Hal-hazırda Ayna qəzetinin 19.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Millət vəkilləri ilə jurnalistlərin "duet"i
Millət vəkilləri ilə jurnalistlərin "duet"i
Hamı ürəyini boşaltdı
Şənbə, 19.12.2009

Fərəh Sabirqizi mətn ölçüsü  

Azərbaycan parlamentinin işinin işıqlandırılmasında problemlər var. Amma bunun səbəbləri heç də yalnız jurnalistlərdən, ya da birbaşa deputatlardan asılı deyil. Tərəfsiz Jurnalistlər Birliyinin təşəbbüsü ilə keçirilən "dəyirmi masa"da məhz bu mövzu müzakirə obyekti oldu.

"Türkiyədə jurnalist istədiyi vaxt parlament binasına girə bilir" KİV-in İnkişafına Dəstək Fondunun yardımı ilə baş tutan müzakirələrdə parlamentdə akkreditə olunmuş jurnalistlərlə yanaşı, millət vəkilləri də iştirak edirdilər.

Əvvəlcə TJB-nin sədri Elşad Eyvazlı Milli Məclisin fəaliyyətini işıqlandıran KİV işçilərinin çətinliklərindən danışdı. Bu sahədə beynəlxalq təcrübəyə əsaslanaraq onu bildirdi ki, bir çox ölkələrdə jurnalistlər üçün parlamentin işini işıqlandırmaqda sərbəstlik var: "Məsələn, Türkiyədə, Norveçdə, Gürcüstanda akkreditə olunan jurnalistlərə giriş maqnit kartları verilir və onlar istənilən gün, istənilən saat, heç bir razılaşma olmadan parlament binasına girib-çıxa bilirlər". Bir çox dövlətlərdə bu kimi praktikanın mövcudluğunu xatırladan Elşad Eyvazlı Milli Məclisdə də elə bir sistemin olmasını arzuladı.

Vahid Əhmədov: "Siyahı ilə parlamentə düşənlərin deməyə sözü olmur"

Millət vəkili Vahid Əhmədov problemin kökünü deputatların özlərinin mətbuata açıq olub-olmamasında görür: "Elə deputatlar var ki, mətbuatla işləyirlər, çünki xalq tərəfindən seçiliblər, həqiqətən də işləyirlər. Amma eləsi də var, siyahı ilə ora düşüb. Onların nəsə söz deməsi çətin məsələdir". Vahid Əhmədov hesab edir ki, indiki parlamentdə fəaliyyətini şəffaf quran deputatların sayı daha çoxdur.

"Jurnalisti parlamentdə 2-3 dəfə qeydiyyatdan keçirirlər"

"Frans-Press" agentliyinin müxbiri Emil Quliyev Azərbaycan parlamentinin əlahiddə bir obyekt kimi qorunmasından gileyləndi: "Jurnalistlər mətbuat otağına gedənə kimi hər mərtəbədə 2-3 dəfə qeydiyyatdan keçirlər. Heç Strasburqda belə deyil. O cür mühüm orqan - Avropa Şurasının binasında cəmi girişdə yoxlamadan keçəndən sonra verilən kartla baş katibin otağına kimi gedib çıxa bilərsən".

Emil Quliyev parlament iclaslarının çox uzun fasilələrlə keçirilməsini, bunun da MM barədə əlavə informasiya qıtlığı yaratdığını söylədi.

Fazil Mustafa: "Nə brifinq keçirməyə, nə də seçici qəbul etməyə yerimiz var"

Millət vəkili Fazil Mustafa MM prosedurlarının hamının deyil, yalnız bir neçə nəfərin təhlükəsizliyinin təminatına yönəldiyini dedi. O nəinki jurnalistlərin, millət vəkillərinin özlərinin də xeyli problem yaşadıqlarını dedi: "Brifinq keçirmək üçün bircə otaq da yoxdur. Fikirləşirdik ki, yeni binada yəqin buna yer ayrılar. Seçici gələndə onu qəbul etmək üçün otaq gəzirik. Kimisə də parlamentə buraxdırmaq üçün gərək komitə sədrindən icazə alasan. Elə Statistika Komitəsindən material göndərəndə də onu komitə sədrlərinə ünvanlayırlar".

Parlamentin işinin işıqlandırılmasına gəlincə, Fazil Mustafa ən əsas problemi parlament televiziyasının olmamasında görür: "AzTV-yə ayrılan vəsaitin bir hissəsini İTV-yə ayırıb parlament iclaslarının yayımını təşkil etməlidirlər".

Aynur Quliyeva: "Parlament televiziyası olmalıdır"

Millət vəkili Aynur Quliyeva da parlament TV-nin yaradılmasını vacib hesab edir. Onun fikrincə, onsuz da çox az davam edən parlament iclaslarının canlı yayımını təşkil etmək olar: "Bunun üçün ayrıca kanal açılmasa belə, mövcud TV-lərdən birinin proqramına salmaq mümkündür".

Ümumilikdə, deputatın fikrincə, medianın həddən artıq qütbləşməsi, siyasiləşməsi Milli Məclisin işinin daha düzgün işıqlandırılmasına mane olur. Aynur xanım jurnalistlərdən əyalətdə yaşayan insanlarla daha çox işləməyi xahiş etdi: "Regionlarda insanların informasiya almaq imkanları çox zəifdir. Mümkün qədər onların mətbuatla təmaslarını gücləndirmək lazımdır".

"Ria-Novosti" agentliyindən Mürtəza Bünyadlı dövlət qurumları arasında yenə də az-çox Milli Məclisin şəffaf fəaliyyət göstərdiyini dedi. Onun sözlərinə görə, bəzən KİV-lərdəki özünü senzura, "kimlər barədəsə yazmamaq" haqqında tapşırıqlar da jurnalistlərin işinə mane olur.

Nazim Məmmədov: "Mədəniyyət vəzifə ilə ölçülmür"

YAP-dan deputat Nazim Məmmədov hesab edir ki, indi cəmiyyət hansı səviyyədədirsə, parlamentdə oturanlar da ona uyğundur: "Yeni seçildiyim vaxt bu cür intellektual insanların içində işləyəcəyim üçün çox həvəsliydim. İndi isə çox nadir hallarda ora gəlirəm. Onu bilmək lazımdır ki, insanın mədəniyyəti vəzifə ilə ölçülmür. Elə bizim həmkarlarımız arasında elələri var ki, qəbuluna düşə bilmirsən, köməkçisi vasitəsilə xəbər göndərəndə də, bir zəng vurub maraqlanmırlar ki, nə istəyirdin".

Nazim Məmmədov parlamentin mətbuat xidmətinin fəaliyyətini də tənqid etdi. Onun fikrincə, MM-in İnternet səhifəsindəki xəbərlər adi nazirlik saytlarında olanlardan fərqlənmir: "Mətbuat xidməti işini gücləndirməlidir, iclasda müzakirə olan məsələlər barədə hər kəsə ətraflı məlumat verməlidirlər. Hətta nahardan sonrakı iclaslar barədə də informasiya yayılmalıdır".

"Siz olmasanız, Azərbaycanda parlamentin varlığı-yoxluğu bilinməz". Bu sözləri Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn jurnalistlərə xitabən dedi. Onun sözlərinə görə, jurnalistlərin MM iclaslarında sensasiyalara daha çox önəm verməsini başa düşmək olar: "Problemə diqqət yönəltmək üçün mütləq bu cür səs-küy yaratmalı oluruq. Aydın məsələdir ki, onu da jurnalistlər daha həvəslə işıqlandırırlar".

Mətbuatdan qaçan komitə sədrləri, qapalı keçən komitə iclasları...

Diskussiya zamanı deputatlar KİV işçilərinin fasilədən sonrakı iclasda iştirak etmədiyindən, ikinci hissədə müzakirə edilən maraqlı məsələlər barədə ictimaiyyətin bixəbər qalmasından şikayətləndilər. Jurnalistlər isə bəzi məmur deputatların başqa qapıdan çıxdığını, onların medianın gözünə görünmədiyindən gileyləndilər.

Daim mətbuatdan qaçan komitə sədrləri arasında hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin adları çəkildi. O da qeyd olundu ki, parlament binası təmir olunandan sonra komitə iclasları geniş otaqlarda keçirilsə də, yenə də bu iclaslarda jurnalistlərin iştirakı təmin olunmur. Ora dəvət edilən telejurnalistlərin isə içəri kamera keçirməsinə imkan verilmir. Parlamentin təqdim etdiyi kasetlərdə isə səs çox aşağı olduğundan, ordan sinxron səs kimi istifadə etmək mümkün olmur.

Müzakirələr nəticəsində qərara alındı ki, parlamentin işinin daha effektiv işıqlandırılması üçün səslənən təkliflər toplanıb paket şəklində parlament rəhbərliyinə təqdim olunsun.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Media hərbçilərdən nə istəyir?

Qubada jurnalistlər üçün düşərgə

"Döyüşdən reportaj"

Azərbaycan əsgəri döyüşə hazırdır...

Parlament debatlarında sensasion mülahizələr

Bölmənin digər xəbərləri
 
"Rusiya Qarabağ müharibəsində Ermənistanı açıq şəkildə dəstəkləməyəcək"
Rusiyalı ekspert Niyazi Niyazovun fikrincə, Azərbaycan üçün Qarabağda döyüş əməliyyatlarında yalnız sovet silahları işə yarayacaq

Bələdiyyə seçkiləri sönük keçirilir
Müxalifət seçkilərə dair birgə rəyini 23 dekabrdan sonra açıqlayacaq

Diasporumuz "hücuma keçir"?
İbrahimov iddia edir ki, "bizimkilər" artıq buna hazırdır

Ermənilərdən indi də Borçalı iddiası
Gürcüstanda ictimai-siyasi durumu qarışdırmaq ssenarisi?

Müxalifət sözünün üstündə durur...
Onlar bir daha "qapı arxasında kimisə gözləməyə hazırlaşmadıqlarını" bildirirlər

Bakı Vaşinqtona nota verdi
Azərbaycan ABŞ-ın separatçılara və işğal qüvvələrinə maliyyə dəstəyindən hiddətlənib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər