Dekabrın 15-də Caz Mərkəzində "Natiq" ritm qrupunun konsert proqramı təqdim ediləcək. Bu barədə "Ayna"ya qrupun mətbuat əlaqələndiricisi İradə Nurəddinqızı məlumat verib. O bildirib ki, konsert Caz Mərkəzinin təşəbbüsü ilə təşkil edilib. Proqrama bir sıra maraqlı kompozisiyalar daxil edən qrup rəhbəri Natiq Şirinov bunun tamaşaçılar tərəfindən yaxşı qarşılanacağına ümid etdiyini sözçüsü vasitəsi ilə bəyan edir: "Əslində, bu ərəfədə mənim rəhbərlik etdiyim qrupun hesabat xarakterli konserti olmalı idi. Lakin hazırlıq işləri ləngidiyindən bunu həyata keçirə bilmədik. Çox güman ki, bunu 2010-cu ilin ilk aylarında həyata keçirərik".
Maqsud Şeyxzadənin 100 yaşı varAzərbaycan Yaradıcılıq Fondu, Özbəkistanın ölkəmizdəki səfirliyi və Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Mahnı Teatrında özbək şairi və dramaturqu, mədəniyyət xadimi, əslən azərbaycanlı olan Maqsud Şeyxzadənin 100 illik yubiley tədbiri keçirilib.
Xaqani xatırlanırİSESKO - Regional Mərkəzin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə dekabrın 11-də M.F.Axundov adına Milli Kitabxanada XII əsrin görkəmli Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin yaradıcılığına həsr edilən milli seminar keçiriləcək.