Hal-hazırda Ayna qəzetinin 12.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
DTP qapadıldı
Anayasa Məhkəməsi belə bir qərar verdi
Şənbə, 12.12.2009

İsmayıl mətn ölçüsü  

Türkiyə parlamentində 20 yeri olan Demokratik Toplum Partiyasının fəaliyyəti barədə açılan dava partiyanın qapadılması ilə nəticələndi. Dünən ölkənin Anayasa Məhkəməsi onun başqanı Haşim Kılıcın sədrliyi ilə belə bir qərar çıxardı. Məhkəmə öz qərarını belə əsaslandırıb ki, "DTP dövlətin ölkəsiylə və millətiylə bölünməz bütövlüyü əleyhinə aksiyaların qərargahına çevrilmişdir".

Konstitusiya Məhkəməsinin bu qərarı ilə sözügedən partiyanın 37 rəhbərinə 5 il siyasətlə məşğul olmaq yasağı da çıxarılmışdır. Onların arasında partiyanın sədri, Mardin millət vəkili Əhməd Türk və Diyarbəkir millət vəkili Aysel Tuğluq da var. Bu adamlar parlamentdən kənarlaşdırılmış oldular.

Bəlli olduğu kimi, bu partiya etnik kürd azlığın partiyası kimi formalaşıb, son seçkilərdə onlardan 20 nəfər parlamentə seçilmişdi. Lakin bu adamlar kürdlərin problemlərinin çözümü ilə məşğul olmaqdansa, əslində PKK terror təşkilatının dilmanclarına, toqquşmaların təhrikçilərinə və təşkilatçılarına çevrilmişdilər. Onların aksiyalarında PKK üzvləri də iştirak edir və PKK lehinə şüarlar qışqırırdılar. PKK-nın son xain terror aksiyaları isə ölkə əhalisinin səbir kasasını daşdırmışdır. Bir çox şəhərlərdə DTP-nin ofisləri hücumlara məruz qalmışdır. Bu hadisələr Türkiyə toplumu qədər Azərbaycan toplumunu da dərindən narahat etməkdədir.

Anayasa Məhkəməsinin bu qərarı "Milli Qəzetə"də dərc olunduqdan sonra qüvvəyə minəcəkdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının Azərbaycana səfəri gözlənir

İsrail səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhd edənlərin məhkəməsi başlayıb

Xəzər regionunda terror təhlükəsi daha da artıb

Ah, bu "telefon terrorçuları"...

Transformator terroruna aydınlıq gətirilmədi

Bölmənin digər xəbərləri
 
Ermənistana ianə payı ildən-ilə azalır
Bu niyə belə olur?

Sarkozi danışıqların "müsbət dinamika"sından razıdır
Və Azərbaycanla ticarət dövriyyəsini artırmaq istəyir

Klinton Sarqsyanı məlumatlandırıb
Ərdoğan: "Ermənistanla münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır"

Yaponiya münaqişənin həllində səyləri artırmağa çağırır
Masamitsu Oki: "Minsk Qrupunun səyləri yaxın gələcəkdə nəticə verəcək"

Həmsədrlər "yeni" təkliflərlə gəliblər
Amma bu təkliflərin detalları açıqlanmır

Qafqaza - təhlükəsizlik
NATO yüklərinin bu dəhlizlə daşınması bölgədə gərginlik yaradar

"21 Azər" ildönüm toplantısı
Əmirəli Lahrudi o hadisələrdən danışıb

Lukaşenko yanvarda Azərbaycana gəlir
Bu bir cavab səfəridir

Separatçılara Vaşinqtondan 8 milyon dollar mükafat
Azərbaycan-Amerika Şurası: "Konqresin qərarı ABŞ dövlətinin Azərbaycanın ərazi bütövlüyünü tanıyan rəsmi mövqeyinə ziddir"

Milli Məclis ABŞ-a etiraz bildirəcək
Parlament ABŞ-dan Dağlıq Qarabağa yardımlarını dayandırmağı tələb edəcək

Zakir Sərdarovu xatırlayarkən
...Yaxşı tanıdığım ictimai-siyasi xadim, Milli Məclisin keçmiş üzvü, məşhur "91-lər"dən olan Zakir Həsən oğlu Sərdarovun bizim xatirələrimizdə yaşadığını yazmaqdan şərəf duyuram.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər