Keyfiyətsiz məhsul istehsalçıları cəzalandırılıb
|
Ət, süd, şirniyyat və s. məhsullar standartlara uyğun olmadan istehsal edilir
Şənbə, 12.12.2009
|
|
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mütəxəsissləri noyabr ayı ərzində ərzaq məhsullarının keyfiyyətinə nəzarət məqsədilə 22 müəssisədə monitorinq aparıblar.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, aparılmış monitorinq nəticəsində "Koral F" MMC-də kolbasa və sosiska məmulatlarının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkar olunub. Faktla bağlı inzibati protokol tərtib olunub, müəssisə rəhbərliyi jərimə olunub ("Turan").
Bundan başqa, "Azərmaya" ASC-də istismar olunan ölçmə və sınaq vasitələrinin qanuna zidd olaraq müqayisəli dövlət yoxlamasından keçmədiyi halda istifadə olunduğu aşkar olunub və müəssisəyə iradnamə verilib.
Tort, şərq şirniyyatı, qablaşdırılmış yarımfabrikatlar istehsalı ilə məşğul olan "ADA Ticarət" ASC-də sertifikatsız məhsulların istehsal olunduğu müəyyən olunub. Müəssisədə istismar olunan ölçmə vasitələri dövlət yoxlamasından keçirilməyib. Nöqsanlarla bağlı müəssisəyə inzibati protokol tərtib edilib.
"Melnik" nişanlı qızardılmış çörək tikələri (suxarı) istehsal edən "Bərəkət LTD" MMC-də aparılan monitorinq zamanı müəyyən olunub ki, istehsalda istifadə olunan ölçmə vasitələri dövlət yoxlamasından keçirilməyib. Məhsulun markalanmasında istifadə müddəti 60 gün göstərilməli olduğu halda, məhsulun üzərində 6 ay göstərilib. Müəssisəyə inzibati protokol tərtib edilib.
|
|
|
Oxşar xəbərlər:
Bölgələrdə anbarlar tikiləcək
Hədəfdə kolbasa, sosiska, duz, yumurta və çörək!
Saxta diplomlu 172 "müəllim"
Geni dəyişdirilmiş məhsullar: xeyri nə, zərəri nə?
|
|
|