17-19 dekabr tarixlərində Bakıda Türk Film Həftəsi keçiriləcək. Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Türk Film Həftəsi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Tədbirlər çərçivəsində üç gün müddətində Bakıda türk kinosunun ən önəmli və ən çox mükafat qazanmış məşhur filmlərinin nümayişi nəzərdə tutulur.
Dekabrın 17-də təşkil olunacaq film həftəsinin rəsmi açılışından dərhal sonra tanınmış rejissor Fatih Akının "Yaşamın Kıyısında" filmi göstəriləcək. Dekabrın 18-də "Vizontele Tuğba" və "Mutluluk", 19-da isə "Günəşi gördüm" və "Üç meymun" filmləri nümayişə çıxarılacaq.
Filmlərin nümayişi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında gerçəkləşəcək. Filmlərə baxış üçün giriş sərbəstdir. Xatırladaq ki, Türk Film Həftəsi "B2C Ayans"ın təşkilatçılığı ilə keçiriləcək.
Maqsud Şeyxzadənin 100 yaşı varAzərbaycan Yaradıcılıq Fondu, Özbəkistanın ölkəmizdəki səfirliyi və Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Mahnı Teatrında özbək şairi və dramaturqu, mədəniyyət xadimi, əslən azərbaycanlı olan Maqsud Şeyxzadənin 100 illik yubiley tədbiri keçirilib.
Xaqani xatırlanırİSESKO - Regional Mərkəzin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə dekabrın 11-də M.F.Axundov adına Milli Kitabxanada XII əsrin görkəmli Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin yaradıcılığına həsr edilən milli seminar keçiriləcək.