Hal-hazırda Ayna qəzetinin 12.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Klinton Sarqsyanı məlumatlandırıb
Ərdoğan: "Ermənistanla münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır"
Şənbə, 12.12.2009

C.Məmmədov mətn ölçüsü  

Baş nazir Rəcəb Tayyib Ərdoğan bir daha bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. APA-nın xəbərinə görə, R.T.Ərdoğan "Russian Today" telekanalına müsahibəsində qəbul edilib-edilməyəcəyindən asılı olmayaraq xoşməramlı addım kimi Ermənistana əl uzatdıqlarını deyib: "Lakin Dağlıq Qarabağ problemi, Azərbaycanın işğal olunmuş əraziləri, "dondurulmuş" münaqişə var ki, bunlar ilk növbədə həllini tələb edir. Bu münaqişə həll olunduqdan sonra bölgədə sülh və inkişaf olacaq".

Dekabrın 10-da axşam Serj Sarqsyanla ABŞ dövlət katibi Hillari Klinton arasında telefon danışığı olub. Ermənistan prezidentinin saytında bununla bağlı yerləşdirilmiş informasiyada bildirilir ki, qarşı tərəfin təşəbbüsü ilə baş tutan telefon danışığında Klinton ABŞ prezidenti Obama və Türkiyə baş naziri Ərdoğan arasındakı görüşün detalları haqqında Sarqsyana məlumat verib. Bir daha vurğulayıb ki, ABŞ Ermənistan-Türkiyə münasibətlərinin qeyd-şərtsiz qurulmasını ardıcıl dəstəkləməyə davam edəcək.

Telefon danışığında Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunulub. H.Klinton ölkəsinin münaqişənin dinc və uzunmüddətli həllinə verdiyi dəstəyi təsdiqləyib. Dövlət katibi onu da əlavə edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Ermənistan-Türkiyə münasibətlərini ayrı-ayrı proseslər kimi nəzərdən keçirir və hər iki prosesdə tərəqqi bölgədə sülh və sabitliyin möhkəmlənməsinə xidmət göstərəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

Bölmənin digər xəbərləri
 
Ermənistana ianə payı ildən-ilə azalır
Bu niyə belə olur?

Sarkozi danışıqların "müsbət dinamika"sından razıdır
Və Azərbaycanla ticarət dövriyyəsini artırmaq istəyir

Yaponiya münaqişənin həllində səyləri artırmağa çağırır
Masamitsu Oki: "Minsk Qrupunun səyləri yaxın gələcəkdə nəticə verəcək"

Həmsədrlər "yeni" təkliflərlə gəliblər
Amma bu təkliflərin detalları açıqlanmır

Qafqaza - təhlükəsizlik
NATO yüklərinin bu dəhlizlə daşınması bölgədə gərginlik yaradar

"21 Azər" ildönüm toplantısı
Əmirəli Lahrudi o hadisələrdən danışıb

DTP qapadıldı
Anayasa Məhkəməsi belə bir qərar verdi

Lukaşenko yanvarda Azərbaycana gəlir
Bu bir cavab səfəridir

Separatçılara Vaşinqtondan 8 milyon dollar mükafat
Azərbaycan-Amerika Şurası: "Konqresin qərarı ABŞ dövlətinin Azərbaycanın ərazi bütövlüyünü tanıyan rəsmi mövqeyinə ziddir"

Milli Məclis ABŞ-a etiraz bildirəcək
Parlament ABŞ-dan Dağlıq Qarabağa yardımlarını dayandırmağı tələb edəcək

Zakir Sərdarovu xatırlayarkən
...Yaxşı tanıdığım ictimai-siyasi xadim, Milli Məclisin keçmiş üzvü, məşhur "91-lər"dən olan Zakir Həsən oğlu Sərdarovun bizim xatirələrimizdə yaşadığını yazmaqdan şərəf duyuram.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər