Azərbaycanı "Evrovision-2010" mahnı müsabiqəsində təmsil edəcək namizədlərdən biri olan "NEXT" qrupu üzvləri Ukraynada həbs olunublar. Əldə etdiyimiz bilgiyə görə, yaradıcılıq işləri ilə bağlı Kiyevdə səfərdə olan qrup üzvlərinin ukraynalılarla mübahisəsi düşüb. Dava ilə nəticələnən mübahisə qrup üzvlərinin polis bölməsinə düşməsinə gətirib çıxarıb. Öyrəndik ki, Fərid, Anar, Seyran və Əli bir neçə saat sorğu-sual edildikdən sonra sərbəst buraxılıblar. Qrup üzvləri Bakıya qayıdandan sonra insidentlə bağlı özlərinin açıqlama verəcəyi gözlənilir.
Xatırladaq ki, sözügdeən qrup yeni yaradılıb. Klassik üslubda oxuyan qrup üzvlərinin sonuncu yaradıcılıq işi xalq artisti Nazpəri Dostəliyeva ilə birlikdə olub.
|