Hal-hazırda Ayna qəzetinin 19.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Növbə ayətulla Xomeyniyə çatıb
Növbə ayətulla Xomeyniyə çatıb
Hədəfdə - rəsmi siyasi-ideoloji siyasət
Şənbə, 19.12.2009

S.Sədrəddin mətn ölçüsü  

Cəmiyyət siyasi-ideoloji liderlərə etiraz edəndə İran tipli dövlətlərdə hakim ideologiya və onun dayaqları sarsılmağa başlayır. Son 10 ildə İranda mövcud quruluşa qarşı etiraz çıxışları zamanı cəmiyyət bu tərzdə davranır. Ölkənin cinayət məcəlləsində "dini toxunulmazların təhqir edilməsinə" qarşı uyğun maddələr var. Məsələn, ayətulla Xomeyni və ayətulla Xamneyi "dini müqəddəs"lərdən sayılır. Bu baxımdan onları tənqid təhqir kimi dəyərləndirilərək, bu fikri söyləyənlər haqda cinayət işi açılır.

Əgər xatırlayırıqsa, bir neçə il öncə Qəzvin Universitetində doktor Ağacari bildirmişdi ki, ölkədə İslam dininin qaydaları təhrif olunur və s. Bu fikrinə görə, Ağacəri barəsində cinayət işi, ölüm hökmü belə çıxarıldı. Bir müddət sonra beynəlxalq basqılar nəticəsində onun bütün hüquqları bərpa edildi.

Dekabrın 7-də "Tələbə günü" ilə bağlı keçirilən etiraz aksiyası zamanı "Xamneyi bilməlidir, bu gün-sabah getməlidir!", "Musəvi bir bəhanədir, bütün sistem nişanədir!", "Din siyasətdən ayrılmalı!", "Diktatora ölüm!" və s. şüarlar söyləndi. Bu şüarlar - ayətulla Xamneyi bütünün yavaş-yavaş yıxılmasının göstəricisi kimi qarşılandı.

Tələbə nələrdən danışmışdı?

İranın lideri Xamneyi Tehranda universitet tələbələri və müəllimləri ilə görüşündə kəskin tənqidlə üzləşmişdi. Xamneyi çıxış edəndən sonra bir neçə tələbə danışmaq üçün söz istəyib. Bəziləri çıxış edərək, hakimiyyətin addımını tərifləyib. Bundan sonra çıxışlar üçün vaxtın bitdiyini söyləyiblər. Xamneyi əl qaldırmış bir tələbənin danışmasını tələb edib. Mikrofon arxasına keçən bu gənc, riyaziyyat üzrə olimpiada qalibi, Tehran Politexnik Universitetinin tələbəsi Mahmud Vəhidniya demişdir:

"Mənim çıxışım bir neçə hissədən ibarət olacaq. İlk növbədə televiziya radio şirkətindən başlamaq istəyirəm.

REKLAM

Sizcə, dövlət teleradiomuz son aylar ölkəmizdə baş verənləri olduğu kimi işıqlandırıb, yoxsa həqiqətləri təhrif edib? Bu şirkət birbaşa sizin nəzarətiniz altındadır. Onun başçısını həmin vəzifəyə siz təyin etmisiniz. Odur ki, ya bu təşkilat sizin göstərişinizlə belə davranır, ya da sizin ona nəzarətiniz lazımi qədər deyil. İndi ortaya bir sual çıxır - Görəsən, doğrudan da son 30 ildə biz islamlaşmağa və əxlaqa doğru hərəkət etmişikmi? Əgər suala zərrə qədər də olsa mənfi cavab vermək mümkündürsə, deməli, bu 30 ildəki rəftar və iddialarımıza şübhə ilə yanaşmalıyıq.

İndi başqa məsələ ilə bağlı çıxışımı bir misalla başlayıram. Bir ailədə iki qardaş bir-biri ilə savaşsa, ata necə davranmalıdır? Əgər ata kiçik qardaşı məzəmmət etməyə başlasa, onda böyük qardaş kiçik qardaşa yenə zorakalıq nümayiş etdirməkdə davam edəcək. Sizin atalıq yeriniz var. Siz öz müxalifətinizlə belə davranırsınızsa, onda aydındır ki, sizdən söz eşidənlər necə davranacaq. Hamı zindanlarda nələr baş verdiyini yaxşı bilir. Siz öz çıxışlarınızın birində bu kimi rəftarların qarşısının alınacağını desəniz də, onlar istəkdiklərini edirlər.

İndi isə başqa məsələyə keçirəm. Mən bilmirəm, bu ölkədə sizi tənqid etməyə niyə icazə verilmir? Təəssüflər olsun ki, ətrafınızdakılar sizi tənqid etməyi böyük və bağışlanılmaz bir xəta, günah sayır. Onlar sizi bütə çevirib. Halbuki hər bir insan səhv edə bilər. Mən beş ildir qəzetləri ciddi şəkildə oxuyur, ölkədə baş verənləri izləyirəm. Bu vaxta qədər görmədim ki, vəzifəsi sizin rəhbərliyinizi və fəaliyyətinizi nəzarətdə saxlamaq olan Dini Ekspertlər Şurası sizi tənqid etsin".

Naməlum şəxslər Xomeyninin şəkillərini cırıb və yandırıb

Ötən həftənin sonunda "Ayətulla Xomeyninin əsərlərini çap edən müəssisə"nin icraçı direktor müavini Həmid Ənsari İran teleradio şirkətinin sədri İzzətulla Zərğamiyə məktubla müraciət edərək, "Tələbə günü" ayətulla Xomeyninin divarlara vurulmuş şəkillərinin naməlum şəxslər tərəfindən cırılıb yandırılmasının televiziyada nümayişini tənqid edib və sədrin diqqətinə çatdırıb ki, bu sayaq kadrları yayımlayarkən ehtiyatlı olmaq məsləhətdir.

Qeyd edək ki, bu müəssisə 1988-ci ildə ayətulla Xomeyninin çıxış və yazıları təhrif edilməsin deyə yaradılıb. Bu işi inqilab liderinin oğlu Əhməd Xomeyni başlayıb. O, öldükdən sonra müəssisəyə onun oğlu Həsən Xomeyni rəhbərlik edir. Qurumun direktoru Məhəmmədəli Ənsaridir.

Bu olaydan sonra Mirhüseyn Musəvinin tərəfdarları hakimiyyət tərəfindən yeni repressiya dalğasının başlayacağından ehtiyat edirlər. Baş prokuror Abbas Cəfəri-Dövlətabadi xəbərdarlıq edərək, bildirib ki, hakimiyyət ayətulla Xomeyninin "təhqir edilməsinə dözməyəcək".

Seçkidən sonrakı müxalifətin liderlərindən biri Mirhüseyn Musəvi əlüstü bəyan edib ki, "Xomeynini təhqir hərəkətlərini qınayır".

Bu olaydan ölkənin ali rəhbəri də müxalifətə qarşı yararlanıb. Ayətulla Xamneyi müxalifəti hədələyərək, hakimiyyəti devirmək iddiasından çəkinməyə çağırıb. O, müxalifətdən tələb edib ki, ayətulla Xomeynini təhqir etməyə son qoysunlar və "haqq yoluna gəlsinlər".

Ölkənin lideri hüquq-mühafizə orqanlarına günahkarın tapılmasını tapşırıb. Beləliklə, hakimiyyətin yürütdüyü siyasəti qəbul etməyən etirazçılar indi də ayətulla Xomeyninin şəkillərini hədəfə alıblar. Əslində isə hədəfdə mövcud rejimin siyasi-ideoloji xəttidir...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

Xamneyi - Rəfsəncani qarşıdurması artmaqdadır

Nəvələrə babanın qurduğu respublikada yer yoxdur?

Əhmədinejada dini rəhbərdən xeyir-dua

İran: şübhəli "etiraflar" dalğası

Bölmənin digər xəbərləri
 
Rəfsəncani oğlunu müdafiə edir
Məxfi xidmətlər isə belələrinə qarşı tədbir görəcəklərini bildirir

İran: müxalifətə nəzarət güclənir
Bunun üçün yeni bir izləmə qurumu yaradılıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər