Hal-hazırda Ayna qəzetinin 19.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Ermənilərdən indi də Borçalı iddiası
Ermənilərdən indi də Borçalı iddiası
Gürcüstanda ictimai-siyasi durumu qarışdırmaq ssenarisi?
Şənbə, 19.12.2009

E.Elçin mətn ölçüsü  

 "Supergüclər Qafqazda bəzi şovinist xalqların varlığından istifadə edərək öz məkrli siyasətlərini yürütməkdə davam edirlər". Bu fikri dünən Azərbaycan Media Mərkəzində "Qafqaz və erməni separatizmi" mövzusundakı konfransda Qafqaz Araşdırmalar Mərkəzinin (QAM) rəhbəri Kamran Ramazanlı səsləndirdi. Konfransda əslən Gürcüstandan olan azərbaycanlı ziyalılar Borçalıya erməni çevrələrin ərazi iddiaları ilə bağlı məsələləri müzakirə edirdilər.

K.Ramazanlı diqqəti buna yönəltdi ki, son zamanlar Qafqazda erməni siyasəti yenidən aktivləşməyə başlayıb, onlar yeni ərazi iddiaları ilə çıxış edirlər. Yeni iddiaların birinin mahiyyəti ondan ibarətdir ki, guya "şimali Lori vilayəti" əsrlər boyunca erməni mədəniyyətinin və milli indentifikasiyasının mühüm beşiklərindən biridir. Bundan başqa, ermənilər iddia edirlər ki, guya tarixi Lori vilayəti ərazisindən keçən Ermənistan-Gürcüstan sərhədi, vaxtilə SSRİ tərəfindən onların maraqları nəzərə alınmadan müəyyənləşdirilibmiş".

Ermənilərin bu addımlarının təxribat xarakterli olduğunu deyən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin eksperti Ənvər Börüsoy bu məsələ ilə bağlı bildirdi ki, ermənilərin Qafqazda xalqlar arasında ədavət salan təşkilatları hələ də öz mənfur niyyətlərini gündəmdə saxlamağa çalışırlar: "1998-ci ildə Amerika Erməni Assambleyasının qərarına görə, onlar artıq erməni lobbisi kimi deyil, beynəlxalq təşkilatlara inteqrasiya olmuş şəkildə fəaliyyət göstərməlidir. Belə bir fəaliyyətin məqsədi isə həmin beynəlxalq təşkilatların Qafqaza dair planlarında erməni maraqlarının nəzərə alınmasına nail olmaqdır. Misal üçün, separatçı Abxaziyada prezident seçkiləri zamanı ən fəal iştirak edən ermənilər olublar. Ermənilər öz məkrli fikirlərini yerinə yetirmək üçün böyük dövlətlərin Azərbaycanı, Gürcüstanı, ümumiyyətlə, Qafqazı federallaşdırmaq planlarına qoşulublar. Bütün bunlar Azərbaycan üçün perspektivdə problemlər yaradacaq. Ona görə də ermənilərin bu cür iddialarına qarşı aktiv çıxış etmək lazımdır. Çünki Qafqaz ermənilər üçün heç vaxt vətən olmayıb. Bunu özləri də etiraf ediblər. Qafqaz hər zaman türkün vətəni olub və olacaq da".

Professor Hidayət Nuriyev Qafqazın hazırda müasir dünyanın ən mürəkkəb ərazilərindən biri olduğunu, güclü dövlətlərin öz maraqları üçün qulluq göstərməyə həvəsli olan xırda xalqlardan alət qismində istifadə etdiklərini xatırlatdı: "Belə xalqlardan biri də 200 ildir ermənilərdir. İndi də ortaya çıxıblar ki, Lori bizimdir. Mən başa düşə bilmirəm bu torpaqlara 150 il qabaq gətirilən xalq indi necə bura mənimdi deyə bilər? Biz adətən belə sərsəm iddialara məhəl qoymuruq, amma artıq sözümüzü deməyin vaxtı gəlib çatıb".

Borçalı Cəmiyyəti Ağsaqqallar Şurasının sədri Eyvaz Borçalı da bu fikri təsdiqlədi. "Tarixən Qafqazda bütün faciələrin səbəbkarları erməni şovinistləri olub və bu gün də onlardır. Onlar özləri də çox gözəl bilirlər ki, məskunlaşdıqları torpaqlar doğma vətənləri deyil. Bu torpaqları ermənilər öz havadarlarının sayəsində əldə ediblər". Eyvaz Borçalı da fəal olmağı lazım bildi.

Tədbir zamanı Gürcüstan rəhbərliyinin erməni çevrələrin bu kimi əsassız iddialarına lazımi cavab vermədiyi də qınandı.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yerevan yeni səfirini təyin etdi

Ermənistan dünyanı aldadır

Ermənistan ordusunun çağırışçı problemi

Ermənipərəst konqresmenlər Obamaya müraciət etdilər

İrəvan bu günlərdə nəylə nəfəs alır?

Bölmənin digər xəbərləri
 
"Rusiya Qarabağ müharibəsində Ermənistanı açıq şəkildə dəstəkləməyəcək"
Rusiyalı ekspert Niyazi Niyazovun fikrincə, Azərbaycan üçün Qarabağda döyüş əməliyyatlarında yalnız sovet silahları işə yarayacaq

Bələdiyyə seçkiləri sönük keçirilir
Müxalifət seçkilərə dair birgə rəyini 23 dekabrdan sonra açıqlayacaq

Diasporumuz "hücuma keçir"?
İbrahimov iddia edir ki, "bizimkilər" artıq buna hazırdır

Millət vəkilləri ilə jurnalistlərin "duet"i
Hamı ürəyini boşaltdı

Müxalifət sözünün üstündə durur...
Onlar bir daha "qapı arxasında kimisə gözləməyə hazırlaşmadıqlarını" bildirirlər

Bakı Vaşinqtona nota verdi
Azərbaycan ABŞ-ın separatçılara və işğal qüvvələrinə maliyyə dəstəyindən hiddətlənib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər