"Çağırış" kubokunda rəqibimizi tanıdıq
|
Şənbə, 19.12.2009
|
|
mətn ölçüsü |
|
|
|
Avropa Voleybol Konfederasiyasının (CEV) keçirdiyi "Çağırış" kuboku uğrunda yarışın 1/16 final mərhələsinin püşkü atılıb.
Azərbaycanın kişilərdən ibarət "Azərneft" komandasının bəxtinə İsveçrənin "Volley" klubu düşüb. Analoji yarışda mübarizə aparan qadınlardan ibarət "Lokomotiv" isə tanış rəqiblə qarşılaşacaq. Komandamız CEV kubokunun 1/16 finalında "Rabitə"nin üstələdiyi "Vımpel Qvardiya" (Polşa) klubu ilə oynayacaq.
Xatırladaq ki, CEV kubokunda çıxış edən "Azərreyl" və "Rabitə" klublarının rəqibləri əvvəldən bəlli idi. Maraqlıdır, bu komandalar uğur qazanarlarsa, o zaman 1/4 finalda "Azərreyl" - "Rabitə" duelini izləyəcəyik.
|
|
|
|
|
|
|