Azərbaycan Kinematoqrafçılar İttifaqında "Ədəbi kinoklub"layihəsinin açılışı oldu. Tədbiri Dövlət Film Fondu "Luç" Mədəniyyət Xadimləri Assosiasiyası ilə birgə təşkil etmişdi.
Dövlət Film Fondundan verilən xəbərə görə, "Ədəbi kinoklub"un ilk buraxılışı dünya şöhrətli fransız yazıçısı, şairi, filosofu və rejissoru Jan Koktonun 120 illiyinə həsr olunub. Həmin gün Jan Koktonun "Orfey" bədii filmi nümayiş etdirilib. Məlumatda qeyd edilib ki, bu film 1949-cu ildə çəkilib və hazırda ekran işinin 60 ili tamam olur. Filmdə baş rolları tanınmış aktyorlardan Jan Mare, Fransua Perye, Mariya Kazares oynayıblar. Dövlət Film Fondunun xəbərində bildirilir ki, ayda bir dəfə təşkili nəzərdə tutulan "Ədəbi kinoklub"da dünya şöhrətli filmlər, ədəbi əsərlərin ekran təcəssümləri mütəmadi şəkildə nümayiş etdiriləcək.
|