Hal-hazırda Ayna qəzetinin 19.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Diasporumuz "hücuma keçir"?
Diasporumuz "hücuma keçir"?
İbrahimov iddia edir ki, "bizimkilər" artıq buna hazırdır
Şənbə, 19.12.2009

S.Abbas mətn ölçüsü  

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun 2009-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransı hesabat xarakterli olub. Komitə sədri 2009-cu ildə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərin təbliği məqsədilə bir sıra tədbirlər keçirildiyini xatırladıb (APA).

Nazim İbrahimov 2009-cu ildə görülən digər mühüm işlər haqqında da danışaraq bu il Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Azərbaycan İnformasiya Mərkəzinin yaradıldığını, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası üzərində işin başa çatdığını söyləyib: "Bu il həmçinin dünyanın bir çox ölkələrində yeni diaspor təşkilatlarının, o cümlədən Moskvada Rusiya Azərbaycanlı Gənclər Təşkilatının təsis konfransı keçirilib".

Bu il prioritet istiqamətlərindən biri də Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası sahəsində mövcud problemlərin aradan qaldırılması olub: "Məlum olduğu kimi, 2008-ci ildə Gürcüstanda fəaliyyət göstərən 124 azərbaycandilli məktəbin 50-də gürcü dili kursları açılıb. 2009-cu ildə əlavə olaraq 34 azərbaycandilli məktəbdə gürcü dili kursu açılıb".

Nazim İbrahimov ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollar yardım ayırmasının da Azərbaycan diaspor təşkilatlarının narazılığına səbəb olduğunu da qeyd edib: "Artıq dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da yaşayan azərbaycanlılar bu məsələ ilə bağlı öz etirazlarını ifadə ediblər".

Komitə sədri qeyd edib ki, xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatları artıq praktik iş görmək mərhələsinə gəlib çatıblar: "Bizim diaspor təşkilatlarının təsir imkanları yaranıb, onlar fəaliyyət göstərdikləri ölkələrin seçkili orqanlarında iştirak edirlər. Prezident İlham Əliyevin dediyi kimi, artıq müdafiədən hücuma keçilib. Diaspor təşkilatlarına siyasi cəhətdən yetkin insanlar başçılıq edir".

Xocalı soyqırımının indiyədək heç bir dövlət tərəfindən tanınmadığına toxunan komitə sədri bunun mürəkkəb proses olduğunu vurğulayıb: "Dost dövlətlər belə bu addımdan çəkinirlər" .

Habelə N.İbrahimov bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasına uyğun olaraq AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə birlikdə virtual həftəsonu məktəbinin yaradılması istiqamətində iş aparır. Komitə sədri deyib ki, layihənin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dilini, Azərbaycan tarixini, mədəniyyətini, coğrafiyasını tədris etməkdir: "Komitəmizin təbliğat, informasiya və analitik təhlil şöbəsi müvafiq tədbirlərin görülməsinə başlayıb. Yaxın vaxtlarda layihənin hazırlanması başa çatdırılacaq və təqdimat mərasimi keçiriləcək" .


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Mini-disklə oxumaq ayıbdır"

İradə İbrahimovanın klipi Gürcüstanda çəkilib

Azərbaycanlılar Orta Asiya Konqresində birləşir

Bölmənin digər xəbərləri
 
"Rusiya Qarabağ müharibəsində Ermənistanı açıq şəkildə dəstəkləməyəcək"
Rusiyalı ekspert Niyazi Niyazovun fikrincə, Azərbaycan üçün Qarabağda döyüş əməliyyatlarında yalnız sovet silahları işə yarayacaq

Bələdiyyə seçkiləri sönük keçirilir
Müxalifət seçkilərə dair birgə rəyini 23 dekabrdan sonra açıqlayacaq

Ermənilərdən indi də Borçalı iddiası
Gürcüstanda ictimai-siyasi durumu qarışdırmaq ssenarisi?

Millət vəkilləri ilə jurnalistlərin "duet"i
Hamı ürəyini boşaltdı

Müxalifət sözünün üstündə durur...
Onlar bir daha "qapı arxasında kimisə gözləməyə hazırlaşmadıqlarını" bildirirlər

Bakı Vaşinqtona nota verdi
Azərbaycan ABŞ-ın separatçılara və işğal qüvvələrinə maliyyə dəstəyindən hiddətlənib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər