Hal-hazırda Ayna qəzetinin 12.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
ÜTT-yə üzvlük inhisarçı məmurların biznesinə zərbə vuracaq
ÜTT-yə üzvlük inhisarçı məmurların biznesinə zərbə vuracaq
Rəy: Azərbaycan bu qurumdan kənar qalarsa, xarici ticarətində problemlər yaranacaq
Şənbə, 12.12.2009

A.Akif mətn ölçüsü  

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) 7-ci Nazirlər Konfransında Doha raundunun gələn il başa çatması ilə bağlı qərar qəbul edilib. Bu o deməkdir ki, təşkilata üzv olmaq istəyən ölkələrin üzvlük şərtləri ağırlaşacaq. Çünki ÜTT xarici ticarətin tam liberallaşması prosesini başa çatdırmağa çalışır.

Əldə etdiyimiz məlumata görə, dünyanın əksər ölkələrinin ticarət və ya iqtisadi inkişaf nazirləri və eləcə də aparıcı dövlətlərin baş nazirlərinin qatıldığı tədbirdə azərbaycanlı iqtisadçı alim Vüqar Bayramov da iştirak edib. O, "Ayna"ya açıqlamasında bildirdi ki, konfransda konkret olaraq heç bir ölkənin üzvlük məsələsinə baxılmayıb. Bununla belə, bir sıra inkişaf etməkdə olan ölkələrin nümayəndələri İran, Sudan, Efiopiya və Monteneqronun üzvlük məsələsinin tezləşdirilməsini təklif etsələr də, ÜTT bu təşəbbüsü dəstəkləməyib. Eyni zamanda namizəd ölkələrə üzvlük məsələsini tezləşdirmək tövsiyə edilib.

Bizim üçün ciddi siqnal

Bayramov hesab edir ki, son Nazirlər Konfransı Azərbaycan üçün ciddi siqnal kimi qiymətləndirilməlidir. Çünki MDB-ni Avropa Şurasında təmsil edən ölkələrdən yalnız Rusiya və Azərbaycan sözügedən qurumdan kənardadır. Rusiyanın ÜTT-dən kənarda olmasının obyektiv səbəbləri var. Baxmayaraq ki, şimal qonşumuz hər vasitə ilə bu quruma qısa zamanda qoşulmağa çalışır: "Amma Azərbaycanın qurumdan kənarda qalmasının obyektiv səbəbləri yoxdur".

Ölkəmizin 11 il əvvəl müraciət etməsinə baxmayaraq hələ də danışıqlarda ciddi irəliləyiş yoxdur. Halbuki Qafqazdakı qonşularımızdan Gürcüstan 2000-ci ildə, Ermənistan isə 6 il əvvəl həmin quruma üzv olublar. V.Bayramov deyir: "Bu isə o deməkdir ki, getdikcə dairə qapanır və Azərbaycanın prosesdən kənarda qalması gələcəkdə xarici ticarətdə ciddi problemlər yarada bilər. Şərtlərin 2013-cü ilədək daha da sərtləşəcəyi gözlənilir. Deməli, bu məsələdə yubanan Azərbaycan daha ağır şərtlər ilə ÜTT-yə qoşulmaq məcburiyyətində qalacaq".

Artıq ÜTT-yə üzvlük məsələsində təmkinli olmaq heç də yüngül şərtlər əldə etmək anlamına gəlmir. Son illər ÜTT-yə üzv olan ölkələr daha ağır şərtlər ilə təşkilata qoşulmağa məcbur olublar. ÜTT eyni zamanda yeni üzv olan ölkələrə təqdim etdiyi güzəşt müddətini də hər il əvvəlki ilə nisbətən azaldır.

REKLAM

Qeyd edək ki, güzəşt müddəti yeni üzv olan ölkəyə öz iqtisadiyyatını ÜTT şərtlərinə uyğunlaşdırmaq üçün verilir. Dünyanın 154 ölkəsinin bu təşkilatda cəmləşdiyini və qlobal ticarətin 94 faizinin həmin quruma üzv olan ölkələr tərəfindən aparıldığını nəzərə aldıqda üzvlüyün alternativinin olmadığı aydınlaşır.

Yubanma perspektivdə problemlər yaradacaq

Azərbaycan rəsmiləri də ölkənin ÜTT-yə üzv olacağını bəyan edib. Belə olan halda isə yubanma Azərbaycan iqtisadiyyatı üçün perspektiv problemlər yaradır. Belə ki, daha ağır şərtlər ilə ÜTT-yə qəbul Azərbaycanı idxalçı ölkəyə çevirə və onun ixrac imkanlarını məhdudlaşdıra bilər. İqtisadçı alim bu qənaətdədir ki, ÜTT-yə üzv olan zaman çoxtərəfli danışıqlarla yanaşı ikitərəfli danışıqların da aparıldığını nəzərə aldıqda, bu təşkilatın üzvlərinin Azərbaycan qarşısında daha ağır şərtlər ilə çıxış edəcəyi şübhəsizdir: "Bundan başqa, inkişaf etməkdə olan ölkə statusu ilə ÜTT-yə üzv olmaq istəyən Azərbaycan üçün təşkilatın şərtləri də getdikcə sərtləşir. Halbuki Azərbaycanın daha yüngül şərtlərlə ÜTT-yə qoşulmaq imkanları var idi. Amma ölkəmiz bu imkandan yararlanmadı".

V.Bayramovun fikrincə, ÜTT-yə üzvlük xarici ticarətdə diskriminasiyanı aradan qaldırdığından, şəffaflığı müdafiə etdiyindən və ən əsası idxal-ixracda inhisarçılığa qarşı mübarizə apardığından bəzi hökumət qurumları prosesi yubatmağa çalışırlar:"Bu səbəbdən Azərbaycanın ÜTT-yə üzvlüyü ildən-ilə keçir. Yubanma bəzi yüksək ranqlı məmurların şəxsi gəlir mənbələrini qorumaları ilə bağlıdır. ÜTT üzvlüyü onların gəlir mənbələrini qapaya bilər".

İqtisadçının sözlərinə görə, ÜTT-yə üzv olandan sonra Azərbaycanda yerli istehsalın sıradan çıxacağı təhlükəsi ilə bağlı bəzi bəyanatlar ictimai fikri çaşdırmaq məqsədi daşıyır. Azərbaycanda artıq liberallaşma prosesi başlayıb, maliyyə sektoruna dünyanın aparıcı bankları daxil olmağa başlayır. Ölkədən valyuta çıxarmaq və aparmaqla bağlı məhdudiyyətlər aradan qaldırılıb. Ölkəmizdə onsuz da cari tariflər aşağıdır. Azərbaycanda tətbiq edilən gömrük tarifləri dərəcələri 0-dan başlayaraq 15-dək yüksəlir. Yəni ölkəmizdə tətbiq edilən ən yüksək gömrük tarifi 15-dir və bu da beynəlxalq standartlar baxımından olduqca aşağı hesab edilir. Hətta 1995-ci ildən ÜTT-nin üzvü olan qonşu Türkiyədə uyğulanan tariflər bizdə tətbiq edilən dərəcələrdən bəzi hallarda hətta bir neçə dəfə yüksəkdir. Polşada tarif dərəcələri 0-dan 18 faizədək dəyişir. Bütövlükdə, Mərkəzi və Şərqi Avropada bu göstərici 0-la 22 faiz arasındadır. Başqa tərəfdən, hətta rəsmi informasiyalarda da gömrük gəlirlərinin hamısının yığılmadığı bildirilir. Beynəlxalq qurumların hesabatında isə Azərbaycan gömrük gəlirlərinin 50 faizinin toplanmadığı göstərilir.

Rusiyadan əvvəl daxil olmasaq...

Bundan başqa, ÜTT-yə üzvlükdən sonra Azərbaycanın tarifləri aşağı salacağı bəlli deyildir. Məsələ ondadır ki, bu təşkilata üzvlük heç də tariflərin kəskin şəkildə aşağı salınması demək deyildir. Tariflər ikitərəfli danışıqlar əsasında müəyyənləşdirilir və bəzi tariflər hətta artırıla bilər: "Başqa tərəfdən, danışıqlar zamanı "fiks tariflər" müəyyənləşdirilir, buna görə də hökumət gələcək tariflər ilə bağlı ehtiyatlı qərarlar qəbul etməlidir. Nəzərə almaq lazımdır ki, ÜTT-yə üzvlükdən sonra hökumət daxili bazarı qorumaq imkanlarından məhrum olmayacaq. ÜTT üzvlərinə müvəqqəti müdafiə tədbirləri həyata keçirməyə icazə verilir. Həmçinin real mübadilə dərəcələrinin aşağı saxlanması hökumətin daxili istehsalı qorumaq imkanlarını artırır. Sadəcə, ÜTT üzvlüyü inhisarçı mövqedə olan məmurların bu tip fəaliyyətlərini davam etdirməyə imkan verməyəcək. Məsələ ondadır ki, diskriminasiya ilə üzləşən sahibkarlar problemlərinin həllini ÜTT-də axtara bilərlər.

Bəllidir ki, bu gün əksər ərzaq məhsullarının ölkəyə gətirilməsində qeyri-rəsmi icazə sistemi fəaliyyət göstərir. Hökumət özünə yaxın şirkətlərə idxalla məşğul olmaq icazəsi verir. Bu isə gəlirlərin təmərküzləşməsi və eləcə də inhisar qiymətinin tətbiq edilməsi məqsədi daşıyır. ÜTT-nin belə fəaliyyətləri qadağan etməsi məhz üzvlük prosesinin yubanmasının əsas səbəbidir".

V.Bayramovun fikrincə, Azərbaycan Rusiyadan əvvəl ÜTT-yə daxil olmasa, o zaman ölkəmizi ciddi itkilər gözləyir. ÜTT-yə üzv olmaq üçün siyasi qərara ehtiyac var. 2010-ci ildə isə belə bir qərarın veriləcəyi inandırıcı görünmür.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ərzaq məhsulları bahalaşıb
Amma noyabrda əhalinin minimum ərzaq xərclərində azalma vardı

Xarici inəklər xüsusi qulluq istəyir
İdxal olunan mal-qaraya adi inək kimi münasibət göstərildiyindən onların 10 faizi tələf olub

Közərmə lampalarından dünya imtina edir
Məqsəd - karbon qazı tullantısını azaltmaq

"Azəriqaz": İran və Çin istehsalı qızdırıcılara - "yox!"
Ekspert isə əhalini məişət cihazlarından istifadə baxımından maarifləndirməyi vacib sayır

Avtomobil idxalını artırmağa ehtiyac yox
Çünki əhalinin alıcılıq qabiliyyəti azalıb. Şəhər nəqliyyat infrastrukturu da buna imkan vermir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər