Hal-hazırda Ayna qəzetinin 12.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Közərmə lampalarından dünya imtina edir
Məqsəd - karbon qazı tullantısını azaltmaq
Şənbə, 12.12.2009

mətn ölçüsü  

Avropa Birliyinə daxil olan ölkələrdə közərmə lampaları istehsalına və idxalına yasaq qoyulub. Məlumat üçün bildirək ki, közərmə lampaları hazırda evlərimizi işıqlandırmaqda istifadə etdiyimizdir.

Alman mətbuatının yazdığına görə, artıq mağazalarda 100 vatt gücündə olan lampalar yığışdırılır. 2012-ci ilə qədər isə ümumiyyətlə, qalmış közərmə lampalarının ticarətinə son veriləcək. 2010-cu ilin sentyabrından 60 vatt, 1 ildən sonra 40 vatt, 2012-ci ildə isə 10 vatt gücündə olan közərmə lampalarının satışı yasaqlanacaq. AB ölkələrində közərmə lampalarından imtinanın səbəblərini elektrik enerjisi sərfini və ətraf aləmə karbon qazı tullantısının miqdarını azaltmaq niyyəti ilə izah edirlər. Qeyd olunur ki, közərmə lampalarında enerjinin yalnız 5 faizi işıqlandırma, 95 faizi isə istilik şəklində sərf olunur.

Qənaətcil lampalarda isə işıqlanmaya enerjinin 25 faizi sərf olunur. Məsələn, 20 vatlıq qənaətcil lampa 100 vatlıq, 12 vatt - 60 vatlıq, 8 vatt - 40 vatlıq közərmə lampasını əvəzləyə bilər. Əgər közərmə lampalarında enerjinin 1 vatına 10-12 lumen düşürsə, qənaətcil lampalarda bu göstərici hər vata 60 lumen, işıqlandırma diodlarında isə hər vata 75 lumen düşür. AB ümid edir ki, hər il atmosferə tullanan 15 milyon ton karbon qazı tullantısının qarşısı alınacaq.

Qüvvəyə minmiş qadağa dükanlardakı mal qalığı satışı ticarətini yasaqlamır.

Qərardan sonra Almaniyada əsl ajiotaj yaşanıb. Təşvişə düşən alıcılar ehtiyat üçün xeyli közərmə lampası alıblar. Qeyd olunur ki, közərmə lampasının birinin orta qiyməti təxminən 1 avrodursa, qənaətcil lampalar 5 avro, hallogen lampalar isə 8 avrodan 10 avroya qədərdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ərzaq məhsulları bahalaşıb
Amma noyabrda əhalinin minimum ərzaq xərclərində azalma vardı

Xarici inəklər xüsusi qulluq istəyir
İdxal olunan mal-qaraya adi inək kimi münasibət göstərildiyindən onların 10 faizi tələf olub

"Azəriqaz": İran və Çin istehsalı qızdırıcılara - "yox!"
Ekspert isə əhalini məişət cihazlarından istifadə baxımından maarifləndirməyi vacib sayır

Avtomobil idxalını artırmağa ehtiyac yox
Çünki əhalinin alıcılıq qabiliyyəti azalıb. Şəhər nəqliyyat infrastrukturu da buna imkan vermir

ÜTT-yə üzvlük inhisarçı məmurların biznesinə zərbə vuracaq
Rəy: Azərbaycan bu qurumdan kənar qalarsa, xarici ticarətində problemlər yaranacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər