Hər zaman qeyri-adi yeniliklər vəd edən əməkdar artist Elza Seyidcahan növbəti layihəsindən söz açıb. Müğənni bildirib ki, onun daha bir qeyri-adi konsert proqramı gözlənilir. Bu dəfə müğənni kiçik salonları deyil, Heydər Əliyev Sarayının səhnəsini seçib.
Konsert proqramını qeyri-adi fantaziyaları ilə zənginləşdirmək istiqamətində çalışan müğənni bunları açıqlamağa tələsmir. Deyir ki, tamaşaçını maraqlandırmaq üçün sirri saxlamağı bacarmalıdır.
Söhbətdən bəlli oldu ki, Elza Seyidcahanın proqramına rəng qatan yeniliklərdən bəzisi rusiyalı mütəxəssislərə məxsus olacaq. Bu məqsədlə onun Moskvaya bir neçə səfəri planlaşdırılıb.
|