Hal-hazırda Ayna qəzetinin 19.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Püşkatma "Qalatasaray"a çətin rəqib seçdi
Püşkatma "Qalatasaray"a çətin rəqib seçdi
Şənbə, 19.12.2009

İ.Kərimoğlu mətn ölçüsü  

Dünən İsveçrənin Nionda şəhərində Çempionlar Liqası turnirinin 1/8 final mərhələsinin püşkü atılıb. Püşkatmada səkkiz ölkənin komandası iştirak edib. İngiltərə, İtaliya və İspaniya üç klubla təmsil olunublar. Yeri gəlmişkən, ötən il bu mərhələdə İtaliyanın heç bir klubu təmsil olunmurdu. Ona görə də "İnter", "Milan" və "Fiorentina" üçlüyü İtaliya futbolunu layiqincə təmsil etmək üçün maksimum səy göstərəcəklər. Fransa və Almaniya iki klubla təmsil olunur. Rusiya, Portuqaliya və Yunanıstanın şərəfini cəmi bir klub qoruyur.

Avropa Çempionlar Liqası turnirinin baş mükafatını doqquz dəfə qazanmış Madrid "Real"ı Fransanın "Lion" komandası ilə üz-üzə gələcək. Yeri gəlmişkən, turnirin mayın 22-də keçiriləcək final matçı "Real"ın "ev oyunları"nı keçirdiyi "Santyaqo Bernabeu" stadionunda təşkil olunacaq.

Ötən turnirin finalçısı "Mançester Yunayted" isə İtaliyanın "Milan" klubu ilə qarşılaşacaq. Bu matçı ÇL-in 1/8 final mərhələsinin ən vacib görüşü də saymaq olar. Çempionlar Liqasının ötənilki qalibi "Barselona" isə Almaniyanın "Ştutqart" klubunu sınağa çəkəcək.

Püşk tarixində ilk dəfə olaraq Çempionlar Liqasının 1/8 final mərhələsinə çıxan Moskvanın MOİK klubuna İspaniya "Sevilya"sını rəqib seçib. Xatırladaq ki, Rusiya klublarından yalnız "Lokomotiv" Çempionlar Liqasında bu mərhələyə qədər irəliləyə bilib.

Püşk Joze Maurinyonun baş məşqçisi olduğu İtaliyanın "İnter" komandasına portuqaliyalı mütəxəssisin vaxtilə çalışdığı "Çelsi"ni rəqib edib.

Çempionlar Liqası. 1/8 final mərhələsinin püşkatmasının nəticələri:

"Ştutqart" (Almaniya) - "Barselona" (İspaniya)

"Olimpiakos" (Yunanıstan) - "Bordo" (Fransa)

"İnter" (İtaliya) - "Çelsi" (İngiltərə)

"Bavariya" (Almaniya) - "Fiorentina" (İtaliya)

OMİK (Rusiya) - "Sevilya" (İspaniya)

"Lion" (Fransa) - "Real" (Madrid, İspaniya)

"Portu" (Portuqaliya) - "Arsenal" (İngiltərə)

"Milan" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə)

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları fevralın 16/17-də və 23/24-də, cavab qarşılaşmaları isə martın 9/10-da və 16/17-də keçiriləcək.

Dünən eyni zamanda UEFA Avropa Liqası 1/16 final mərhələsinin də püşkatması olub. Turnirin son qalibi, Ukraynanın "Şaxtyor" klubu İngiltərənin "Fulhem" klubu ilə qarşılaşacaq. Turnirə Çempionlar Liqasından qoşulan Rusiya çempionu "Rubin" isə İsrailin "Xapoel" klubunu sınağa çəkəcək. Bundan əvvəl ÇL-də çıxış edən "Yuventus" (İtaliya) "Ayaks"la (Hollandiya), Almaniya çempionu "Volfsburq" isə "Vilyareal"la qarşılaşacaq.

Püşkatma Avropa Liqasında çıxış edən İstanbul klubları - "Qalatasaray" və "Fənərbaxça"nın da rəqiblərini müəyyən edib. "Qalatasaray" İspaniyanın "Atletiko", "Fənərbaxça" isə "Lill"lə qüvvəsini sınayacaq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Qalatasaray" növbəti mərhələdə

Bölmənin digər xəbərləri
 
Əli İsmayılov çempion kəməri qazana bilmədi
Üzündə çoxsaylı çapıqlar səbəbincə döyüşü yarımçıq kəsdi

"Karvan" son pilləni tərk etdi
Turun mərkəzi qarşılaşması - Ağdamda

"Çağırış" kubokunda rəqibimizi tanıdıq
Avropa Voleybol Konfederasiyasının (CEV) keçirdiyi "Çağırış" kuboku uğrunda yarışın 1/16 final mərhələsinin püşkü atılıb.

2012-ci il Avropa çempionatının loqosu təqdim olundu
2012-ci ildə Ukrayna və Polşada keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi loqotipi və şüarı təqdim olunub.

"Marakana" yenidən qurulur
Dünyanın ən böyük stadionu olan "Marakana" yenidən qurulacaq. İdman arenasında yenidənquma işlərinə 280 milyon ABŞ dolları xərclənəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər