İSESKO - Regional Mərkəzin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə dekabrın 11-də M.F.Axundov adına Milli Kitabxanada XII əsrin görkəmli Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin yaradıcılığına həsr edilən milli seminar keçiriləcək. Xatırladaq ki, bu il Xaqani Şirvaninin ölümünün 810-cu ilidir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat əlaqələndiricisinin məlumatına görə, tədbir "Bakı - İslam mədəniyyətinin paytaxtı" tədbirlər planına əsasən keçiriləcək.
Maqsud Şeyxzadənin 100 yaşı varAzərbaycan Yaradıcılıq Fondu, Özbəkistanın ölkəmizdəki səfirliyi və Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Mahnı Teatrında özbək şairi və dramaturqu, mədəniyyət xadimi, əslən azərbaycanlı olan Maqsud Şeyxzadənin 100 illik yubiley tədbiri keçirilib.