![]() |
çap et |
|
|||
Son illər sənət meydanında səsi az eşidilən cazmen Cavan Zeynallı barəsində yeni xəbər ala bildik. Əməkdar artistin bildirdiyinə görə, gələn ilin ilk aylarında albomunu təqdim edəcək. Uzun fasilədən sonra yaradıcılıq işləri barəsində danışarkən, bu müddətdə yalnız yeni albom hazırlığı üzərində çalışdığını vurğuladı. Təkrarçılığı sevmədiyini bildirdi. Söylədi ki, məzmunsuz kliplər, dəyərsiz mahnılar tamaşaçı zövqünə mənfi təsirini kifayət qədər göstərir. Yeni albomunun isə zövq oxşayacağına əmindir.
Cazmen tərtibat işlərinin və mahnıların səs imkanlarının yüksək səviyyədə alınması üçün Londonda səsyazma studiyalarından birinin qapısını döyüb. Orada aparılan hazırlıq işləri ürəyincə olub və o, göz oxşayan albomunu rahat şəkildə dinləyicisinə təqdim edə biləcəyini söylədi. Əlavəsinə görə, haqqında danışdığı toplunun üzərində bir sıra əcnəbi musiqiçilər əmək sərf ediblər. Yaradıcılıq işinin dünya standartlarına cavab verəcəyini bildirən Cavan Zeynallı onun yayımını tək ölkəmizdəki satış mərkəzləri ilə məhdudlaşdırmaq istəmir. Əgər bəzi şirkətlər yardımçı rolu oynasalar, azərbaycanlı cazmenin albomu dünyaya səs sala biləcək. |