Hal-hazırda Ayna qəzetinin 12.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Həmsədrlər "yeni" təkliflərlə gəliblər
Həmsədrlər "yeni" təkliflərlə gəliblər
Amma bu təkliflərin detalları açıqlanmır
Şənbə, 12.12.2009

İ.Telmanoğlu mətn ölçüsü  

Dünən Azərbaycan prezidenti İlham Əliyev ATƏT Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), Yuri Merzlyakov (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. Dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, görüşdə Qarabağ nizamlanmasının hazırkı vəziyyəti və perspektivləri müzakirə olunmuşdur.

"Turan"ın məlumatına görə, bir müddət əvvəl həmsədrlərin nizamlanmanın təməl prinsiplərinin (Madrid prinsipləri) "yenilənmiş variantı"nı tərəflərə təqdim edəcəyi barədə məlumat verilmişdi. Bu variant Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu Münhen görüşündə razılaşdırılmışdı.

Belə ki, həmsədrlər budəfəki səfər zamanı Ermənistana getməyəcəklər. Bunun səbəbi Ermənistan rəhbərliyinin ölkədə olmaması göstərilir. Vasitəçilərin Ermənistana səfəri bir müddət sonra baş tutacaq.

Xatırladaq ki, təməl prinsiplər tərəflərə 2007-ci ilin payızında təklif edilib və Qarabağ ətrafında işğal edilmiş ərazilərin azad edilməsini, qaçqınların öz yurdlarına qaytarılmasını və referendum yolu ilə Qarabağın statusunun müəyyən edilməsini nəzərdə tutur. Sonuncu bənd daha çox mübahisə və suallar doğurub. Azərbaycan Qarabağda referendum keçirilməsinin əleyhinədir, Ermənistan isə, əksinə, bunda israr edir. Təməl prinsiplərin yenilənmiş variantının nədən ibarət olduğu isə hələlik aydın deyil.

Xəbərə görə, həmsədrlər Bakı səfərlərinin nəticələrinə dair bəyanatla çıxış ediblər. Onlar prezident İlham Əliyevlə prezidentlərin noyabrın 22-də Münhendə baş tutmuş görüşünün detallarını müzakirə ediblər. Yanvarda isə həmsədrlər rəsmi Bakı ilə apardıqları diskussiyanı Yerevanda davam etdirəcəklər. Bu görüşlərin nəticəsi olaraq yeni ilin əvvəllərində prezidentlərin növbəti görüşü də proqnozlaşdırılır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi

Qarabağla bağlı forum keçirilib

Vasitəçilər sülhün uzaqda olmadığını söylədilər

Prezidentlərin Kişinyov görüşünə hazırlıq gedir

Qarabağda yaşayan vətəndaşlarımıza status vermək olar

Bölmənin digər xəbərləri
 
Ermənistana ianə payı ildən-ilə azalır
Bu niyə belə olur?

Sarkozi danışıqların "müsbət dinamika"sından razıdır
Və Azərbaycanla ticarət dövriyyəsini artırmaq istəyir

Klinton Sarqsyanı məlumatlandırıb
Ərdoğan: "Ermənistanla münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır"

Yaponiya münaqişənin həllində səyləri artırmağa çağırır
Masamitsu Oki: "Minsk Qrupunun səyləri yaxın gələcəkdə nəticə verəcək"

Qafqaza - təhlükəsizlik
NATO yüklərinin bu dəhlizlə daşınması bölgədə gərginlik yaradar

"21 Azər" ildönüm toplantısı
Əmirəli Lahrudi o hadisələrdən danışıb

DTP qapadıldı
Anayasa Məhkəməsi belə bir qərar verdi

Lukaşenko yanvarda Azərbaycana gəlir
Bu bir cavab səfəridir

Separatçılara Vaşinqtondan 8 milyon dollar mükafat
Azərbaycan-Amerika Şurası: "Konqresin qərarı ABŞ dövlətinin Azərbaycanın ərazi bütövlüyünü tanıyan rəsmi mövqeyinə ziddir"

Milli Məclis ABŞ-a etiraz bildirəcək
Parlament ABŞ-dan Dağlıq Qarabağa yardımlarını dayandırmağı tələb edəcək

Zakir Sərdarovu xatırlayarkən
...Yaxşı tanıdığım ictimai-siyasi xadim, Milli Məclisin keçmiş üzvü, məşhur "91-lər"dən olan Zakir Həsən oğlu Sərdarovun bizim xatirələrimizdə yaşadığını yazmaqdan şərəf duyuram.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər