Hal-hazırda Ayna qəzetinin 19.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
İctimai nəqliyyata kim son dəfə nə vaxt minib?
İctimai nəqliyyata kim son dəfə nə vaxt minib?
Məşhurluq bəzilərinə bərk mane olurmuş
Şənbə, 19.12.2009

Z.Rüstəm mətn ölçüsü  

Geyimləri, boy-buxunları, çəkiləri, hətta menyuları ilə diqqət mərkəzində olan sənət adamları ilə daha bir sorğunu təqdim edirik. Bu barədə yazarkən Lent.az araşdırmasına da müraciət etdik. Bir qisim sənət adamının şəhər həyatında hərəkətverici qüvvə olan ictimai nəqliyyat vasitələrindən son dəfə nə vaxt istifadə etdiyi öyrənilib. Məsələn, xalq artisti Faiq Ağayev son dəfə ictimai nəqliyyatdan 1990-cı ildə istifadə edib: "Tələbə idim, o vaxtkı "Bakı Soveti" metro stansiyasından "Elmlər Akademiyasına" gedirdim. Ordan da "178" saylı marşruta minirdim. Ölkə xaricində isə son dəfə oktyabr ayında Moskvada olarkən metrodan istifadə etmişəm". Xalq artisti Alim Qasımov son dəfə nə vaxt avtobusda, ya da metroda olduğunu xatırlamır: "İnanın ki, heç yadıma düşmür, unutmuşam. Arabir taksi xidmətindən istifadə edirəm. Səfərlərdə isə həmişə ictimai nəqliyyata üstünlük verirəm". Xalq artisti İlhamə Quliyeva: "Axırıncı dəfə tələbə olanda ictimai nəqliyyatdan istifadə etmişəm. O da nə vaxt olub, xatırlaya bilmirəm. Avropa ölkələrində olanda istifadə edirəm. Burada isə imkan yoxdu, mağazaya gedib alış-veriş edəndə belə narahat oluram. Aftoqraflar, xalqın məhəbbəti və s". Əməkdar artist Elza Seyidcahan komplekssiz olmasına baxmayaraq, ictimai nəqliyyatla yol getməyə o qədər də meyil etmir.

REKLAM

Lakin buna bənzər bir hadisə olub. Müğənni tədbirlərin birində prodüseri Canbala Babayevin köhnə avtomobilinə əyləşib. Yolboyu insanların təəccüblü baxışları onu müşayiət edib. Müğənni və prodüseri ətrafdakıların baxışlarına məhəl qoymadan tədbirə gediblər. Xatirə İslamın ictimai nəqliyyatdan istifadə etməsi sərnişinlərin ürəyincə olub: "Bu hadisə bir il əvvəl olub. Gedəsi tədbirim var idi, tarzən Rövşəni gözləyirdim. Gördüm o gec gəlir, mən isə gecikirəm. Oturdum marşruta, Azadlıq prospektindən 3-cü mikrorayona qədər getdim". Doğrudur, yolu sona qədər gedə bilmədim, çünki yarı yolda Rövşən məni maşınla götürdü. Avtobusdan düşəndə qalan sərnişilərin də yerinə 10 manat verdim". Xanəndə Elnarə Abdullayevanı ictimai nəqliyyatda tez-tez görmək olar. Xanəndə əksər hallarda şəxsi maşını ilə gəzsə də, özünə xas siyasətlə əhaliyə qarışıb gəzməyi də bacarır: "Bəzən kefimə düşəndə ictimai nəqliyyatla gedirəm. Son dəfə iki-üç ay əvvəl 5 saylı marşrutla getmişəm. Mənə elə gəlir ki, çoxdandır efirdə yoxam, artıq məni tanımayacaqlar. Lakin o dəqiqə tanıdılar. Məndən soruşurlar, "Sən Elnarəsən?" "Yox" cavabı verirəm. Onlar "insan insana bu qədər bənzəyər?" deməklə təəccüblərini gizlədə bilmirdilər. Bagiranın öz dünyası var: "Sarı saçlı gözəlçə ictimaiyyətdən uzaq olsa da, marka olmayan və olduqca köhnə, güclə tərpənən sarı rəngli "Qaz-24" markalı taksidə gəzir. Bagira özünə söz verib: "Bu, həmişə belə olacaq! Hətta xalq artisti olanda belə o, həmin maşında gəzəcək". Müğənni Aslan Azərbaycana gəldiyi vaxtlarda bol-bol ictimai nəqliyyatdan istifadə edib: "Amma indi yadıma gəlmir. Bilirəm ki, 8 il əvvəl Azərbaycana təzə gələndə 2-3 ay ictimai nəqliyyatdan istifadə edirdim. Sonra özümə maşın aldım".

Arzum isə son dəfə nəqliyyatdan 6 il əvvəl istifadə edib, hazırda şəxsi sürücüsü var. Könül Kərimovanın favorit nəqliyyat vasitələri olub: "1992-ci ildə institut illərində marşrutla gedib-gəlmişəm. İndiyədək yadımdadır, bu 26 və 106 saylı marşrutlar idi. Metro ilə "28 May" metrostansiyasından "Nərimanov"a qədər gedirdim. Adətən metro ilə getməyə üstünlük verirdim. 26-nı o qədər sevmirdim, çünki mənə elə gəlirdi ki, balaca olduğu üçün maşın aşacaq. Amma 106 kifayət qədər böyük idi. Buna görə arxayınlıqla gedirdim".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Sənətçilər tibbi sığortaya daha çox maraq göstərir

Nüşabə Ələsgərli: "Mən siravi yox, peşəkar müğənniyəm"

Sərnişin nəqliyyatı, "qayda-qanun" və çörəkpulu

Sənətçilərin çoxu bu ay ac qala bilməyib

Səhnəmizin çəkidən ağır və yüngülləri

Bölmənin digər xəbərləri
 
Cavan Zeynallının albomu Londonda hazırlanır
Əmindir ki, bu caz toplusu dünyaya səs salacaq

Elza Seyidcahan yeni bir yenilik eşqinə düşüb
Bu yenilik rusiyalı mütəxəssislərdən gələcək

Hüseyn Dərya həbsxana atmosferindən uzaqlaşmaq istəyir
Yeni replərin bu tezlikdə yaranmayacağının səbəblərindən danışdı

Lolita üçüncü dəfə ərə gedir
Toyun vaxtı bəlli olub

Mel Gibson ailəsindən uzaq gəzir
Gecələri klublarda keçirir, gündüzlər isə yatır

Rusiyalı sənətçilərlə Yeni il şousu
Narsis Pier və Yelena Kukarskaya Bakının qonağı olacaqlar

Maykl Ceksonun mahnısı nağaranın ifasında
"Natiq" ritm qrupu saxsı nağara nümayiş etdirdi

Dünya ulduzları ilə birlikdə konsert çəkilişi
"Next" qrupu MTV telekanalından dəvət alıb

Funda Arar Nura Surinin ifasına fikir bildirib
Türkiyəli sənətçi mövqeyini efirdən səsləndirib

Rəşad İlyasovu qalmaqaldan uzaq tutan taktika
O, gündəmdə qalmağın "sağlam" yolunu tapıb

Ajda Pekkan əməliyyat olunacaq
Problemi ürəyindən deyil, ayağından olduğu deyilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər