Hal-hazırda Ayna qəzetinin 26.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Diplomsatan barmaqlıq arxasında
Diplomsatan barmaqlıq arxasında
Saxta diplom bazarı bizim ölkədə də mövcuddur
Şənbə, 26.12.2009

İ.Balıoğlu mətn ölçüsü  

Bütün MDB ölkələri üçün saxta diplom alveri xasdır və bu iş artıq Qərb ölkələrinə də bəlli olub. Onlar MDB məkanından gələn diplomlara ehtiyatla yanaşmağa başlayıblar.

Azərbaycanın timsalında, artıq xəbər verdiyimiz kimi, Yevlax şəhər 1 saylı musiqi məktəbinin direktoru Bəylər Ağalar oğlu Bəylərov saxta arayış və diplomlar hazırlayıb verməkdə təqsirli bilinərək məhkəmə qarşısında dayanmışdı. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə ona 2 il azadlıqdan məhrumetmə cəzası kəsmişdir ("Trend"). Prokuror ona 8 il iş istəmişdi. Nə isə, saxta diplomsatan 2 illə canını qurtara bildi və buna sevinməlidir.

Maliyyə Nazirliyinin apardığı təhqiqatın nəticəsində bəlli olub ki, ölkənin şəhər və rayonlarında işləyən 172 müəllim müttəhimdən saxta diplom və dörd müəllim - saxta arayış alıblar. Bu saxta sənədlərin əsasında onlara qanunsuz olaraq 692 567 manat əməkhaqqı ödənilmişdir.

Xəbərdə deyilir ki, Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə İdarəsi tərəfindən aparılmış istintaqın nəticəsində aydın olub ki, Gəncə Musiqi Məktəbi tərəfindən verilmiş 1126 diplomdan 101-i və 3 arayış saxta imiş. Eləcə də Azərbaycan Milli Konservatoriyası yanında Musiqi Kolleci tərəfindən verilmiş 533 diplomdan 31-i, Naxçıvan Musiqi Məktəbindən verilmiş diplomlardan 20-si və Sumqayıt Musiqi Məktəbindən verilmiş diplomlardan 8-i saxta çıxmışdır.

İstintaq müəyyən edib ki, "pedaqoq"lar musiqi məktəblərini bitirmək barədə saxta diplomları Yevlax şəhər 1 saylı musiqi məktəbinin direktoru Bəylər Bəylərovdan alıblar.

Lakin bu "diplom"ların neçəyə satıldığı və neçəyə alındığı barədə açıqlama verilmir, odur ki, "bazarın dövriyyə"sini müəyyənləşdirmək çətin oldu.

Rusiyada ildə yarım milyon saxta diplom satılır

Rusiya ilə müqayisədə Azərbaycan toya getməlidir. Şimal qonşumuz Rusiyada ildə nə az, nə çox - yarım milyon saxta diplom satılır. Onlardan 100 mini - ali təhsil ocaqlarının özlərinin əməkdaşları tərəfindən xırıd edilir. Rusiya parlamentində "Vətənin Kompleks Təhlükəsizliyi" mərkəzi korrupsiya ilə mübarizə departamenti rəhbərinin müavini Sergey Komkov deyib ki, saxta diplom bazarının dövriyyəsi ildə 1,6 milyard avro təşkil edir. Saxta diplom alveri hər hansı ölkədə təhsili içindən yeyib dağıdan fəsad sayılmaqdadır.

Rusiya Bolonya prosesinə qoşulmuş olsa da, saxta diplom bazarının bu dərəcədə çiçəklənməsi səbəbindən, onun verdiyi diplomlar sərhədin o tayında heç bir dəyər daşımır, - deyə Parisdə nəşr olunan "La Croix" qəzeti bu günlərdə yazmışdı. Odur ki, məzunlar öz ixtisas dərəcələrini təsdiqləmək üçün getdikləri Avropa ölkəsində imtahan verməli və diploma ekvivalent almalıdırlar.

Saxta diplom əldə etmək həvəsinə düşmüş Azərbaycan vətəndaşlarına onu da xatırladaq ki, təkcə bu kimi "diplom"lar deyil, tədris illərində dərsə davam etmiş, lakin pulla yaxşı qiymət almış tələbələrə sonda verilən diplomlar da Qərbdə saxta sayılır. O hesabdan çıxış etsək, bizdəki bazar dövriyyəsini yalnız təsəvvürə gətirmək olar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Vaqif Sadıqov: "Xarici siyasətimizdə prioritetlər dəyişməyib, amma siyahı genişlənib"

Azərbaycanın diplomatiya tarixi üç cilddə çıxacaq

Yuxarıdan aşağı "sırınan" sülh Cənubi Qafqazda uğur qazanmaz

Çin Azərbaycanın tezliklə ÜTT-yə üzv olmasına tərəfdardır

Saxta diplomlu 172 "müəllim"

Bölmənin digər xəbərləri
 
"Bərbərxanalarda xəbərdarlıq plakatları asılsın"
Fuad Muradov AİDS-in yayılmaması üçün profilaktik tədbirlərin gücləndirilməsini istəyir

Avtobuslar - xəstəlik salonları
Onlardan biri də reysə təmiz halda çıxmır

Diri doğulmanın yeni meyarları hazırlanır
Meyarlar qüvvəyə mindikdən sonra uşaq ölümü üzrə göstəricilər yüksələcək

Bağçaların yeni standartları hazırlanıb
Maliyyə Nazirliyi razılıq versə, uşaqların qida normaları artırılacaq

Ali məktəblərə maraq azalıb
Cənub bölgəsində qızlar təhsil hüququndan məhrum edilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər