Hal-hazırda Ayna qəzetinin 19.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Bələdiyyə seçkiləri sönük keçirilir
Müxalifət seçkilərə dair birgə rəyini 23 dekabrdan sonra açıqlayacaq
Şənbə, 19.12.2009

İ.Telmanoğlu mətn ölçüsü  

Builki bələdiyyə seçkiləri əvvəlki seçkilərlə müqayisədə kifayət qədər sakit gedir: "Bu da rəqabətin güclü olmaması ilə bağlıdır. Belə ki, hər bir yer üçün təxminən 2 nəfər mübarizə aparır. Bu münasibət Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin uzunmüddətli müşahidəsi ilə bağlı aralıq hesabatında yer alır.

APA-nın məlumatına görə, təşkilatın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bununla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, seçkilərdən əvvəllər yerlərdə və seçki komissiyalarında müşahidələr aparılıb.

M.Zülfüqarlı bildirib ki, MSK-nın fəaliyyətinin müşahidəsi aparılıb və quruma daxil olan şikayətlərin bir hissəsi təmin olunub: "Amma vətəndaşların namizədliklərini qeydə almaqdan imtina edən, qanunu pozan dairə seçki komissiyalarının heç biri cəzalandırılmayıb. Onlarla bağlı tədbir görülməlidir ki, sonrakı seçkilərdə bu kimi addımlar təkrar olunmasın".

Hesabatda həmçinin seçkilərin təbliğat-təşviqat kampaniyasının zəif olduğu, təşviqat plakatlarının kifayət qədər az olduğu bildirilir. "Televiziyalarda çıxışlara isə çox az sayda rast gəlinir, seçicilərlə görüşlərin sayı çox azdır. Bu onu göstərir ki, 2004 və 1999-cu illərlə müqayisədə seçkiöncəsi vəziyyət kifayət qədər sakitdir".

M.Zülfüqarlı mətbuat və televiziyalarda bələdiyyə seçkilərinə kifayət qədər yer ayrıldığını qeyd edib.

Hesabatda məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirak etmədiyinin qanunazidd olduğu göstərilir. Hazırlanmış hesabatın sonunda bir sıra tövsiyələr irəli sürülüb. Həmin tövsiyələrdə seçki prosesi ilə bağlı qanunvericilik barədə bəzi təkliflər yer alır.

Müxalifət qüvvələrinin isə seçkilərə dekabrın 23-ü axşam və ya 24-ü münasibət bildirəcəyi gözlənilir. Artıq bu məqsədlə Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bəzi müxalifət partiyaları ilə razılaşma əldə edib. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucov APA-ya bildirib ki, bununla bağlı Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqa daxil olan partiyalarla danışıqlar aparılıb və ilkin razılaşma var: "Razılaşmaya görə, biz seçkilərin nəticələrinin qiymətləndirilməsində vahid mövqedən çıxış edəcəyik və həmçinin namizədlərimizi də qarşılıqlı olaraq dəstəkləyəcəyik". Bununla bağlı olaraq Əli Orucov gələn həftə müxalifət partiyalarının birgə toplantısının nəzərdə tutulduğunu deyib.

Belə ki, sönük keçən bələdiyyə seçkiləri ilə bağlı hələ ki, narazılıq edən yeganə siyasi partiya "Ümid"dir. Partiyanın yaydığı məlumata görə, yerlərdə təzyiq nəticəsində partiyanın 90 nəfərdən artıq namizədi öz namizədliyini geri götürməyə məcbur olub.

Amma MSK-nın ictimaiyyətlə əlaqə şöbəsi bu ittihamlarla razı deyil. Şöbənin müdiri Azər Sarıyevin verdiyi məlumata görə, hətta MSK daxil olmuş şikayətlər əsasında yerlərdə namizədliyi qeydə alınmayan "Ümid" Partiyasının bir neçə üzvünün namizədliyini qeydə alıb. O, seçkilərin tam şəffaf və ədalətli təşkil olunduğunu da iddia edib. Seçkilərin necə keçdiyini cəmi 5 gündən sonra biləcəyik.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dəmir yol gücləndirilmiş iş rejiminə keçdi

Klipmeyker ikinci dəfə ailə həyatı qurur

Fuad Əlişov niyə böyük ekran əsəri çəkmir?

Payızda Bakı və Abşeronda rəqəmsal televiziya efirə çıxacaq

Ölkəyə gələnlərin və gedənlərin profilaktikası aparılacaq

Bölmənin digər xəbərləri
 
"Rusiya Qarabağ müharibəsində Ermənistanı açıq şəkildə dəstəkləməyəcək"
Rusiyalı ekspert Niyazi Niyazovun fikrincə, Azərbaycan üçün Qarabağda döyüş əməliyyatlarında yalnız sovet silahları işə yarayacaq

Diasporumuz "hücuma keçir"?
İbrahimov iddia edir ki, "bizimkilər" artıq buna hazırdır

Ermənilərdən indi də Borçalı iddiası
Gürcüstanda ictimai-siyasi durumu qarışdırmaq ssenarisi?

Millət vəkilləri ilə jurnalistlərin "duet"i
Hamı ürəyini boşaltdı

Müxalifət sözünün üstündə durur...
Onlar bir daha "qapı arxasında kimisə gözləməyə hazırlaşmadıqlarını" bildirirlər

Bakı Vaşinqtona nota verdi
Azərbaycan ABŞ-ın separatçılara və işğal qüvvələrinə maliyyə dəstəyindən hiddətlənib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər