Hal-hazırda Ayna qəzetinin 12.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Bir tarixi gerçəyin işığında
Bir tarixi gerçəyin işığında
12 dekabr unudulmayacaq
Şənbə, 12.12.2009

S.Sədrəddin mətn ölçüsü  

 Dekabrın 12-si bütün azərbaycanlılar üçün həzin bir tarixdir. Şanlı hədəf... Böyük uğur və uğursuzluq... Qan... İtkilərimiz... Ölməyən ideal... Güney Azərbaycanda 21 Azər ilk milli hərəkat da adlandırıla bilər. Onun kökü İranda konstitusiyalı monarxiya qurmaq olan Məşrutə hərəkatından başlayır. Səttar xan boğulmuş Məşrutə hərəkatını öz mücadiləsilə bütün İrana qaytardı. 21 Azər hərəkatında isə Azərbaycan öz adı ilə çıxış etdi. 1945-ci ildə məşhur "12 Şəhrivər bəyannaməsi"ndə azərbaycanlılar İran tarixində ilk olaraq milli şüarlar irəli sürmüşdülər.

Azərbaycan Demokrat Firqəsi 64 il öncə, sentyabrın 3-də 12 maddədən ibarət bəyanat verərək varlığını elan edib. Firqə xalqı öz müqəddəratını təyin etmək məqsədilə səfərbər edərək dekabrın 12-də milli demokratik hərəkatın qələbəsinə nail olub. Həmin il milli hökumət Azərbaycan türkcəsini rəsmi dövlət dili elan etmiş, milli ordunun təşkili haqda qərar vermiş, torpaq islahatı keçirmiş, milli filarmoniya açmış, İran və Güney Azərbaycan tarixində ilk dəfə qadınların kişilərlə bərabər hüququnu təmin edərək, onların seçib-seçilmək hüququnu tanımış, ibtidai siniflərdə və ali məktəblərdə türkdilli təhsili təmin etmişdir.

1945-ci ildə dekabrın 12-si ərəfəsində firqə qurultay çağırır. Azərbaycanın bütün kənd və şəhərlərindən olan nümayəndələr orada iştirak edir. Qurultay qərara alır ki, milli hökumət yaransın.

REKLAM

Milli qurultay BMT-yə, İran Milli Məclisinə və şaha müraciət qəbul edir. Həmin qurultayda Azərbaycan türklərinin milli hüquqlarının əldə edilməsi məsələsi qaldırıldı. Qurultaydan az sonra fədailər bütün Azərbaycanda hakimiyyəti ələ keçirdilər.

Təbrizdəki İran qarnizonu 1945-ci il dekabrın 12-də təslim oldu. General Derəxşani Pişəvəri ilə təhvil-təslim aktı imzaladı.

Beləliklə, Azərbaycanda Milli Hökumət quruldu. Pişəvəri baş nazir oldu. Seçkilər keçirildi. Onun baş nazirliyi yaranmış məclisdə təsdiqləndi. Pişəvəri proqramla çıxış etdi. Həmin proqramda torpaq islahatı, təhsil, bir sözlə, həyatın bütün sahələri üzrə məsələlər öz əksini tapmışdı. Təhsildə islahat aparıldı. Təbriz Universiteti binasını Milli Hökumət tikdi. Məktəb və ali təhsil ocaqlarında dərslər Azərbaycan türkcəsində keçirilirdi. Ana dilində olan 1-4-cü sinif dərslik kitabları qısa bir müddət ərzində çap olundu. Milli filarmoniya və teatr fəaliyyətə başladı. Ümumiyyətlə, incəsənətin bu sahələri ilk dəfə azərbaycanca oldu. Təbrizdəki bu binanı indiki hakimiyyət 1979-cu il inqilabından az sonra sökdü. Yerində namaz üçün yer tikdi. İranda qadınlar seçib-seçilmək hüququnu ilk dəfə o zaman aldılar. Dövlət müəssisələrində bütün dəftərxana işləri Azərbaycan türkcəsində aparılırdı. Qısa bir müddət ərzində ordu yarandı. Qısası, bir il ərzində çox böyük işlər görüldü.

1979-cu il inqilabının gedişində türklər yenə də milli haqlarının tələbi ilə çıxış edirdi. O zaman Azərbaycan türkcəsində çoxlu adda qəzet və jurnal çıxırdı. Bu tələblər ölkə Əsas Qanununda 15 və 19-cu maddələrin (dil və milli bərabərlik haqda maddələr) əks olunması ilə nəticələndi. Müəyyən dövr keçdikdən sonra islam hökuməti də türkdilli qəzet və jurnalları qapatdı.

Azərbaycanda bu ideallar ikinci nəfəsini SSRİ dağıldıqdan sonra aldı. Quzey Azərbaycanın müstəqilliyini bərpa etməsi Güneydə insanların şüurunda stimul yaratdı.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Seyid Cəfər Pişəvəri yad edildi

"21 Azər" ildönüm toplantısı

Bölmənin digər xəbərləri
 
Yaşılların "beyninə" gözyaşardıcı qazla hücum
Zəhra Rahnavərəd - dünyanın 100 aparıcı mütəfəkkir siyasətçisindən üçüncüsü

İranın məhkəmə sistemində çat yaranıb
Azərbaycanlı hüquqçular: istintaq zamanı vəkillər prosesə buraxılmır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər