Hal-hazırda Ayna qəzetinin 12.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
İradə İbrahimova "Sərhəd tanımayan eşqlər"də
İradə İbrahimova "Sərhəd tanımayan eşqlər"də
Türk kanalı sənətçinin ailəsindən danışacaq
Şənbə, 12.12.2009

Xatun mətn ölçüsü  

TRT-Avazın yeni layihələrindən birini "Sərhəd tanımayan eşqlər" adlı veriliş təşkil edir. Onun aparıcılıq missiyası Türkiyədə yaşayan və fəaliyyət göstərən aktrisa Məlahət Abbasovaya həvalə edilib. Aktrisa ilə telefon bağlantısı zamanı o, verilişin növbəti çəkilişinin Türkiyədə yaşayan azərbaycanlı sənətçi İradə İbrahimovaya həsr edildiyini bildirib: "Eşidəndə ki, İradə xanım Azərbaycan əsilli türk vətəndaşı ilə ailə həyatı qurub, çox sevindim. Onunla telefon əlaqəsi yaradaraq, verilişimin ilk qonaqlarından olmasını təklif etdim. Müraciətimi xoş qarşılayan sənətçi ilə görüşüm onun evində oldu. İradə xanım söz vermişdi ki, çəkilişdə həyat yoldaşı ilə birgə, qayınanası və qayınatasının da çıxışına imkan yaradacaq. Mən ötən həftə səmimi və mehriban bir ailənin qonağı oldum. Onlar isti söhbətləri ilə verilişin maraqlı keçməsinə imkan yaratdılar. Hətta İradə İbrahimova qayınatasının səhhəti ilə bağlı uzun zamandır Azərbaycana gələ bilmədiyini kövrələrək söylədi".

Məlahət xanımın əlavəsinə görə, verilişin yayımı həftədə bir dəfə nəzərdə tutulub. "Sərhəd tanımayan eşqlər" hər həftənin çərşənbə günü saat 20:00-da efirə gedəcək. İradə İbrahimova ilə olan çəkiliş isə növbəti həftələrdən birinin payına düşür. Öyrəndik ki, Türkiyədə yaşayan azərbaycanlı sənətçilər son görüşlərində dostluq körpüsü yarada biliblər: "Mən İradənin səsini çox bəyənirdim. Onun qonaqpərvərliyi və səmimiliyi isə mənim ona qarşı olan münasibətimi daha da möhkəmləndirdi. Demək istəyirəm ki, İradə İbrahimovanın Türkiyənin sənət aləmində yeri var. İstəyirəm ki, türklər Azərbaycanın belə bir sənətçisinin Türkiyədə yaşadığını bilsinlər. Bu işdə əlimdən gələn qədər ona yardımçı olmağa çalışacam. Əminəm ki, aparıcısı olduğum veriliş də bu məqsədə xidmət edəcək".

Xatırladaq ki, verilişin ana xətti ailə həyatı qurandan sonra uzaq ölkələrdə yaşayan vətəndaşlara həsr edilir. Məlahət Abbasova deyir ki, "Sərhəd tanımayan eşqlər" verilişini tək Azərbaycan və Türkiyə ərazisi ilə məhdudlaşdırmaq istəmir. Layihənin bir neçə ölkələri əhatə edəcəyini bildirən aktrisa tezliklə Makedoniya, İsveçrə, Orta Asiya ölkələrinə səfərlər edəcəyini söylədi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Mənə məşhurluq deyil, istedad lazımdır
Zülfiyyə nəyin marağında olduğunu açıqladı

Ebru Gündeş Yeganəni plagiatlıqda ittiham edir
Bakıda səfərdə olan sənətçi özü bu barədə danışıb

Seda Sayandan Mehmet Əliyə son ismarıc
Şoumen müğənni ilə barışmağa gəlmədi

Klassikadan müasir estradaya sıçrayış
Xanəndə Sahib İbrahimova görə, bu, dinləyici zövqü üçündür

Hakan Peker "donuz qripi"nə yoluxub
Kiprdən qayıdanda ona belə bir diaqnoz qoyulub

İsa Məlikov müğənnilərin səsini dəyişəcək
Bəstəkar fərqli layihə hazırlayır

Azərbaycandan "Eurovision"a namizədlər polisə düşüblər
Buna ukraynalılarla mübahisə səbəb olub

Ebru Gündeşlə azərbaycanlı həyat yoldaşı Mayamidə dincəliblər
Onların münasibəti rəsmiləşsə də, bu barədə danışmaq istəmirlər

Aygün Kazımova gələn il albom təqdim edəcək
Və piratlara indidən ismarıc göndərdi

Ayan "Mən birinciyəm" dedi
Sənətçinin mahnısı mesaj xarakteri daşıya bilər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər