ATƏT ölkələrində insan alverinə dair illik hesabat açıqlandı
 |
Şənbə, 12.12.2009
|
|
mətn ölçüsü |
|
|
|
"ATƏT-ə üzv ölkələr traffikinq probleminin həlli üçün bütün resurslardan yararlanmalı və zəruri siyasi iradə nümayiş etdirməlidir". APA-nın məlumatına görə, bu sözləri ATƏT ölkələrində insan alverinə dair illik hesabatı açıqlayan ATƏT-in traffikinqə qarşı mübarizəyə dair xüsusi nümayəndəsi Yeva Byede deyib.
Xüsusi nümayəndə insan alverinə qarşı mübarizəni daim gündəmdə saxlamağa və bu məqsədlə büdcədən vəsait ayırmağa çağırıb. Xatırladaq ki, Yeva Byede bu postda 2006-cı ildən çalışır və onun səlahiyyət müddəti dekabrın 31-də bitir.
Təqdim olunan hesabatda son üç il ərzində traffikinq probleminə qarşı mübarizəyə dair görülən işlərin icmalı öz əksini tapıb. Sənəddə Azərbaycanın bu problemin həlli istiqamətində beynəlxalq qurumlarla əməkdaşlıq etdiyi və bu ölkədə bir neçə layihənin həyata keçirildiyi bildirilir. Hesabatda bu ilin mayında ATƏT-in Məhkəmə-Hüquq Şurası ilə birlikdə hakim və prokurorlar üçün təşkil etdiyi seminara da yer verilib.
|
|
|
|
|
|
|