Dayısı prezidentin şəcərəsindən danışdı
 |
Yəni Abdulla Gül 800 illik şəcərəsi bəlli olan türk oğlu türkdür
Şənbə, 19.12.2009
|
|
Türkiyə prezidenti Abdulla Gülün dayısı, şair və tənqidçi Abdulla Satoğlu Bakıda bizim Yazıçılar Birliyinin 75 illiyi münasibətilə yubiley tədbirlərində iştirak etdiyi bu günlərdə AP-ya müsahibə verib. Abdulla Satoğlu bu müsahibəsində indiki prezidentin şəcərəsi barədə sualı da cavablandırıb. Bəlli olduğu kimi, bu məsələ bir müddət əvvəl türk mediasında işıqlandırılmış və Abdulla Gülün ana tərəfinin nəslində erməni kökünün olduğu iddia edilmişdi.
Kayseri barədə böyük araşdırmaların, o cümlədən "Kayseri" ensiklopediyasının müəllifi olan Abdulla Satoğlu demişdir ki, prezident Abdulla Gülün ata tərəfdən şəcərəsi Kayseridəki Gülük camesinin imamları olublar. Həmin came Kayseridə 1200-cü ildə Səlcuq hakimiyyəti tərəfindən inşa edilmişdir. Bu nəsil 1934-cü ildə "Soyad qanunu" qəbul ediləndə "Gül" soyadı götürmüşlər.
Prezident Abdulla Gülün ana tərəfinə gəldikdə, Abdulla Satoğlu deyib ki, Fatih Sultan Məhmət dönəminin (XV yüzil) ən böyük alimlərindən biri kimi anılan Şeyx İbrahimə gedib çıxır. Yəni Abdulla Gül xalis türk oğlu türkdür və onun qanında qarışıq yoxdur.
|
|
|
Oxşar xəbərlər:
Qeyri-maddi mədəni irsin dəstəklənməsi üzrə monitorinq başlanıb
|
|
|