Hal-hazırda Ayna qəzetinin 12.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Qafqaza - təhlükəsizlik
Qafqaza - təhlükəsizlik
NATO yüklərinin bu dəhlizlə daşınması bölgədə gərginlik yaradar
Şənbə, 12.12.2009

C.Məmmədov mətn ölçüsü  

Dünən Bakıda "Qafqazda təhlükəsizlik: yeni mühitdə köhnə mənzərə" mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, Norveç Atlantik Komitəsi tərəfindən təşkil olunmuş konfransda Azərbaycan, Türkiyə, Gürcüstan, İran, ABŞ və Norveçdən təmsilçilər, bir sıra ölkələrin Azərbaycan səfirləri iştirak edib.

Tədbirdə çıxış edən Norveç səfiri Yon Ramberg bildirib ki, ölkəsi hər bir zaman dünyada sülhün təmin olunmasına səy göstərib və bu səylər davam etməkdədir. Qafqaz regionunda sabitliyin Avropa və Asiya üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən səfir keçirilən konfransın da bu silsilədən olduğunu qeyd edib.

Tədbirdə ABŞ Milli Müdafiə Universitetinin professoru, hərbi ekspert Rocer Kanqas isə bildirib ki, enerji təhlükəsizliyi bu gün dünya üçün çox əhəmiyyət kəsb edir. "Cənubi Qafqazda təhlükəsizliyin iqtisadi və enerji amilləri" adlı qrup müzakirələrində "ABŞ-ın Cənubi Qafqazda enerji və nəqliyyat məsələləri üzrə perspektivləri" mövzusunda çıxış edən ekspert 2008-ci ildə Gürcüstan müharibəsinin bu məsələnin aktuallığını üzə çıxardığını deyib. Ekspert regionun nəqliyyat və enerji dəhlizi kimi Avropa və Asiyanın birləşdirilməsində mühüm rol oynadığını və ölkəsinin burada təhlükəsizliyə tərəfdar olduğunu, həyata keçirilən regional layihələrə dəstək verdiyini vurğulayıb.

Enerji, nəqliyyat, iqtisadi layihələrin, xüsusilə də planlaşdırılan "Nabucco" layihəsinin Qafqazın təhlükəsizliyində rolu, enerji təhlükəsizliyi, digər ölkələrlə münasibətlər, Türkiyənin sərhədlərin açılması siyasəti, geosiyasi maraqlar və s. barədə müzakirələr aparılıb.

Jurnalistlərlə söhbətində hərbi ekspert Rocer Kanqas bildirib ki, ABŞ və NATO yüklərinin Cənubi Qafqaz-Xəzər dənizi dəhlizindən keçməklə Əfqanıstana ötürülməsi bölgədə müəyyən gərginlik yarada bilər.

Ekspert hesab edir ki, Əfqanıstana və digər ölkələrə yükdaşımalar digər ölkələr tərəfindən hansısa gərginlik və problemlərlə qarşılana bilər: "Biz bu məsələ ilə bağlı Gürcüstan, Qazaxıstan və digər ölkələrlə də müzakirələr aparırıq. Ola bilsin ki, hansısa digər ölkə buna əks mövqedə olsun. Amma düşünürəm ki, ikitərəfli müzakirələrdə razılıq əldə olunacaq".

R.Kanqasın sözlərinə görə, yüklərin daşınması ilə bağlı məsələ Azərbaycan hökuməti və ABŞ arasında ikitərəfli müqavilə əsasında həyata keçiriləcək.

Amerikalı ekspertin fikrincə, ABŞ və NATO yüklərinin bu dəhlizlə ötürülməsi regionda münaqişələrə səbəb ola bilməz.

Ekspert silahlı qüvvələr sistemində mülki heyətin sayının artırılması məsələsindən də danışıb. R.Kanqas bildirib ki, bir sıra ölkələr silahlı qüvvələr strukturunda islahatlar aparır və orada bəzi vəzifələrdə hərbçiləri mülki şəxslərlə əvəz edir: "Bizim ölkədə də belə bir təcrübə mövcuddur. Mən on ildən çox hərbi akademiyada islahatlar sahəsində çalışmışam. Müəyyən vəzifələrin mülki şəxslərlə əvəzlənməsi ABŞ-da tətbiq olunur və çox müsbət təsirləri var".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Diplomatların dəyişdirilməsi ABŞ-ın prioritetlərinin dəyişməsi demək deyil"

Xəzər Sammitinin tarixi müəyyənləşdi

Hüseyn Bağırov Xəzəryanı ölkələri ittiham edir

Quzey Qafqaz: sülh təşəbbüsləri və teraktların yeni dalğası

İran Xəzərdə yeni komandanlıq yaradır

Bölmənin digər xəbərləri
 
Ermənistana ianə payı ildən-ilə azalır
Bu niyə belə olur?

Sarkozi danışıqların "müsbət dinamika"sından razıdır
Və Azərbaycanla ticarət dövriyyəsini artırmaq istəyir

Klinton Sarqsyanı məlumatlandırıb
Ərdoğan: "Ermənistanla münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır"

Yaponiya münaqişənin həllində səyləri artırmağa çağırır
Masamitsu Oki: "Minsk Qrupunun səyləri yaxın gələcəkdə nəticə verəcək"

Həmsədrlər "yeni" təkliflərlə gəliblər
Amma bu təkliflərin detalları açıqlanmır

"21 Azər" ildönüm toplantısı
Əmirəli Lahrudi o hadisələrdən danışıb

DTP qapadıldı
Anayasa Məhkəməsi belə bir qərar verdi

Lukaşenko yanvarda Azərbaycana gəlir
Bu bir cavab səfəridir

Separatçılara Vaşinqtondan 8 milyon dollar mükafat
Azərbaycan-Amerika Şurası: "Konqresin qərarı ABŞ dövlətinin Azərbaycanın ərazi bütövlüyünü tanıyan rəsmi mövqeyinə ziddir"

Milli Məclis ABŞ-a etiraz bildirəcək
Parlament ABŞ-dan Dağlıq Qarabağa yardımlarını dayandırmağı tələb edəcək

Zakir Sərdarovu xatırlayarkən
...Yaxşı tanıdığım ictimai-siyasi xadim, Milli Məclisin keçmiş üzvü, məşhur "91-lər"dən olan Zakir Həsən oğlu Sərdarovun bizim xatirələrimizdə yaşadığını yazmaqdan şərəf duyuram.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər