Hal-hazırda Ayna qəzetinin 19.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Karvan" son pilləni tərk etdi
"Karvan" son pilləni tərk etdi
Turun mərkəzi qarşılaşması - Ağdamda
Şənbə, 19.12.2009

İ.Rəfiyev mətn ölçüsü  

Dünən Yevlaxda keçirilən "Karvan" - "Muğan" matçı ilə Unibank Premyer Liqasında XVI tur başlanıb. "Karvan" qələbə həsrətinə ilk dövrədə məğlub olduğu Salyanın "Muğan" klubu ilə matçda son qoymağa çalışsa da, bunu edə bilməyib. Matç heç-heçə başa çatıb - 1:1.

XVI turun mərkəzi görüşü Ağdamda ötən mövsümün mükafatçıları arasında baş tutacaq. Azərbaycan kubokunun son qalibi "Qarabağ" Premyer Liqanın bürünc mükafatçısı "Simurğ"u qəbul edəcək. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun əslən Zaqataladan olması, həmçinin rəhbərlik etdiyi komandanın ilk dövrədə "Simurğ"a uduzması görüşün prinsipiallığını artırır.

"Altılığ"a düşmək uğrunda gərgin mübarizə aparan digər iki komanda Lənkəranda üz-üzə gələcək. "Qəbələ" səfər görüşündə "Xəzər-Lənkəran"a qalib gəlsə, turnir cədvəlində onu qabaqlaya bilər.

İkinci dövrədə zəif təsir bağışlayan "Neftçi" autsayder "Standard"ı sınağa cəkəcək. "Olimpik-Şüvəlan" isə çempion "Bakı"nın 3 oyunluq qələbə seriyasını dayandırmağa çalışacaq. Özü də bu vəzifə rəqibi çox yaxşı tanıyan Nazim Süleymanovun üzərinə düşür. Belə ki, Nazim Süleymanov son dövrlərədək "Bakı"da müxtəlif vəzifələrdə çalışıb.

XVI tur: 19 dekabr. "İnter" - "Turan", "Xəzər-Lənkəran" - "Qəbələ"; 20 dekabr: "Bakı" - "Olimpik-Şüvəlan", "Neftçi" - "Standard", "Qarabağ" - "Simurğ".

Bir qədər də əvvəlki tur barədə. Ötən tur qonaqlar üçün uğurlu keçib. Meydan sahibləri altı oyunun yalnız birində qalib gəliblər - "Qəbələ"nin son pillənin sahibi "Karvan" üzərində qələbəsi minimal hesablı olub.

Salyanda keçirilən görüşdə "Muğan" qələbəyə yaxın olsa da, "Neftçi" azlıqda qalan rəqib qapısına oyunun sonunda yol tapmaqla, məğlubiyyətdən xilas olub. Hər halda, növbəti vacib xal itkisinə məruz qalan "Neftçi" 7-ci pilləyə düşərək, "altılıq"dan kənarda qalıb. Bu, cari mövsümdə "flaqman"ın ən uğursuz nəticəsidir.

Səfərdə qələbə qazanan "Qarabağ", "İnter" və "Xəzər-Lənkəran" turnir cədvəlində ilk altılıqda mövqelərini bir qədər də möhkəmlədiblər. "Simurğ"dan ilk dövrədəki məğlubiyyətin əvəzini eyni hesabla çıxan "Bakı" turnir cədvəlində daha iki pillə irəliləyərək, 4-cü yerə yüksəlib. Bu, son ölkə çempionunun cari mövsümdə ən yüksək göstəricisidir. Yeri gəlmişkən, "Simurğ" 8 aylıq fasilədən sonra ilk dəfə öz meydanında məğlub olub.

Ötən turun nəticələri: "Turan" - "Xəzər- Lənkəran" - 1:2, "Muğan" - "Neftçi" - 2:2, "Qəbələ" - "Karvan" - 1:0, "Standard" - "Qarabağ" - 0:1, "Olimpik-Şüvəlan" - "İnter" - 0:1, "Simurğ" - "Bakı" - 1:2.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

Bölmənin digər xəbərləri
 
Əli İsmayılov çempion kəməri qazana bilmədi
Üzündə çoxsaylı çapıqlar səbəbincə döyüşü yarımçıq kəsdi

Püşkatma "Qalatasaray"a çətin rəqib seçdi
Dünən İsveçrənin Nionda şəhərində Çempionlar Liqası turnirinin 1/8 final mərhələsinin püşkü atılıb.

"Çağırış" kubokunda rəqibimizi tanıdıq
Avropa Voleybol Konfederasiyasının (CEV) keçirdiyi "Çağırış" kuboku uğrunda yarışın 1/16 final mərhələsinin püşkü atılıb.

2012-ci il Avropa çempionatının loqosu təqdim olundu
2012-ci ildə Ukrayna və Polşada keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi loqotipi və şüarı təqdim olunub.

"Marakana" yenidən qurulur
Dünyanın ən böyük stadionu olan "Marakana" yenidən qurulacaq. İdman arenasında yenidənquma işlərinə 280 milyon ABŞ dolları xərclənəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər