Biznesmen Aleksandr Zarubindən boşanmaq müğənni Lolitaya çətin olsa da, tez bir zamanda bu vəziyyətdən çıxa bilib. Rus mətbuatının yazdığına görə, müğənni özünə Dmitri İvanov adlı yeni sevgili tapıb. Hətta Lolita idmançı dostu ilə evlənmək qərarına gəlib.
Mətbuat yazır ki, əgər onların sevdası baş tutarsa, bu, Lolitanın sayca 3-cü evliliyi olacaq. Xatırladaq ki, onun birinci həyat yoldaşı şoumen Aleksandr Sekalo, ikinci əri mötəbər biznesmen Aleksandr Zarubin olub. Üçüncü dəfə ailə həyatı quracağı şəxs isə gənc idmançı Dmitri İvanovdur.
Artıq cütlük toy gününün tarixini də açıqlayıb. Bildirilib ki, Lolita ilə Dmitri İvanovun toyu gələn ilin martında keçiriləcək.
|