"Marakana" yenidən qurulur
|
Şənbə, 19.12.2009
|
|
mətn ölçüsü |
|
|
|
Dünyanın ən böyük stadionu olan "Marakana" yenidən qurulacaq. İdman arenasında yenidənquma işlərinə 280 milyon ABŞ dolları xərclənəcək. Braziliyanın Rio de Janeyro şəhərində yerləşən möhtəşəm arenada təmir işləri gələn il başlanacaq və 2 il davam edəcək. 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının əsas arenası sayılan "Marakana" yenidənqurmadan sonra çox dəyişəcək. Ən əsas fərq tamaşaçıların tutumunda olacaq. Belə ki, FİFA-nın tövsiyəsinə əsasən, stadionda oturacaqların sayı 87 mindən 82 minə düşəcək.
1950-ci il dünya çempionatı üçün tikilən "Marakana" ilkin variantda 200 min tamaşaçını qəbul etmək iqtidarında olub. Dünya futbol tarixində rekord da məhz bu arenada 59 il əvvəlki çempionatda qeydə alınıb. Həmin il Braziliya və Uruqvay matçını 200 min tamaşaçı izləyib.
|
|
|
Oxşar xəbərlər:
"Azərreyl" türk məşqçiyə tapşırıldı
Kimisi qalib, kimisi məğlub
Biri getdi, qaldı dördü
|
|
|