Hal-hazırda Ayna qəzetinin 19.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Əcnəbi rəssamlar Azərbaycanda fərdi sərgi marağında
Əcnəbi rəssamlar Azərbaycanda fərdi sərgi marağında
Onlar xoş təəssüratlarını bölüşürlər
Şənbə, 19.12.2009

Xatun mətn ölçüsü  

Dekabrın 4-dən başlayan və ötən gün yekun vurulan "Alüminium" VI Beynəlxalq Müasir İncəsənət Biennalesində iştirak edən çoxsaylı ölkələrin rəssam və fotoqrafları Bakı haqqında təəssüratlarını bizimlə bölüşüblər. Fransız fotoqraf Jak Krim bildirib ki, bu onun Azərbaycana ikinci səfəridir və bu səfər çərçivəsində tədbirdə iştirakı ilə yanaşı, həm də paytaxtın fotolarını çəkib:

"Bu biennaledə mən portretlər də daxil olmaqla beş foto əsərimi nümayiş etdirdim. 4 il əvvəlki Bakıya səfərimlə indiki səfərim arasında şəhərdə olduqca böyük fərqlər gördüm. Ölkəniz çox inkişaf edib, çoxsaylı göydələnlər ucaldılıb. Burada olduğum müddətdə eyni zamanda işləyəcəyəm və gözəl şəhərinizin fotolarını çəkəcəyəm. Çəkdiyim fotoları isə Fransada təşkil olunacaq sərgilərimdə nümayiş etdirmək fikrindəyəm. Qismət olsa, Bakıda da öz sərgimi təşkil etmək istərdim".

Biennaledə iştirak edən norveçli fotoqraf Eli Qlada əvvəllər Azərbaycanda bir neçə dəfə olduğunu deyir:

"Bu biennaledə iştirak mənim üçün çox vacibdir və buradakı incəsənət işləri ilə birbaşa əlaqəm var. Norveçə gələn azərbaycanlı rəssamların bir neçəsi ilə tanışam və onların yaradıcılığını yüksək qiymətləndirirəm. Mən burada video və iki şəkil nümayiş etdirdim. Biennalenin yüksək səviyyədə təşkilini xüsusi qeyd etməliyəm və şəhərinizdə olmaqdan çox məmnunam".

Biennaledə Yaponiyanı təmsil edən, özü isə Parisdə yaşayan fotoqraf Midori Sakurai Bakıya ilk dəfə səfər etdiyini bildirib. Yaponiyalı fotoqraf ilk səfərinin onun yaddaşında xoş və unudulmaz xatirə kimi qalacağını qeyd edib. M.Sakurai yaxın müddətdə Bakıda sərgisinin təşkilini də arzu edib.

Türkiyəli fotoqraf və bir sıra qalereyaların direktoru olan Dənizhan Özər isə bunları qeyd edib:

"Bu mənim Azərbaycana ilk səfərimdir və ilk gəlişimdən buranı çox sevdiyimi etiraf etməliyəm. Azərbaycanın incəsənətlə məşğul olan insanlarını artıq tanıyıram, amma əvvəllər bununla bağlı çox da geniş məlumata malik deyildik. Azərbaycan incəsənətinin bir az qədim ənənələrin, bir az da rus sənətinin təsiri altında olduğunu sezdim. Çox gözəl haldır ki, burada yeni modern sənət də öyrənilir və təbliğ olunur".

Türkiyəli sənət adamı bildirib ki, Bakıda təşkil olunan biennale çox yüksək səviyyədədir və bu layihə çox təqdirəlayiqdir: "Dördüncü dəfə keçirilməsi də bunun bir isbatıdır. Azərbaycanın türk dünyasında yeri hər baxımdan çox önəmlidir. Hər kəs azərbaycanlı qardaşlarımıza böyük sevgi bəsləyir. Biz Azərbaycanın rəssamlarını, sənətlə məşğul olan insanlarını Türkiyədə görmək istəyirik. Bu, incəsənət sahəsində daha sıx əlaqələrə zəmin yaradar. Azərbaycan rəssamlarının Türkiyədə, Türkiyə rəssamlarının isə Azərbaycanda sərgilərinin az-az təşkil olunması maddi səbəblərlə bağlıdır. Mən artıq buranı gördüm və çox istəyirəm ki, iki il ərzində türkiyəli rəssamların Azərbaycana səfərini həyata keçirim. Rəhmətlik Nahid Kabakçı bir çox Azərbaycan rəssamının əsərlərini öz kolleksiyasına almışdı. Məhz Nahid Kabakçının səyi nəticəsində bu gün mən burdayam. Üç fotoşəkil gətirmişəm. Bura gəlişimin əsas məqsədi Azərbaycan rəssamları ilə tanış olmaq və onlarla işbirliyi qurmaqdır. Yazda Türkiyədə təşkil ediləcək Çanaqqala Biennalesinin kuratoruyam və həmin biennaledə Azərbaycanın da təmsil olunması yönündə danışıqlar aparacağam".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Naxçıvan folkloru antologiyası" hazırlanıb
Naxçıvan folkloru atlası da çap ediləcək

Türk dünyasının ədəbiyyatı "Çinar"da
Bu adda jurnalın nəşrinə başlanıb

Norveç Nobel Komitəsi rəhbərliyi Bakıya gəlir
Dekabrın üçüncü ongünlüyündə Norveç Nobel Komitəsi rəhbərliyi Azərbaycana təşrif buyuracaq.

Sarayda "Qış nağılı"
Yanvarın 2, 3 və 4-də Heydər Əliyev Sarayında "Qış nağılı" adlı Yeni il şənlikləri keçiriləcək.

Azərbaycan Milli Konservatoriyasında Elmi-nəzəri konfrans
Azərbaycan Milli Konservatoriyasında musiqiyə həsr olunmuş elmi-nəzəri konfrans keçirildi.

"Ədəbi kinoklub"un açılışı olub
Azərbaycan Kinematoqrafçılar İttifaqında "Ədəbi kinoklub"layihəsinin açılışı oldu.

Bakıda Puşkinin anım günü keçiriləcək
Dünyaşöhrətli ədib 210 yaşında

Bakı Xoreoqrafiya Məktəbinin 80 illik yubileyi
Bu sənət törənində bir çox ölkələrdən tanınmış adamlar vardı

İngilisdilli oxuculara töhfə
Sənətşünas Sara Nəzirova öz seçilmiş əsərlərini bu dildə təqdim etdi

Tünzalə Ağayeva:
"Mən azad yaşamaq istəyirəm!"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər