Hal-hazırda Ayna qəzetinin 19.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Müxalifət sözünün üstündə durur...
Onlar bir daha "qapı arxasında kimisə gözləməyə hazırlaşmadıqlarını" bildirirlər
Şənbə, 19.12.2009

İ.Telmanoğlu mətn ölçüsü  

Azərbaycanın bəzi müxalifət partiyaları Avropa Şurasının (AŞ) bələdiyyə seçkiləri üzrə müşahidə missiyası ilə görüşdən növbəti dəfə imtina edib. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, bu addım AŞ missiyası rəhbərlərinin seçkilərlə bağlı qeyri-obyektiv və qeyri-səmimi mövqe nümayiş etdirməsinə, siyasi etika normalarına riayət etmədiyinə və bütövlükdə AŞ-nin Azərbaycanın demokratikləşməsində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmədiyinə etiraz əlaməti olaraq atılıb: "Avropa Şurası Azərbaycana təsadüfi adamları müşahidəçi kimi göndərir. Avropa Şurası qanun pozuntularına heç bir reaksiya vermir".

S.Cəlaloğlunun sözlərinə görə, sonuncu dəfə bu müşahidə missiyası ilə təyin olunan görüşdə baş verən etik qaydalara zidd hərəkətə görə onlar üzr istəmək əvəzinə, qeyri-real fikirlər işlədirlər: "Ona görə də bu, mənasız görüşdür. Əslində belə görüşlərə getmək millətə xəyanətdir".

Qeyd edək ki, Avropa Şurasının müşahidə missiyası müxalifət partiyalarını gələn həftə görüşə dəvət edib. Dəvət edilən Demokrat, Müsavat, Ümid, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal partiyaları görüşdən imtina ediblər.

Xatırladaq ki, AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidə missiyası dekabrın 7-8-də Azərbaycanda səfərdə olub. Daha geniş tərkibli missiyanın bir başqa səfəri dekabrın 20-də başlayacaq.

Maraqlıdır ki, missiya bir neçə gün əvvəl müxalifətçiləri görüşə dəvət etsə də, onları bir neçə saat qapı arxasında gözləməyə məcbur edib. Buna etiraz əlaməti olaraq müxalifətçilər görüşü boykot ediblər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

İran: şübhəli "etiraflar" dalğası

İran müxalifətindən 100 nəfər məhkəmə qarşısında

Avropa müxalifəti seçkilərə dəvət edir

Müxalifət yenidən təlatüm yaşayır

Bölmənin digər xəbərləri
 
"Rusiya Qarabağ müharibəsində Ermənistanı açıq şəkildə dəstəkləməyəcək"
Rusiyalı ekspert Niyazi Niyazovun fikrincə, Azərbaycan üçün Qarabağda döyüş əməliyyatlarında yalnız sovet silahları işə yarayacaq

Bələdiyyə seçkiləri sönük keçirilir
Müxalifət seçkilərə dair birgə rəyini 23 dekabrdan sonra açıqlayacaq

Diasporumuz "hücuma keçir"?
İbrahimov iddia edir ki, "bizimkilər" artıq buna hazırdır

Ermənilərdən indi də Borçalı iddiası
Gürcüstanda ictimai-siyasi durumu qarışdırmaq ssenarisi?

Millət vəkilləri ilə jurnalistlərin "duet"i
Hamı ürəyini boşaltdı

Bakı Vaşinqtona nota verdi
Azərbaycan ABŞ-ın separatçılara və işğal qüvvələrinə maliyyə dəstəyindən hiddətlənib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər