 |
Bu telelayihə gələn il olacaq
Şənbə, 12.12.2009
|
|
Yeni üslubda aşıq yarışması keçiriləcək. Bu dəfə aşıqların müsabiqəsi "SMS"siz olacaq. Bu barədə xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub danışıb: "Müsabiqə "Lider" televiziyasında yayımlanacaq. Bu dəfə aşıqların yarışması "SMS"siz olacaq. Yəni istedadlar təmənnasız parlayacaq. Ağsaqqallar və ziyalılardan ibarət münsiflər seçiləcək. Onu da deyim ki, münsifləri diqqətlə seçəcəyik. Keçən dəfə xoşagəlməz hallar olmuşdu. Bu dəfə ədəbazlıq, yerlibazlıq olmayacaq". Qeyd edək ki, aşıq müsabiqəsinin layihəsi artıq hazırdır və onun gələn ilin fevral ayında başlayacağı gözlənilir.
Yeri gəlmişkən, dekabrın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun 60 illiyinə həsr olunan "Dədələr yolu" sənədli filminin təqdimat mərasimi olacaq. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən verilən xəbərə görə, "Salnamə" sənədli filmlər studiyasında istehsal olunan filmin quruluşçu rejicoru Müşfiq Məmmədov, ssenari müəllifləri Aydın Dadaşov və Mövlud Süleymanlıdır.
|
|
|
Oxşar xəbərlər:
IV Respublika qiraət müsabiqəsi keçiriləcək
Aşıq sənəti YUNESKO siyahısına daxil ediləcək
Səttar Bəhlulzadənin yubileyinə - müsabiqə
Fransada aşıq havası səslənir
"Məndə sığar iki cahan" adlı internet rəsm müsabiqəsi keçirilir
|
|
|