Hal-hazırda Ayna qəzetinin 19.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Bank kreditləri ucuzlaşacaq
Bank kreditləri ucuzlaşacaq
Artıq bir sıra banklar bu istiqamətdə müvafiq addımlar atıb
Şənbə, 19.12.2009


İlkin
mətn ölçüsü  

Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının əhalidən cəlb etdiyi əmanətlər üzrə faiz dərəcələrinin (gəlirlik) azaldılması istiqamətində planları mövcuddur. Artıq bir sıra banklar bu istiqamətdə müvafiq addımlar atıb, bu isə öz növbəsində verilən kreditlərin faiz dərəcəsinə təsir göstərəcək. Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib.

Alim Quliyevin sözlərinə görə, hazırda banklarda kifayət qədər likvid resurslar cəmləşib və bank sisteminin həmin resursların yerləşdirilməsi ilə bağlı problemi yaranıb. Bank sistemində artıq resursların yaranması isə böhran şəraitində bankların ehtiyatlı kredit siyasəti həyata keçirməsi ilə bağlıdır.

"Dünya maliyyə böhranı ilə bağlı ölkədəki bankların xaricdən maliyyələşmə mənbələri tükənib. Bir sıra bankların əhalidən cəlb etdiyi depozitlərin faiz dərəcəsinə baxılması üzrə düşüncələri mövcuddur. Artıq bəzi banklar tərəfindən bu istiqamətdə müvafiq addımlar da atılıb, bu isə verilən kreditlərin faiz dərəcəsinə öz təsirini göstərəcək. Cəlb olunmuş vəsaitlər nə dərəcədə ucuz olarsa, onun yerləşdirilməsi, yəni kreditləşmə də bir o qədər ucuz olacaq", - deyə AMB rəsmisi bildirib.

Qeyd edək ki, hazırda banklar tərəfindən əmanətlər orta hesabla illik 12-14%-lə qəbul olunur, kreditlər isə 20-24% dərəcəsi ilə verilir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Banklar müştərilərin etibarlılığını gözdən keçirir

Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir

Çin malları Azərbaycanda istehsal ediləcək?

Kredit alanların məsuliyyəti artacaq

Dünya Bankı və BVF təcavüzkara kredit verir

Bölmənin digər xəbərləri
 
Dövlət vəsaitlərindən səmərəsiz istifadə riski günbəgün artır
Sərf edilmənin effektivliyini qiymətləndirmə mexanizmi yoxdur

Saxta endirim kampaniyacı aparanlara cərimə
Dünya praktikasında bu var, bizim qanunvericilikdə isə boşluq mövcuddur

Metropoliten həmişə subsidiya alıb və alacaq!
2040-cı ilə qədərsə 68 stansiyamız olmalıdır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət

Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət


Bahalaşma süni yolla yaradılır

Bahalaşma süni yolla yaradılır


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər