Hal-hazırda Ayna qəzetinin 12.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Ermənistana ianə payı ildən-ilə azalır
Ermənistana ianə payı ildən-ilə azalır
Bu niyə belə olur?
Şənbə, 12.12.2009

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi (AMSTM), e
mətn ölçüsü  

Gizli deyil ki, 1991-ci ildən bu günə kimi Ermənistan dövlətinin və Dağlıq Qarabağdakı oyuncaq güruhun yaşadılması üçün dünya erməni diaspor təşkilatları, beynəlxalq xristian humanitar yardım mərkəzləri gərəkən maliyyə yardımlarını ediblər. Bununla da hər iki bölgədə müəyyən mənada sosial, iqtisadi və maliyyə problemlərinə yardımçı ola bilirdilər. Bu gün isə həmin iriməbləğli sədəqə və ianə paylarının azaldığını və hətta dayandırıldığını müşahidə edirik. Bu niyə belə olur?

Bəlli olduğu kimi, Ermənistanı o vaxtlardan idarə etmiş çevrələr bütün dünyanı aldadaraq "qüdrətli erməni diasporu", "Güney Qafqazda mübariz xristian dövləti" kimi təbliğatların hesabına maliyyə axınlarına yol açmaq və böyük bir gücə sahib olmaq istəyirdi. Bütün bunlar indi fiaskoya uğrayıb. Çünki regionda strateji hədəfləri olan dövlətlər Azərbaycan və Gürcüstanın siyasi iradəsinə daha çox önəm verməyə məcburdurlar. Bütün bunları yaxşı görən başlıca sponsor - erməni diasporunun bizim Qafqaz regionuna olan ənənəvi marağını azaltdığına təbii baxmaq lazımdır. Ermənistan və Dağlıq Qarabağın yaşadılması üçün dünya ermənilərinin topladıqları ianələrin azaldığı bunu təsdiq edir.

Geneoloji problemlər "Böyük Ermənistan" siyasətini uçuruma yuvarladıb

Ermənilərin bir millət olaraq genetikasında müxtəlif toplumların birləşməsi haqqında tarixçilər çox zaman susmağa üstünlük veriblər. Belə ki, Orta Şərq, Ön Asiya və Qafqazda bir sıra toplumların protoxristian və digər mədəniyyətlərin daşıyıcıları olması, dini kimlik məsələsində ermənilərlə yaxınlıqları sayəsində tarixin müəyyən çağında "erməniləşib"lər. Bu sırada saami bartanq, kəldani və yezidi kürdlər, frigiya, arami, xristian suriyalılar, xristian farslar, xristian əndəluslar, luvi, xristian türklər, xristian çərkəzlər (abaza, kabarda, abxaz), gürcülər (svan), xaldey, stepanminstlər, xristian ərəblər, xet, xurrit, ispan baskları, fransız baskları, yunan, berzen, yəhudi və xristian darginlər, xristian ləzgilər və digərlərinin erməniləşmələri buna örnəkdir. Bu barədə ətraflı tədqiqatlar aparmış məşhur tarixçi V.A.Şnirelman "Arizm və ermənilər" əsərində qeyd edir: "Ermənilərin mənşəyində Hind-Avropa və sami xalqlarının genetik ünsürləri bir-birinə o qədər qarışıb ki, onların mənşəyində iştirak edən toplumları müəyyənləşdirmək çox çətindir. Ermənilər arasında etnik müxtəlifliyi onların həyat tərzində müşahidə etməklə dəqiqləşdirmək mümkündür. Buna görə də erməni kilsəsi bütün gücü ilə çalışır ki, ermənilər arasında müxtəlifliyi qapalı saxlasın və gizli formada bunun izlərini itirsin".

