Yanvarın 2, 3 və 4-də Heydər Əliyev Sarayında "Qış nağılı" adlı Yeni il şənlikləri keçiriləcək. Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadənin "Ayna"ya verdiyi məlumata görə, üç günlük şənlikdə "Çiçəyim" Uşaq Teatrı, "Dəcəl qızlar", "Azəri inciləri" və "Şənlik" rəqs qrupları, sənətçilər Ayaz Qasımov, Sabir Əhmədov, Ayan Babakişiyeva, Çingiz Mustafayev, Səfurə Əlizadə və başqaları çıxış edəcəklər. Azyaşlı tamaşaçılar Çəkməli Pişik, Vinni-Pux, Şreyk, Uzunqulaq, Cırtdan, Qırmızıpapaq, Küpəgirən qarı, Şəngülüm, Şüngülüm və Məngülümün Yeni il macəralarına, rəngarəng rəqs nömrələrinə tamaşa edəcək, şən nəğmələr dinləyəcəklər. Biletlərin qiyməti 3-10 manat arasındadır.
|