproduktiv sağlamlıq və ailə planlaşdırması üzrə milli koordinator Faizə Əliyevanın sözlərinə görə, meyarların təxminən 2011-ci ildən etibarən qüvvəyə minəcəyi gözlənilir:

"Proqramda 5 istiqamət yer alıb. Perinatal konsepsiya, reproduktiv sağlamlıq sahəsində ilkin səhiyyə xidmətlərində islahatlar, kliniki protokolların işlənməsi və tətbiq edilməsi nəzərdə tutulur. Bundan başqa, digər istiqamətlər tibb işçiləri ilə təlimlərin keçirilməsi, diri doğulmanın yeni meyarlarının tətbiq edilməsidir".

Bundan sonra Azərbaycanda da 22 həftəlik 500 qramla doğulan uşaqlar yeni doğulan kimi qəbul ediləcək. Bu, həm də ölkə üzrə uşaq ölümü göstəricisini dəyişəcək. Belə ki, neonatal dövrdə ölüm riski yüksək olduğundan uşaq ölümü göstəricisinin yüksəlməsi də mümkündür: "Hazırda ölkədə bir yaşına qədər uşaq ölümü üzrə göstərici 11,2-dir. Yeni meyarların tətbiqindən sonra isə bu rəqəmlərin təxminən iki dəfə artacağı gözlənilir".

Son 3 il ərzində səhiyyədə islahatların sürətləndirildiyini deyən milli koordinator perinatal xidmət mərkəzlərinin fəaliyyətindən də söz açıb: "Səhiyyədə perinatal yardım beynəlxalq təcrübədir və bu təcrübə göstərir ki, perinatal xidmətin təşkili ölkələrdə ana və uşaq ölümü halları ilə bağlı vəziyyətin yaxşılaşdırılmasına imkan verir. Ana və uşaq ölümü hallarını 1-2 ilə istədiyimiz həddə sala bilmərik. Amma perinatal xidmətin düzgün təşkili sayəsində vəziyyətin getdikcə düzələcəyinə inanırıq. Ana ölümü faktlarını gizlətmək artıq mümkün deyil".

Belə ki, ölkədə bu problemin həlli üçün 14 region üzrə cavabdehlik daşıyan qruplaşdırma aparılıb. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun öhdəsinə isə Lənkəran, Yardımlı, Lerik zonaları düşür. Ümumiyyətlə, ana və uşaq sağlamlığının mühafizəsi ilə bağlı ölkədə 7 perinatal xidmət mərkəzinin inşası nəzərdə tutulub. Artıq Gəncə, Lənkəran, Quba və Naxçıvanda belə mərkəzlər fəaliyyətə başlayıb. Bu günlərdə isə Bakıda Respublika Perinatal Xidmət Mərkəzinin açılışı gözlənilir. Növbəti regionlaşmış mərkəz Sabirabad və Şəkidə açılacaq. Bu mərkəzlərin tam fəaliyyətindən sonra artıq regionlardan paytaxta gəlməyə ehtiyac qalmayacaq.

Rayonlarda kadr potensialı qıtlığını da vurğulayan F.Əliyeva bu istiqamətdə müvafiq işlərin aparıldığını bildirib: "Bölgələrdə kadr çatışmazlığı problemi daha çoxdur. Artıq Səhiyyə Nazirliyi Tibb Universiteti ilə birlikdə bütün gənc kadrları regionlara istiqamətləndirir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Uşaqlar üçün "qaynar xətt" açılacaq

Gənclər Evi yaradılır

Uşaqlar niyə intihar edir?

Uşaq Teatrı Türkiyə və Avropa səfərində

Uşaqlar necə mühakimə edilsin?

Bölmənin digər xəbərləri
 
"Bərbərxanalarda xəbərdarlıq plakatları asılsın"
Fuad Muradov AİDS-in yayılmaması üçün profilaktik tədbirlərin gücləndirilməsini istəyir

Avtobuslar - xəstəlik salonları
Onlardan biri də reysə təmiz halda çıxmır

Diplomsatan barmaqlıq arxasında
Saxta diplom bazarı bizim ölkədə də mövcuddur

Bağçaların yeni standartları hazırlanıb
Maliyyə Nazirliyi razılıq versə, uşaqların qida normaları artırılacaq

Ali məktəblərə maraq azalıb
Cənub bölgəsində qızlar təhsil hüququndan məhrum edilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər