Hal-hazırda Ayna qəzetinin 12.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Ordunun aynası  
 
 
"Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında" qanun layihəsi parlamentə tövsiyə olunub
Şənbə, 12.12.2009

mətn ölçüsü  

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, komitənin sədri, MM sədrinin birinci müavini Ziyafət Əsgərov "Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəyə təqdim olunduğunu deyib. O, birinci oxunuşda müzakirədən keçən bu qanun layihəsinə bütün əlaqədar təşkilatların müsbət rəy verdiyini söyləyib. İclasda komitənin üzvü Siyavuş Novruzov birinci oxunuşdan sonra layihə üzərində aparılmış düzəlişlər barədə deputatlara ətraflı məlumat verib: "Sülhün qorunması, bərqərar edilməsi və ya bərpası üzrə əməliyyatlarda iştirak edən Azərbaycan hərbi qulluqçularının sosial müdafiəsi, həmçinin onların ailə üzvlərinə əlavə sosial imtiyazların və təminatların verilməsi kimi məsələlər konkret qanunla tənzimlənməlidir. Qanun layihəsinin konseptual baxımdan vacibliyi göstərir ki, ölkəmizdə bu sahənin hüquqi bazası formalaşdırılmalıdır". Müzakirələrdən sonra sənəd parlamentin plenar iclasına tövsiyə olunub.

Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Lüzumsuz adi döyüş sursatlarını necə məhv etməli?
Almatı konfransında çox şeyə aydınlıq gətirildi

Müdafiə Nazirliyindən hərbi attaşelər üçün brifinq
Dünən Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün brifinq keçiriblər.

Gələn il həvəskar təyyarəçilər kursunun ilk buraxılışı olacaq
Gələn il Azərbaycanda həvəskar təyyarəçilər kursunun ilk buraxılışı olacaq.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər