Hal-hazırda Ayna qəzetinin 19.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Şadlıq evlərindən parlamentə şikayət...
Şadlıq evlərindən parlamentə şikayət...
Azad İstehlakçılar Birliyi MM-ə təkliflər paketi göndərib
Şənbə, 19.12.2009

A.Akif mətn ölçüsü  

Azad İstehlakçılar Birliyi şadlıq evlərilə istehlakçılar arasındakı münasibətlərin tənzimlənməsi təkliflərilə Milli Məclisə müraciət edib. Özü də təkliflər şadlıq evlərindən daxil olan şikayətlər əsasında hazırlanıb. Təkliflər sırasında şadlıq evi ilə istehlakçı arasında müqavilə bağlanması, müqavilənin şərtlərinin Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi, göstərilən xidmətlər müqabilində qəbz ödənilməsi, qidaların keyfiyyətinə rəsmən təminat verilməsi, əks halda cavabdehin məsuliyyət daşıması, səsin tempinin yüksəkliyinin müəyyən edilməsi, foto və video xidmətlərinin qiymətinin müəyyənləşdirilərək xidmətlər siyahısına salınması da var.

Öyrəndik ki, bu təkliflərin hazırlanmasına səbəb şadlıq evlərində istehlakçıların hüquqlarının pozulmasıdır. Bunu təbii ki, şadlıq evində toy etmək istəyən və ən azı bir dəfə toyda iştirak edənlər yaxşı bilirlər. Lakin onlar bu barədə kimə şikayət edəcəklər ki? Adətən belə problemlərin həlli ilə ictimai qurumlar məşğul olur. Nəhayət, bu problemi də qabartmaq istəyən və həllinə nail olmağa çalışan ictimai qurum tapıldı.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun bildirdiyinə görə, şadlıq evlərində istehlakçı hüquqlarının pozulması bazarlarla müqayisə ediləcək səviyyədə artıb: "Köhnə qidalardan istifadə edilir, saxtalaşdırılmış sərinləşdirici və spirtli içkilər verilir, soyuq qidaların saxlanma şəraitinə riayət edilmir. Toy sahibi ilə aparılan danışıqlara riayət olunmur, toydan sonra istehlakçı aldadıldığını görür".

Yeri gəlmişkən, şadlıq evlərində pirotexnikadan istifadə təhlükəlidir. AİB sədri bu barədə toy sahiblərini məlumatlandırmağı təklif edir. Eyyub Hüseynov həyəcan təbili çalır: Rusiyada gecə barında pirotexnikadan baş verən yanğından nəticə çıxarmaq lazımdır. O deyir: "Şadlıq evləri təbii fəlakət və ya yanğınları nəzərə almalı, toy sahiblərini məlumatlandırmalıdır. Digər tərəfdən, əlavə işıqlandırma olmalıdır. Lakin əksər şadlıq evlərində əlavə işıqlandırma mövcud deyil. Toya gələnlər fövqəladə hadisələr zamanı giriş və çıxış qapılarını tanımalı, özünü qorumağı bacarmalıdırlar". Eyyub Hüseynov şadlıq evlərində pirotexnikaya nəzarəti vacib sayıb.

Nəzərəçarpan qanqaraldıcı problemlərdən biri də paytaxtda fəaliyyət göstərən şadlıq evlərində, restoran və barlarda uşaq əməyinin istismar edilməsidir. Bu məlumatı Azərbaycan Uşaq Fondunun Bakı şöbəsinin rəhbəri Teymur Rza da təsdiqləyir. Onun sözlərinə görə, monitorinqlər zamanı şadlıq evlərində vəziyyətin dəyişmədiyi bəlli olub: "Azyaşlıların işləməsinə qadağa qoyulmasına baxmayaraq, şadlıq evləri uşaqların əməyindən istifadə edir. Buna görə də şadlıq evlərinə rəsmi məktub göndərilib, qanunvericilikdə nəzərdə tutulan cəzalarla bağlı məlumatlar verilib, uşaq əməyinin qadağan olunduğu bildirilib. Lakin şadlıq evlərinin rəhbərləri məsuliyyəti valideynlərin üzərinə ataraq tədbirlər görmək istəmirlər. Valideynlər isə uşaqlarını işlətməklə qanunvericiliyə qarşı çıxdıqlarının fərqinə varmırlar".

T.Rza deyib ki, uşaqların əməyi müqabilində cüzi məbləğ ödənilir. Buna görə də valideynlərin maddi imkansızlığı bəhanə etməsi başadüşülən deyil. Mütəxəssisin fikrincə, uşaq əməyinin istismarının qarşısını almaq üçün təbliğata, maarifləndirməyə ehtiyac var. Birinci növbədə valideynlər uşaqlarının əməyini istismar etməməlidirlər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Avtobusa - kart, taksiyə - sayğac
Bir də, görəsən, hava limanına niyə avtobus marşrutu yoxdur?

Qadınlara qarşı zorakılıq: rəqəmlər nə deyir?
Acınacaqlı bir mənzərə...

Azərbaycandan 598 nəfər əcnəbi deportasiya olunub
Qaçqın statusu almaq üçün 100-dən artıq şəxs müraciət edib

Maştağada insan hüquqları pozulur
Sakinlər sosial problemlərin həllini tələb edir

Sonsuzluğun genetik səbəbləri müzakirə edilirdi
Azərbaycan və Rusiya mütəxəssisləri "Avropa" otelində elmi toplantı keçirdilər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər