Hal-hazırda Ayna qəzetinin 12.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Müğənni Lalə Məmmədova: "Bu gün bir çox müğənnilərin konsert biletləri, sadəcə, paylanır"
Müğənni Lalə Məmmədova: "Bu gün bir çox müğənnilərin konsert biletləri, sadəcə, paylanır"
Özü isə ucuz yollara getmir və heç kəsin yanında başı aşağı deyil
Şənbə, 12.12.2009

Sevinc İsmayıl mətn ölçüsü  

Onu bu ilin ən məhsuldar müğənnilərindən biri adlandırmaq olar. Repertuarı yeni görünür, mahnılarında bir rəngarənglik gözə çarpır, xarici ölkələrə bir neçə səfəri oldu. Bir sözlə, bu ili "yaxşı göstəricilərlə" başa vurur deyə bilərik. Müğənni Lalə Məmmədova ilə söhbətimizi onun builki sənət fəallığı şərtləndirdi. Bu fəallıq müvəqqəti bir təzahür idi, yoxsa fəallıq ritmi qarşıdakı dönəmdə də qalacaq? Cavabında Lalə Məmmədova deyir:

- İşlərimdə daha bir yeniliyi qeyd edə bilərəm. Musiqisi Aygün Səmədzadəyə, sözləri isə Xanım İsmayılqızına məxsus olan "Ömrümüzün ilk sevgisi" mahnısına klip artıq çəkilib və yanvar ayında tamaşaçılara təqdim olunacaq...

- Bəs, dekabrın 8-də Opera və Balet Teatrında keçiriləcək solo- konsertinizin təxirə salınmasının əsas səbəbi nəydi?

- Təşkilatçılar təkliflərlə gəlib qapımı döyürlər. Mənim razılığımı alandan sonra işə başlamalıdırlar, hər bir iş üçün isə maddi vəsait lazımdır. İşə gəldikdə həmin təşkilatçılar kənara çəkildi. Nəyə görə mən öz cibimdən xərc çəkməliyəm və sonra da dəvətnamələr paylamalıyam konsertimə? Bildiyiniz kimi, bu gün bir çox müğənnilərin konsert biletləri, sadəcə olaraq, paylanır.

- "Şöhrət sərfəli olmayan əmtəədir - qiyməti baha, özünü də saxlamaq çətin". Şöhrət sizə həyatda kömək edir, yoxsa mane olur?

- Şöhrət insana çox gözəl anlar yaşatdığı kimi, insanın azadlığını da əlindən alır. İnsana şöhrət gəldikcə, çox şeylərdən imtina etməli olur. Misal üçün, mənim ixtiyarım yoxdur ki, mən özümə əl gəzdirməmiş bayıra çıxıb, hardasa cəmiyyət içində görünüm. Artıq ilk növbədə mən müğənni-qadınam, hər zaman formada olmalıyam. Şöhrət mənə hansısa ticarət mərkəzlərində gedib alış-veriş etməyə imkan vermir, baxmayaraq ki, bundan zövq alan insanam. İstər-istəməz, hamı sənə baxır, mən də baxışları tutub, öz qabımda olmuram.

REKLAM

Amma sözsüz ki, şöhrətin yaxşı tərəfləri də var. Mən həm dövlət mərasimlərində, həm də orta təbəqəli insanların tədbirlərində hörmət və sevgi ilə qarşılanıram, hansıları ki qazanmaq çox çətindir, saxlamaq kimi. Mən şöhrət dalınca qaçmamışam, ucuz yollara getməmişəm və bu gün kiminsə yanında başım aşağı deyil.

- "Musiqi zamanı yemək həm musiqiçi üçün, həm də aşpaz üçün təhqirdir". Siz nə düşünürsünüz?

- Hər bir əhval-ruhiyyənin öz musiqisi var. Səhər insan bir musiqini dinləmək istəyir, axşam isə başqasını. Hətta musiqi terapiyası mövcuddur, hansı ki insanı artıq stresslərdən qoruyur, sağaldır. Yemək zamanı musiqiyə qaldıqda isə, məncə, insan gözəl musiqinin fonunda nahar edirsə, bu özü bir harmoniya yaradır. Əlbəttə, çox ritmik musiqi sədaları altında yediyin yeməyi həzm edə bilmirsən. Hər bir şeydə harmoniya olmalıdır. Elə çıxış etdiyim restoranlar var ki, orada canlı ansambl musiqi ifa edir, sən isə rahat həm çörək yeyir, həm də söhbət edirsən. Çox təəssüf ki, belə restoranlarımız çox azdır.

- Siz həmçinin müəlliməsiz - uşaqlarla ünsiyyət qurmağı bacarırsınız. Bilirəm, bunu reklam etməyi və söyləməyi istəmirsiniz, amma vurğulamalıyam: kimsəsiz və internatlarda tərbiyə alan uşaqlar sizi çox sevir və hər zaman yolunuzu gözləyirlər, çünki siz onlara xüsusi diqqət və sevgi ayırırsınız. Düşünmürsünüz ki, hansısa sosial rolik çəkdirsəniz və yaxud çağırış şəklində mahnı yazdırsanız, bir çox analar öz uşaqlarını geri götürmək istəyərlər. Siz tanınmış sənət adamısınız və cəmiyyətə təsir göstərə bilərsiniz...

- Gəlin bir az problemə real yanaşaq. Bu mində bir baş verən hadisədir və mən inanmıram ki, kimsə mənim ifa etdiyim mahnıdan sonra öz atılmış övladını geri götürsün, bu addımı atsın. Bizim ölkəmizdə mənəvi dəyərlərə böyük yer verilir. Belə bir fakt mövcuddur ki, övladlarını tərk edən anaların əksəriyyəti yetkinlik yaşına çatmamış 16-17 yaşlı qızlardır. Bütün günahı onların boynuna atmaq olmur. Bu həm də onların valideynlərinin və cəmiyyətimizin günahıdır. Nəyə görə məktəblərdə hər sinfin öz psixoloqu yoxdur? Nəyə görə bu sahədə maarifləndirmə getmir? Xaricdə hər ailənin, hətta hər bir insanın şəxsi psixoloqu var. Ola bilsin hansısa uşağın ailəsində problemlər yaşanır və uşaq diqqətdən kənar qalır. Hər bir qız nəzarətsiz qalsa, aldana bilər, dünyaya nikahdankənar uşaq gələ bilər. Onda təcrübəsiz, gənc ana məcbur olub övladını uşaq evinə verir. Cəmiyyət isə o dəqiqə yalnız ananı günahlandırır.

Həyatda incimiş olduğu kəsi bağışlasa da, ona ikinci şans vermir

Lalə xanım sözlərinə davam edir:

- Hər il ali məktəb bitirən minlərcə tələbə müəllim diplomu alır. Amma dərk etmirlər ki, iş təkcə öz fənnini başa salmaqda deyil. Uşaqları cəmiyyət üçün hazırlaşdırmaq lazımdır. Axı məktəb də bir ailədir. Yadıma gəlir ki, mən 7-8-ci sinifdə oxuyanda uşaqlar məni boykot etmişdilər. Mən humanitar fənləri texniki fənlərdən daha yaxşı bilirdim, amma bəzi müəllimələrimiz məni həvəsdən salmamaq üçün həmişə qiymətlərimi qaldırırdılar, həvəsdən düşməməyimi istəyirdilər. Sinif yoldaşlarım isə məndən küsmüşdülər. Biri deyirdi Lalə dərsi məndən zəif danışdı, amma məndən yüksək qiymət aldı və s. Və mən qarşıma məqsəd qoydum, evdə ailə üzvlərim mənimlə məşğul olmağa başladı. Bir ay içərisində mən sinif yoldaşlarıma sübut etdim ki, aldığım yüksək qiymətlərə layiqəm. Amma hər ailədə sənə düzgün məsləhət verə bilən insan, sənə dayaq ola bilən insan olmur və bütün problemlər elə burdan başlayır. Müəllimlər də şagirdlərə qarşı diqqətli olmalıdırlar. Bir parta arxasında əyləşən uşaqlar illərcə küsülü qala bilər.

- Lalə xanım necə, incidiyi insanlarla çoxmu küsülü qalır, yoxsa tez barışır?

- Mən küsmürəm, mən, sadəcə, həmin insanı həyatımdan silib atıram. Bağışlayıramsa da, ikinci şans vermirəm.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb

"Mən nişanlı deyiləm"

Röya tarixə düşəcək?

Gülbən Ərgən səhnəyə dönür

Qəbələdə musiqi festivalı keçiriləcək

Bölmənin digər xəbərləri
 
"Alüminium" IV Beynəlxalq Müasir İncəsənət Biennalı başladı
Sərgidə 20-dən çox ölkənin tanınmış sənət adamları iştirak edəcək

Rəssamlarımızın əl işləri ABŞ səfirliyinin iqamətgahında sərgilənəcək
Bakıda "Amerika mənim baxışımdır" mövzusunda keçirilən sərginin qaliblərinin işləri ABŞ səfirliyinin iqamətgahında nümayiş ediləcək.

"Almaniyanın romantik şəhərləri"
Bu adda sərgi keçiriləcək

Bəstəkarlar İttifaqı öz yubileyinə hazırlaşır
Bu çərçivədə fortepiano müsabiqəsinə start verildi

Maqsud Şeyxzadənin 100 yaşı var
Azərbaycan Yaradıcılıq Fondu, Özbəkistanın ölkəmizdəki səfirliyi və Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Mahnı Teatrında özbək şairi və dramaturqu, mədəniyyət xadimi, əslən azərbaycanlı olan Maqsud Şeyxzadənin 100 illik yubiley tədbiri keçirilib.

Gələn həftə - Türk Film Həftəsi
17-19 dekabr tarixlərində Bakıda Türk Film Həftəsi keçiriləcək.

Xaqani xatırlanır
İSESKO - Regional Mərkəzin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə dekabrın 11-də M.F.Axundov adına Milli Kitabxanada XII əsrin görkəmli Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin yaradıcılığına həsr edilən milli seminar keçiriləcək.

"Natiq" ritm qrupundan konsert proqramı
Dekabrın 15-də Caz Mərkəzində "Natiq" ritm qrupunun konsert proqramı təqdim ediləcək.

Bakı Musiqi Akademiyasında yubiley konserti
Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasının növbəti yubileyi keçirilib.

Ədiblər dövlətdən heç nə istəməyəcəklər
İstəkləri odur ki, torpaqlarımız işğaldan qurtulsun və inkişaf edək

"SMS"siz aşıq müsabiqəsi
Bu telelayihə gələn il olacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər