Hal-hazırda Ayna qəzetinin 12.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Biri getdi, qaldı dördü
Biri getdi, qaldı dördü
"Qalatasaray" Avrokuboklarda Bakı klubunun qarşısını kəsdi
Şənbə, 12.12.2009

Kərim Nəsrullah mətn ölçüsü  

Xəbər verdiyimiz kimi, voleybol üzrə Avropa miqyaslı klub turnirlərində ölkəmizi 5 komanda təmsil edir. Kişi voleybolçuların turnirində "Azərneft", qadın voleybolçuların yarışında isə "Azərreyl", "Rabitəçi", "Lokomotiv" və "İqtisadçı" komandaları mübarizə aparır. Artıq ilk mərhələnin oyunları başa çatıb. Son bir neçə gündə Bakıda yaşanan voleybol həyəcanından sonra komandalarımızdan dördü Avrokuboklarda mübarizəni davam etdirəcək. Bunlar kişilərdən ibarət "Azərneft" və qadınlardan ibarət "Azərreyl", "Lokomotiv" və "Rabitəçi" klublarıdır.

"Azərreyl" və "Rabitəçi" nüfuzuna görə qitənin ikinci klub turniri sayılan Avropa Voleybol Konfederasiyasının (CEV) kuboku uğrunda mübarizə aparırlar.

"Rabitəçi"nin yarışa uğurla başlaması haqqında xəbər vermişdik. Xatırladaq ki, dekabrın ilk günlərində Polşada yerli "Vımpel Qvardiya" klubunu 3:1 hesabı ilə məğlub edən "Rabitəçi" cavab görüşündə rəqibinə eyni hesabla qalib gələrək, yarışın 1/8 finalına çıxıb. Bakılılar baş mükafat uğrunda mübarizəni davam etdirmək üçün növbəti mərhələdə Fransanın "Roşevil" (Kann) komandasını məğlub etməlidirlər. İlk görüş 2010-cu il 5-7 yanvar aralığında Fransada, cavab matçı isə 12-14 yanvar aralığında Bakıda keçiriləcək.

Ölkəmizin ən titullu klubu "Azərreyl" də uğurla çıxış edir. Avstriyanın "SVS Rost Şveşat" klubunu ilk görüşdə 3:2 hesabı ilə məğlub edən voleybolçularımız Bakıda 3:0 hesabı ilə təkrar qələbə qazanaraq, 1/8 finala yüksəlib. Komandamız növbəti mərhələdə Türkiyənin güclü "Əczaçıbaşı" komandası ilə qarşılaşacaq. İlk oyun 2010-cu il 5-7 yanvar aralığında paytaxtımızda, cavab görüşü isə bundan bir həftə sonra İstanbulda olacaq.

Nüfuzuna görə nisbətən zəif sayılan "Çağırış kuboku"nda mübarizə aparan qadınlardan ibarət "İqtisadçı"nın ilk oyunda İstanbul "Qalatasaray"ına 0:3 hesabı ilə uduzduğunu yazmışdıq. Təəssüf ki, Bakıda keçirilən təkrar görüşdə doğma meydança amili də xanım voleybolçularımızın köməyinə yetməyib. İlk matçda qeydə alınan "təmiz qələbə" cavab matçında da təkrar olunub və "İqtisadçı" mübarizəni dayandırıb.

"İqtisadçı"dan fərqli olaraq "Çağırış kuboku"nda çıxış edən digər klubumuz "Lokomotiv" cavab oyununda səfərdə 2:3 hesabı ilə uduzduqları İsrailin "RAANANA" klubundan üstün olublar. "Lokomotiv" doğma meydanda keçirilən oyunda rəqibinə heç bir şans verməyib - 3:0 (25:19; 25:17; 25:12). Bu nəticə komandamızın növbəti mərhələyə adlaması üçün yetərli olub.

"Çağırış kuboku"nda çıxış edən kişilərdən ibarət "Azərneft" klubu voleybolçuları da ilk mərhələdən üzüağ çıxıblar. Səfərdə keçirilən ilk görüşdə Yunanıstanın "Foinikas" klubuna minimal hesabla məğlub olan (3:2) "Azərneft" cavab qarşılaşmasında 3:1 (25:20; 25:23; 19:25; 25:14) hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib.

"Azərneft" və "Lokomotiv"in növbəti mərhələdə hansı komandalarla üz-üzə gələcəyi yaxın günlərdə məlum olacaq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərreyl" türk məşqçiyə tapşırıldı

Kimisi qalib, kimisi məğlub

Bölmənin digər xəbərləri
 
Fərqli tur
Bütün oyunlar ilk dəfə eyni gündə

UEFA Azərbaycan və Ermənistanla bağlı mövqeyini qətiləşdirdi
2012-ci ildə Ukrayna və Polşada keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatması zamanı UEFA bəzi yığma komandaların eyni qrupa düşməsinə yol verməyəcək.

Fərid Mansurov subaylığın daşını atdı
Dekabrın 9-da Bakı şadlıq saraylarının birində yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun toy məclisi keçirilib.

"Styaua" klubunun "Neftçi"nin futbolçusuna gözü düşüb
Rumıniyanın məşhur "Styaua" klubu Azərbaycan milli yığma komandasının və "Neftçi"nin müdafiəçisi Ruslan Abışova maraq göstərir.

Ən yaxşılar Bakıda mükafatlandırıldılar
Bakıda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) forumu keçirilib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər