çap et  
"Xeyirxah insanlar" cəzalarını aldılar
"Xeyirxah insanlar" cəzalarını aldılar
"Mərhəmət sorağında" proqramı ətrafında dələduzluq
Şənbə, 12.12.2009


Dələduzluqda ittiham olunan "Rona" MMC şirkəti əməkdaşlarına hökm oxunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Marina Borisovna Məmmədova 4 il azadlıqdan məhrum edilib. Digər zamində olan təqsirləndirilən şəxslər Podoqova İrina Petrovna və Rövşən Nağızadənin hər birinə 4 il şərti cəza təyin edildi. "Rona" şirkətinin təsisçisi Nağızadə, baş mühasib Məmmədova və mühasib Podoqova 2004-cü ildə "Space" telekanalında imkansız şəxslərə yardım adı altında "Mərhəmət sorağında" proqramını hazırlayıb təqdim ediblər. Proqramda "Azercell" BM tərəfindən ayrılan nömrəyə tamaşaçılar tərəfindən göndərilən SMS-lər şirkətin "Qocbank"dakı hesabına köçürülüb. Adı çəkilən şəxslər hesaba köçürülən 57445 manatı mənimsəməkdə təqsirləndirilirlər.

Təqsirləndirilən şəxslər CM 178.3.2-cci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 213.4-cü (külli miqdarda vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunublar.