Hollivud aktyoru Mel Gibson həyat yoldaşı Oksana Qranovskaya və yenicə dünyaya gələn qızı ilə heç maraqlanmır. Xarici mətbuata açıqlamasında Oksana Mel Gibsonun ailəsinə olduqca biganə yanaşmasından şikayətlənib. O bildirib ki, aktyor gününün böyük bir hissəsini evdən kənarda əylənməklə keçirir. Oksananın sözlərinə görə, uşağın dünyaya gəlməsinə qədər hər şey tam başqa cür olub. O vaxt cütlük birgə daha çox vaxt keçirirdi: "İndi isə Mel Gibson gecələr klublar və barlarda əylənir, gündüzlər isə ya yatır, ya da işləyir".
|