Erməni akademikləri Y.A.Manandyan, V.N.Arakelyan və professor S.T.Yeremyan "Ermənilərin coğrafi miqrasiya və etnogenezisi" kitabında qeyd edirlər: "Tarix boyu miqrasiya həyat şəraitində yaşamaq ermənilərin müxtəlif etnik qruplarla qaynayıb-qarışmalarına səbəb olmaqla yanaşı, həm də erməni etnosunun çoxçalarlı genezisə malik mədəniyyət qatlarına səbəb olub. Erməni tarixçiləri "hayas" hipotezinə uyğunlaşdırılan və kilsə tərəfindən xüsusi nəzarətdə saxlanılan ümumerməni dəyərlərini inkişaf etdirməyə çalışsalar da, hələ ki buna tam nail ola bilməyiblər. Çünki fərqli etnosların dil və kilsə baxımdan erməniləşməsi hələ genezisin tam dəyişməsinə səbəb ola bilməyib".

REKLAM

S.M.Ayvazyan "Protoerməni geneologiyası və kulturoloji tədqiqatlar" kitabında isə bildirir ki, "Ermənilərin genezisinin müxtəlifliyi hər zaman "Böyük Ermənistan" coğrafiyasının yaradılmasına mane olacaq. Çünki erməniləşmiş bir sıra etnoslar özlərinin hindli, ərəb, yəhudi, fars və digər xalqlara məxsus genetik kodlarından ayrıla bilmirlər. Erməni tarixçilərinin ən böyük səhvi ondan ibarətdir ki, tarixi hipotezlərə dayanıqlı ümumerməni ideologiyası və geneoloji dəyərləri uzlaşdıra bilmirlər. Çünki ermənilər bir xalq kimi kulturoloji baxımdan müxtəlifdir".

Telemarafonlar bir səmərə vermir

Tarixdə ilk dəfə olaraq, Qafqazda ermənilər üçün yaradılmış Ermənistan adlı ərazini qoruyub saxlamaq üçün 1991-ci ildən bu günə kimi dünya erməni diaspor təşkilatlarının yardımlarına müraciətlər olunur. Buna görə də hər il müxtəlif dövlətlərdə telemarafonlar keçirərək ianələr toplanır. Bu il də həmin telemarafon-ianə təbliğatları aparıldı. "Dünya Erməni Fondu"nun ianə toplanışları gözlənildiyindən də az oldu. 16 milyon dollara yaxın vəsait yığıldı. Guya bu ianələrlə "Artsaxın mədəni mərkəzi Tiqranakert" (Şuşa) abadlaşdırılacaq.

Əslində isə bu ianələr Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki oyuncaq rejimin qorunub-saxlanması üçün toplanılıbdır. Çünki 2010-cu ilin büdcəsinə görə, İrəvandan bu rejimi saxlamaq üçün cəmi 81 milyon dollar vəsait ayrılıb. Ermənistan büdcəsi isə ağır maliyyə və iqtisadi böhranlara görə dərin problemləri yaşamağa məhkum olub. Qaluyst Sərkis Gülbekyan, Tiqran İzmirliyan (İngiltərə), Kirk Kirkoryan, Serard Qəfəsçiyan, Luiza Mankyan, Aleks Manukyan, Elenora Mandalyan, Ruben Dişdişdyan, Harri Orbelyan (ABŞ), Emil Lahud (Livanın sabiq baş naziri), Armen Qriqoryan, Danil Xaçaturov, Sergey Sərkisov, Ara Abramyan, Ruben Ağabekyan, Andrey Arutyun, Ruben Asatryan, Qaregin Tosunyan, Armen Vardanyan (Rusiya), Jan Damlamyan, Stefan Kelyan, Serj Çuruk, Riçard Manukyan (Fransa), Eduardo Ernekyan (Argentina), Vartan Sirmeyks (İsveçrə), digər milyonçu erməni iş adamları belə bu ianə yarışmalarına qatılmadılar. Halbuki Avropa, ABŞ, Orta Şərq və Rusiyada keçirilən telemarafon turnesinə separatçı Dağlıq Qarabağdan erməni kilsə başçısı Parqev Martirosyan, "DQR"in ABŞ-dakı xüsusi nümayəndəsi Robert Avetisyan və digər rəsmilər qatılmışdılar. Rusiyada yaşayan ermənilərin sayı 1 milyon 600 min nəfər olsa da, toplam 5 milyon 290 min dollar ianə toplandı. Almaniya, Fransa, İngiltərə, Belçika, Hollandiya, İspaniya, İtaliya, Polşa, Avstriya, İsveçrə daxil olmaqla bu dövlətlərdə yaşayan 12 min 400 erməni ailəsi isə toplam 1 milyon 300 min dollar ianə yardım etdi. Yunanıstan və Güney Kiprində yaşayan ermənilər isə bu ianə kampaniyasına qatılmadılar. Halbuki telemarafon yarışlarına qatılmaq üçün reklam kampaniyası ən çox Avropa dövlətlərində aparılmışdı.

Hakimiyyətdəki Respublika Partiyası idarə heyətinin üzvü Razmik Zöhrabyan bildirib ki, 2008-ci ildə Dağlıq Qarabağ və Ermənistana humanitar yardım üçün diaspor təşkilatları tərəfindən toplanılan məbləğ 35 milyon dollar olubdur. Halbuki bu rəqəm 2007-ci ildə 54 milyon, 2006-cı ildə 75 milyon, 2005-ci ildə 98 milyon, 2004-cü ildə 112 milyon, 2003-cü ildə 127 milyon, 2002-ci ildə 143 milyon, 2002-ci ildə 169 milyon, 2001-ci ildə 178 milyon, 2000-ci ildə 190 milyon dollar təşkil edib. "Biz diasporumuzun belə həvəssiz mövqe nümayiş etdirməsini gözləmirdik", - deyə Zöhrabyan gileylənir.

Daşnaksütyun partiyasından parlamentin deputatı Kiro Manoyan isə bildirir ki, ianə yardımlarına sadə erməni vətəndaşlar qatılmayıb. Bu yardımlar açıq şəkildə keçirilən telemarafon kampaniyası zamanı erməni zənginlər tərəfindən edilib, onlar "utanmamaq" üçün müəyyən yardımlar etməyə məcbur olublar. Əvvəllər təkcə Livanda yaşayan 150 min nəfərlik erməni diasporu milyonlarla dollar ianə şəklində vəsait toplayırdı. Bu il Livanın baş naziri Səəd Həriri öz cibindən 100 min dollar yardım etdi.

1 mart 2008-ci ildə tökülən qan və dünya erməniləri

Keçənilki 19 fevral prezident seçkilərinin açıq şəkildə saxtalaşdırılması, ordu və polis qüvvələrinin müxalifətin etiraz mitinqlərini gülləbaran etməsi, bunun nəticəsi kimi onlarla insanın öldürülməsi, yüzlərlə dinc mitinqçinin ağır güllə yarası alması təbii olaraq, İrəvandakı kövrək demokratiyaya sarsıdıcı zərbə vurub. Buna görə də ilk dəfə olaraq erməni diaspor təşkilatları da müxtəlif düşərgələrə bölünüb. İndi Ermənistan və separatçı Dağlıq Qarabağdakı dözülməz həyat şəraitinə, hakimiyyətdə olan hərbi xuntaya görə ermənilərin böyük əksəriyyəti Serj Sərkisyan hakimiyyətinin legitimliyini qəbul etmirlər. Son zamanlar S.Sərkisyan iqtidarının "Dağlıq Qarabağ probleminin Azərbaycanın əraziləri daxilində həll olunması" şərtlərinə uyğun apardığı siyasət isə onların arasında daha dərin xaosun yaranmasına səbəb olubdur.

Dünya Erməni Fondunun icraçı direktoru Ara Vardanyan bildirib ki, dünyanın müxtəlif dövlətlərinə səpələnmiş 10 milyon nəfər erməni aylıq gəlirlərindən 1 dollar fondun hesabına keçirmiş olsa, bu, ildə 120 milyon dollar vəsait deməkdir. Çox təəssüflər olsun ki, bizlər yüzillər boyu apardığımız dərin təbliğatlar sayəsində bu gün nail olduğumuz Ermənistan və Dağlıq Qarabağı bir ərazi kimi yenidən itirmək təhlükəsilə üz-üzə durmuşuq. Hər il Dağlıq Qarabağ və Ermənistandan, eləcə də Gürcüstandan ermənilər dünyanın digər dövlətlərinə kütləvi şəkildə köçüb gedirlər. Mühacirətə gedənlər başqa dövlətlərin vətəndaşlığını almaqla bir daha həmin torpaqlara geri dönməyəcəklərində israrlıdır.

Almaniya, Fransa, ABŞ, Avstriya, Rusiyada ermənilərə məxsus araşdırma mərkəzlərinin fikrincə, "Türkiyə-Ermənistan protokol anlaşmasının, Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasının rəsmiləşdirilməsi sayəsində Ermənistanın mövcudluğunu xilas etmək mümkündür" fikri faktiki olaraq, erməni diaspor təşkilatları arasında normal qarşılanan bir qavrayış kimi qəbul olunmaqdadır.

Bununla yanaşı Ermənistanda yeni prezident və parlament seçkilərinə hazırlıq mərhələsi də diqqətlə izlənməkdədir. Bu gün faktiki olaraq, Ermənistanda cəmiyyət üç siyasi düşərgənin çevrəsində birləşib. Bu, ilk prezident Levon Ter-Petrosyanın lideri olduğu "Erməni Milli Konqresi" (burada 16 siyasi partiya və 50-yə yaxın ictimai təşkilat birləşib), eks-prezident Robert Köçəryanın nəzarətində olan və oliqarxların birləşdiyi "Çiçəklənən Ermənistan Partiyası" və indiki prezident S.Sərkisyanın lider olduğu hakim "Respublika Partiyası"dır. Erməni diaspor təşkilatları nə 1998-ci il 29 oktyabr tarixində parlamentdə qan tökərək hakimiyyətə gəlmiş R.Köçəryanı, nə də 1 mart 2008-ci ildə İrəvanda Azadlıq meydanında dinc nümayişçiləri gülləbaran etdirmiş S.Sərkisyanı ciddi fiqur kimi qəbul etmirlər. L.T.Petrosyan isə yeni siyasi şərtlərə cavab verə biləcək gücdə deyil. Məhz bu amillərə görə erməni diasporunun Ermənistan və Dağlıq Qarabağda olan maraqları ildən-ilə azalmaqdadır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Sarkozi danışıqların "müsbət dinamika"sından razıdır
Və Azərbaycanla ticarət dövriyyəsini artırmaq istəyir

Klinton Sarqsyanı məlumatlandırıb
Ərdoğan: "Ermənistanla münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır"

Yaponiya münaqişənin həllində səyləri artırmağa çağırır
Masamitsu Oki: "Minsk Qrupunun səyləri yaxın gələcəkdə nəticə verəcək"

Həmsədrlər "yeni" təkliflərlə gəliblər
Amma bu təkliflərin detalları açıqlanmır

Qafqaza - təhlükəsizlik
NATO yüklərinin bu dəhlizlə daşınması bölgədə gərginlik yaradar

"21 Azər" ildönüm toplantısı
Əmirəli Lahrudi o hadisələrdən danışıb

DTP qapadıldı
Anayasa Məhkəməsi belə bir qərar verdi

Lukaşenko yanvarda Azərbaycana gəlir
Bu bir cavab səfəridir

Separatçılara Vaşinqtondan 8 milyon dollar mükafat
Azərbaycan-Amerika Şurası: "Konqresin qərarı ABŞ dövlətinin Azərbaycanın ərazi bütövlüyünü tanıyan rəsmi mövqeyinə ziddir"

Milli Məclis ABŞ-a etiraz bildirəcək
Parlament ABŞ-dan Dağlıq Qarabağa yardımlarını dayandırmağı tələb edəcək

Zakir Sərdarovu xatırlayarkən
...Yaxşı tanıdığım ictimai-siyasi xadim, Milli Məclisin keçmiş üzvü, məşhur "91-lər"dən olan Zakir Həsən oğlu Sərdarovun bizim xatirələrimizdə yaşadığını yazmaqdan şərəf duyuram.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər