Hal-hazırda Ayna qəzetinin 19.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Naxçıvan folkloru antologiyası" hazırlanıb
"Naxçıvan folkloru antologiyası" hazırlanıb
Naxçıvan folkloru atlası da çap ediləcək
Şənbə, 19.12.2009

Xatun mətn ölçüsü  

Naxçıvan Muxtar Respublikasının qədim folklor nümunələrini özündə əks etdirən "Naxçıvan folkloru antologiyası" çapa hazırlanmışdır. AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Məhərrəm Cəfərlinin məlumatına görə, ötən dövr ərzində ilkin folklor mətnlərinin sistemləşdirilməsi, tərtibi və çapa hazırlanması, qədim folklor materiallarının toplanması üçün muxtar respublikanın bölgələrinə ekspedisiyalar təşkil olunmuş, toplanmış materiallar öyrənilmişdir.

M.Cəfərli bildirib ki, oxucular yeni nəşrdə Naxçıvan folklorunun 27 janrı ilə tanış olmaq imkanı əldə edəcəklər. Antologiyada muxtar respublika ərazisində yayılan miflər, mərasimlər, atalar sözləri və məsəllər, rəvayətlər, bayatılar, mahnılar və digər folklor janrları yer alacaq. "Naxçıvan folkloru antologiyası"nın yaxın günlərdə oxuculara təqdim olunması nəzərdə tutulur. Belə bir toplunun hazırlanması NMR Ali Məclisinin sədri Vasif Talıbovun "Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" sərəncamına əsasən həyata keçirilib. Sərəncama əsasən, AMEA Naxçıvan bölməsi tərəfindən "Naxçıvan folkloru antologiyası" ilə yanaşı, Naxçıvan folkloru atlası da çap ediləcək.

Yeri gəlmişkən, Naxçıvan Dövlət Uşaq Teatrından da yeni xəbər var. Teatrın direktoru, əməkdar artist Elmira Kərimovanın söylədiyinə görə, onlar yazıçı Bayram İsgəndərlinin "Meşə əhvalatı" əsərini tamaşaya hazırlayırlar. Səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Vüsal Rzayev, rəssamı Səyyad Bayramovdur. Hazırda tamaşanın son məşqləri gedir. Elmira Kərimova onu da bildirdi ki, teatrın kollektivi ilin sonunda "Yeni il sərgüzəştləri" adlı tamaşa da təqdim edəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Naxçıvanın ermənilərə verilməsini Türkiyə əngəlləyib"

YUNESKO siyahısına hansı abidələr düşəcək?

Naxçıvan şəhərinin keçmişinə ekskurs

Naxçıvanda xalq rəqsləri və yallı notlaşdırılır

Naxçıvan payızı rəsmlərdə

Bölmənin digər xəbərləri
 
Türk dünyasının ədəbiyyatı "Çinar"da
Bu adda jurnalın nəşrinə başlanıb

Norveç Nobel Komitəsi rəhbərliyi Bakıya gəlir
Dekabrın üçüncü ongünlüyündə Norveç Nobel Komitəsi rəhbərliyi Azərbaycana təşrif buyuracaq.

Sarayda "Qış nağılı"
Yanvarın 2, 3 və 4-də Heydər Əliyev Sarayında "Qış nağılı" adlı Yeni il şənlikləri keçiriləcək.

Azərbaycan Milli Konservatoriyasında Elmi-nəzəri konfrans
Azərbaycan Milli Konservatoriyasında musiqiyə həsr olunmuş elmi-nəzəri konfrans keçirildi.

"Ədəbi kinoklub"un açılışı olub
Azərbaycan Kinematoqrafçılar İttifaqında "Ədəbi kinoklub"layihəsinin açılışı oldu.

Əcnəbi rəssamlar Azərbaycanda fərdi sərgi marağında
Onlar xoş təəssüratlarını bölüşürlər

Bakıda Puşkinin anım günü keçiriləcək
Dünyaşöhrətli ədib 210 yaşında

Bakı Xoreoqrafiya Məktəbinin 80 illik yubileyi
Bu sənət törənində bir çox ölkələrdən tanınmış adamlar vardı

İngilisdilli oxuculara töhfə
Sənətşünas Sara Nəzirova öz seçilmiş əsərlərini bu dildə təqdim etdi

Tünzalə Ağayeva:
"Mən azad yaşamaq istəyirəm!"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər